MSK sədrinə qara boya atan müxalifətçi cərimələndi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişviliyə qara boya atan müxalifətçi 500 lari (180 dollar) məbləğində cərimələnib.
"Unikal" xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının “Birlik - Milli Hərəkat” koalisiyasından olan üzvü David Kirtadze qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinib. Cərimədən əlavə, o, dörd il müddətinə Mərkəzi Seçki Komissiyasının üzvlüyündən də məhrum edilib.
Kirtadze noyabrın 16-da Rusiyayönlü hakim Gürcü Arzusu partiyasının parlament seçkilərində səslərin 54%-ni qazandığını elan etdikdən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişviliyə boya atıb.

MSK sədrinə qara boya atan müxalifətçi cərimələndi
21 Noyabr 2024 03:29
MSK rəhbərinə qara boya atan müxalifətçi cərimələndi
20 Noyabr 2024 23:59
MSK sədrinə qara yaxdılar
16 Noyabr 2024 12:57
MSK sədrinə boya atdılar Gürcüstan yenə qarışır Yeni Sabah
16 Noyabr 2024 11:45
MSK sədrinin üzünə qara boya atdılar VİDEO
16 Noyabr 2024 13:07

