Icma.az
close
up
RU
MSKda bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb

MSKda bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb

Icma.az bildirir, Aznews.az-ə əsaslanaraq MSKda bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb.

Bələdiyyə seçkiləri ilə bağlı imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK-nın qərarı müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, işçi qrupunun tərkibi müəyyən edilib.

İşçi qrupunun tərkibinə müvafiq dövlət strukturlarından nümayəndələr daxil edilib. Qrupun rəhbəri isə MSK üzvü Etibar Quliyev təyin olunub.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri