Icma.az
close
up
RU
Müasir Ağdam böyük qayıdışın parlaq nümunəsi

Müasir Ağdam böyük qayıdışın parlaq nümunəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdamın azad olunması təkcə torpaq üzərində suverenliyin bərpası deyil, həm də Azərbaycanın yenidənqurma gücünün nümayişidir. 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və minlərlə əsgərimiz bu şərəfə layiq görüldü. 2023-cü il 31 iyul tarixli sərəncamla 20 noyabr tarixi “Ağdam şəhəri günü” kimi qeyd olunmağa başlandı.

Azərbaycan hökumətinin əsas məqsədi Ağdamın əvvəlki şöhrətini bərpa etmək, onu müasir sənaye və mədəniyyət mərkəzinə çevirməkdir. 2022-ci ildə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” təsdiqləndi. Bu plana əsasən, Ağdam gələcəkdə azad olunmuş ərazilərin ən böyük, ölkənin isə dördüncü ən iri şəhəri olacaq. Burada 100 minə yaxın insanın yaşaması planlaşdırılır. Şəhərdə müasir infrastruktur – yollar, parklar, məktəblər, xəstəxanalar, sənaye və xidmət sahələri yaradılır.

Bu inkişafın simvollarından biri 190 hektar sahədə fəaliyyət göstərən Ağdam Sənaye Parkıdır. Parkda 28 rezident şirkət fəaliyyət göstərir, 1000-ə yaxın iş yeri yaradılıb, 260 milyon manatdan çox investisiya yatırılıb. Həmçinin 2025-ci ildə açılışı olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat əlaqələrini tam bərpa edib. Müasir gözləmə zalları, kitabxana, istirahət guşələri və elektromobil dayanacaqları ilə təchiz olunan bu kompleks bir nəqliyyat qovşağı kimi fəaliyyət göstərir.

Ağdam həm də Qarabağ mədəniyyətinin beşiyidir. 2025-ci ildə açılmış Ağdam Muğam Mərkəzi qədim muğam sənətinin bərpası və gənc nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Burada 474 yerlik zal, sərgi salonu, dərs otaqları və amfiteatr yaradılıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın azad olunmuş Ağdama çoxsaylı səfərləri şəhərin inkişafının canlı sübutudur. Hər səfər zamanı yeni obyektlərin təməli qoyulur, bərpa olunan kəndlər – Kəngərli, Xıdırlı, Sarıcalı, Qiyaslı, Eyvazxanbəyli və digərlərində həyat yenidən canlanır. 2025-ci ilin oktyabrına qədər artıq 825 ailə – 3318 nəfər öz doğma yurduna qayıdıb.

Bu gün Ağdamda müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, su anbarları, enerji və kommunikasiya xətləri yenidən qurulur. Qısa zamanda xarabalıqlardan doğan Ağdam Qarabağın mərkəzində yeni həyatın simvoluna çevrilmişdir. Bu dirçəliş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının parlaq təcəssümüdür.

Ağdamın işıqlı sabahı artıq uzaqda deyil – o, doğma torpağına qayıdan hər bir vətəndaşın, şəhərin hər bir küçəsində ucalan binanın, hər bir əkilən ağacın nəfəsində yaşayır. Ağdam dirçəlir, Azərbaycan isə daha da güclənir!

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri