Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

Şəhərsalmanın müasir nümunəsi

Şəhərsalmanın müasir nümunəsi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın şanlı tarixi çox qəhrəmanlıq səhifələri görüb. Lakin 2020-ci ilin 25 oktyabrı bu səhifələr arasında xüsusi bir zirvəyə çevrildi. Həmin gün Qubadlı şəhəri işğaldan azad edildi. Bu, təkcə bir rayonun azadlığı deyildi, 30 illik həsrətin, minlərlə insanın doğma yurduna qayıtmaq arzusunun gerçəyə çevrildiyi gündür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlının azad olunması barədə danışarkən bu tarixi hadisəni belə səciyyələndirib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Bu sözlər həm Qubadlı sakinlərinin taleyinə, həm də bütöv Azərbaycanın tarixindəki dönüş nöqtəsinə çevrildi. Çünki Qubadlının azad edilməsi ilə birlikdə Ordumuz Zəngilan və Laçın istiqamətində strateji üstünlüyü tam ələ aldı, Şuşaya gedən yolun qapısı geniş açıldı.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə ailə öz doğma yurd-yuvasından didərgin düşdü, kəndlər, məktəblər, tarixi abidələr, məscidlər viran qoyuldu. Lakin xalq heç vaxt bu torpaqları unutmamış, Qubadlı adı həmişə ümid, dözüm və qayıdış simvoluna çevrilmişdi.
27 il sonra isə Azərbaycan Ordusu bu həsrətə son qoydu. 2020-ci ilin Vətən müharibəsində qəhrəman əsgərlərimiz canları və qanları bahasına Qubadlını düşməndən azad edərək üçrəngli bayrağımızı yenidən şəhərin üzərində dalğalandırdılar.
Qubadlının azad olunması, əslində, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, planlaşdırma qabiliyyətinin və texnoloji üstünlüyünün parlaq nümunəsi idi. Qubadlı istiqamətində aparılan əməliyyatlar zamanı dağlıq relyef, çətin hava şəraiti və düşmənin möhkəmləndirilmiş müdafiə xətləri əsgərlərimizi dayandıra bilmədi. Azərbaycan əsgəri hər qarış torpağı uğrunda vuruşdu, hər daşı Vətən bildi. Qubadlının azadlığı Vətən müharibəsindəki ümumi qələbəmizin vacib mərhələsi oldu.
Qubadlı rayonunun strateji əhəmiyyətini artıran mühüm elementlərdən biri “Qubadlı” gömrük postunun yaradılmasıdır. Bu post bölgənin iqtisadi canlanmasına, ticarət əlaqələrinin genişlənməsinə və azad edilmiş ərazilərdə infrastrukturun bərpasına mühüm töhfə verir. Yeni gömrük-keçid məntəqəsi həm Qubadlının, həm də bütün Cənub-Qərb istiqamətindəki kommunikasiya sisteminin inkişafına xidmət edir.
Azadlıqdan sonra Qubadlıda dirçəliş dövrü başladı. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu mühüm qərar təkcə yol infrastrukturunun deyil, həm də bölgənin sosial-iqtisadi həyatının bərpasına yönəlmişdi. Yeni magistral həm Laçın, həm də Qubadlı sakinlərini birləşdirəcək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inteqrasiyasına xidmət edəcək.
Müzəffər Ali Baş Komandan azad edilmiş ərazilərin bərpasına şəxsən rəhbərlik edir. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya səfər edərək bölgədə yeni həyatın təməlini qoydular.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Yeni evlər, məktəblər, yollar, elektrik və su xətləri çəkilir. Bərpa edilən hər bina, ucaldılan hər bayraq bu torpaqlara dönən insanların qürur simvoluna çevrilir. Qubadlı sakinləri artıq öz yurdlarına qayıtmağa hazırlaşırlar. Hər kəsin dilində eyni söz var: “Bu torpaq bizimdir, burda gələcək nəsillər azadlıqda yaşayacaq”.
Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün bütün tikililəri tamamilə dağıdıblar. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb.
Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu. Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün şəhərlərin Baş planları təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Dövlət başçısı İlham Əliyevin son beş ildə Qubadlıya səfərləri Böyük Qayıdışa xidmət edən mühüm addımlarla zəngindir. Tezliklə qayıdışın növbəti ünvanlarından biri Qubadlı olacaq.
25 oktyabr - Qubadlının işğaldan azad olunduğu gün bütün Azərbaycanın qələbə tarixidir. Bu gün keçmişin ağrılarını gələcəyin inamına çevirən xalqımızın qəhrəmanlıq və birliyinin simvoludur. Qubadlı bu gün yenidən doğulur.

Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri