Icma.az
close
up
RU
Müasir Azərbaycan ərazisinin siyasi coğrafi obrazı və milli ideya

Müasir Azərbaycan ərazisinin siyasi coğrafi obrazı və milli ideya

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

I MƏQALƏ

Ərazinin coğrafi obrazının fəlsəfəsi

İlk baxışdan coğrafi ərazi ilə milli ideya arasında hansı əlaqənin olması məsələsi absurd görünə bilər. Klassik elmi təsəvvürlər prizmasında, bu, doğrudan da, belədir. Lakin XX əsrin sonu XXI əsrin əvvəllərindən bir sıra filosof, coğrafiyaçı, kulturoloq, soioloq və digər elm adamlarının apardıqları müəyyən araşdırmalar fərqli təsəvvürləri meydana çıxardı. Məsələn, S.Hall, U.Hannerz, M.Xocson, C.Stidman, İ.Vallersteyn, D.N.Zamyatin və başqalarını tədqiqatları ərazinin coğrafi obrazı ilə sosium və dövlətin identikliyinin formalaşması arasında maraqlı bağlantıları üzə çıxardı. Bu tədqiqatlar sivilizasiya, mədəniyyət sistemi, tarixi-siyasi transformasiyalar, geosiyasət, siyasət və digər aspektlərdə aparılmaqdadır.

Məlum olmuşdur ki, hər hansı ölkənin ərazisinin coğrafi obrazı həm tarixi, həm də kültür (mədəniyyət sistemi) mahiyyətlidir. Bununla ərazinin coğrafi obrazının geomədəniyyət, geosiyasət, siyasət, geoiqtisadiyyat kimi anlayışlarla sıx bağlılığını araşdırmaq aktuallığı yaranmışdır. O cümlədən xüsusi virtual coğrafi obrazların formalaşması, funksionallaşması və yayılması prosesi ilə siyasətin, ölkənin və ərazinin mədəni təqdimatının qarşılıqlı asılı olduğu qənaətinə gəlinmişdir.

Nəzəri araşdırmaların incəliklərinə varmadan bizi maraqlandıran problem kontekstində mühüm anlamlara baxaq.

Yuxarıdakı qısa təqdimatdan aydın olur ki, hər hansı ölkənin ərazisinin coğrafi obrazı onun əhalisinin sosial, mədəni, ideya, ideoloji, psixoloji özəlliklərinə ciddi təsir edir. Bu proses uzunmüddətli olduqda həmin faktorlar heyrətedici tərzdə vəhdətdə olur – ölkənin coğrafiyası ilə cəmiyyətin mənəvi-mədəni, ideoloji və s. xüsusiyyətləri bir-birini ideya, təsəvvür və sosial fəaliyyət müstəvisində tamamlayırlar. Bunun fonunda iki anlayışın – “ölkənin ərazi bütövlüyünün pozulması” və “ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası”nın ideya kimi qarşılıqlı əlaqədə dərki məsələsi xeyli aktuallaşır. Həmin kontekstdə də “işğal edilmiş ərazi”, “verilmiş ərazi”, “itirilmiş ərazi” kimi anlayışların konkret cəmiyyətdə necə dərk edildiyi məsələsi də dövlət siyasətinin strategiyası aspektində əhəmiyyətli görünür. Əlbəttə, bizi həmin anlayışların müasir mərhələdə Azəbaycan cəmiyyətində anlamlarının fəlsəfi aspekti maraqlandırır.

Bu məsələnin aktuallığı bizim üçün həm də son illər Azərbaycan əraziləri ilə bağlı aparılan müxtəlif yönlü tədqiqatlarda vurğulanan alnayışlardan fərqli kontekstlərdə istifadə edilməsi ilə bağlıdır. Müstəqil Azərbaycanın dövlətçiliyi inkişaf etdirmək qətiyyəti fonunda ərazi haqqında təsəvvürlərin “necə gəldi” qaydada deyil, elmi əsaslı təsəvvürlərə görə ictimai və elmi mühitə daxil edilməsi çox vacib görünür. Çünki Azərbaycan Respublikası qarşısına çox möhtəşəm, nəhəng və sırf milli maraqlara uyğun məqsədlər qoymuşdur. Onlara çatmaq üçün elm adamları da öz töhfəsini verməlidirlər. Əlbəttə, bu proses kollektiv yaradıcı fəaliyyət tələb edir. İrəli sürülən tezislərin ayrıca müzakirəsi də vacibdir. Müxtəlif aspektlərdən yanaşmalar əsasında “azərbaycanlı üçün ölkə və dövlət ərazisi nə deməkdir?” sualına cavab axtarmaq mümkündür. Burada tarixi bilmək zəruridir, lakin kifayətedici deyildir. Fəlsəfi yanaşma və müxtəlif elm sahələri işığında problemi araşdırmaq olduqca vacibdir. Bu cür kompleks və sistemli tədqiqat olmadan ərazilərimizin coğrafi obrazını milli ideya fonunda adekvat yarada bilmərik.

Milli düşüncədə ərazi bütövlüyünün pozulması

Biz azərbaycanlılar ərazi bütövlüyünün pozulmasını psixoloji artefakt və ideya olaraq necə təsəvvür edirik? Bu suala müxtəlif aspektlərdə cavab vermək olar. O, adi səviyyədə çox ağrılı və qəbuledilməz məsələ kimi şüurumuzda mövcud idi. Azərbaycan vətəndaşı, ümumiyyətlə, ərazi bütövlüyünün pozulmasına qarşı qəti mövqedədir: torpaqlar geri alınmalıdır. Bu məsələnin siyasi-nəzəri, tarixi, sosial, kulturoloji, ekoloji və s. aspektlərdə izahına da ciddi yer verilirdi. Nümunə kimi, Topxanada bir neçə ağacın qırılmasına Azərbaycan cəmiyyətinin çox çılğın reaksiya verməsini göstərə bilərik. Və yaxud Qarabağda erməni işğalı altında olan yerlərdə meşələrə, çaylara, təbii sərvətlərə olan vəhşi münasibəti qətiyyən azərbaycanlı şüuru götürmədi. Bunları namus qorunması səviyyəsində yaddaşında saxladı. Onun əyani təzahürləri 44 günlük Vətən müharibəsində qabarıq surətdə özünü göstərdi. Belə ki, azərbaycanlılar qalib gəlmək, yəni bizim isanlara, təbiətə, mədəniyyətə qarşı vəhşi münasibətdə olanları Vətəndən qovmaq müqəddəs bir amala çevrilmişdi.

Deməli, azərbaycanlı şüurunda ərazi bütövlüyünün pozulması torpaq, yurd, Vətən, din kimi faktorlarla yanaşı, həm də “təbiət” anlayışı, Qarabağın şüurumzdakı ərazi obrazı kontekstində öncədən (yəni ermənilərin aqressiyasına qədər olan müddətdə) yer tutmuşdu. Azərbaycanlının tarixi yaddaşında yurd¸ yuva, ailə, kimlik qavramları həmişə ərazi ilə sıx bağlı olmuşdur. Azərbaycanlının evinin olduğu məkan onun namus yeri, insan kimi kimliyinin mühüm bir hissəsidir. Onu bizim düşüncəmizdən, həyat tərzimizdən və fərdi ilə yanaşı, sosial kimliyimizdən ayırmaq mümkün deyildir.

Bu qənaət tədqiqatçıların coğrafi ərazinin fərdi və kollektiv şüurda obrazlaşmasında sivilizasiyanın özəlliyinin ciddi rol oynadığı haqqında gəldikləri qənaət fonunda çox əlamətdar görünür. Belə ki, Vətən müharibəsində Azərbaycan dövləti, cəmiyyəti, lideri və ordusunun qalib gəlməsinin kökündə bizim sivilzasiya olaraq fundamental və mental özəlliklərimiz dayanır. Konkret olaraq, hansı əlamətləri nəzərdə tuturuq? Öncə, vacib və incə bir məqama aydınlıq gətirək.

“Ərazi bütövlüyü”nün siyasi-hüquqi anlayışı

Bizim ünsiyyətdə işlətdiyimiz “ərazi bütövlüyü” siyasi-hüquqi mahiyyətlidir və konkret məzmuna malikdir. Həmin məzmun “bütövlük” anlayışının siyasi və hüquqi anlamının dövlətin (ölkənin) ərazisinə tətbiqi əsasında formalaşır. Onun təsbit edildiyi “yer” isə beynəlxalq sənədlərdir (ümumiləşdiririk - yəni konvensiya, saziş, müqavilə, nizamnamə və s. bir yerdə). Həmin sənədlərdə ərazi bütövlüyü onların imzalandığı (şərtlərin razılaşdırıldığı məqam) zaman-məkan mövcudluğu kontekstində coğrafi ərazinin dövlətə aid olmasının dəqiq fiziki ölçüləri fonunda müəyyən edilir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ərazisinin bütövlüyünə aid olan bir coğrafi məkan sonrakı mərhələdə yenə də “ərazini bütöv” edən fiziki göstəricilərdən kənarda qaldı. Əgər Azərbaycan SSR zamanında Göyçə gölü Azərbaycanın ərazi bütövlüyünə daxil deyildisə və ya ərazimizin bütövlük rəmzindən kənarda idisə, ona qədər olan müddətdə birbaşa ərazi bütövlüyümüzə daxil idi (torpaq kimi, fiziki-coğrafi vahid kimi, dövlətin ərazisinin bütövlüyü rəmzlərindən biri kimi). Və yaxud sovet dönəmində Azərbaycan SSR-in “ərazi bütövlüyü” real tarixi, coğrafi, ölkə, sosial, mədəni, hüquqi kontekstdən çıxarılır və Kremlin istəyindən asılı olaraq fərqli ölçülər alırdı. Tarixən Azərbaycanın ərazi bütövlüyünün rəmzi olan torpaqlarımızın bir qismi telefon zəngləri ilə Ermənistanın ərazi bütövlüyünün təyinedici faktorlarından birinə çevrilirdi. Və sonrakı mərhələdə əks tərəfin təbliğatı bu yaramazlıqlarının “mədəni”, “tarixi” və “qardaşlıq” izahlarını verməyə başlayırdı. Məsələn, Göyçə gölünü “Göyçə” kimi deyil, “Sevan” kimi mənaladırırdılar və ona erməni anlamında siyasi-tarixi rəng verirdilər.

Əslində, bu anti-sivil və anti-hüquqi ənənə Çar Rusiyası dönəmində başlamışdı. O dövrdə minbir bəhanə ilə erməniləri azərbaycanlıların tarixən var olduqları ərazilərə köçürür və orada coğrafi adları erməniləşdirirdilər. Yəni imperiya yalnız ərazinin tarixi bütövlüyünü pozmaqla kifayətlənmirdi, məqsədyönlü şəkildə onun mədəni, tarixi, siyasi, linqvistik, idarəçilik, psixoloji “bütövlüyü”nü də pozurdu. Bu zaman paralel olaraq təbliğatları ilə azərbaycanlıların şüurunda ərazilərin coğrafi obrazını dəyişərək, qondarma erməni toponimlərindən istifadə etməklə özü, ailəsi, milləti, dövləti və coğrafiyası haqqında təhrif olunmuş təsəvvürlər formalaşdırırdılar. Azərbaycanlılar özləri – özlərinin tarixən malik olduqları coğrafiyaya, sərvətlərə, dəyərlərə şübhə ilə yanaşmağa, hətta onları təzyiq altında inkar etməyə başladılar. Başqa məqamları demirik, sadəcə XX əsrin əvvəllərində Zəngəzurda bizimlə dost olmaq istəməyən dairələrin fəaliyyətinin mahiyyəti və məzmunu ilə 1989-cu ildən başlayaraq Qarabağdakı addımlarını və sonra “20 Yanvar”ı fikrən xatırlayın və müqayisə edin.

Alimlərin apardıqları tədqiqatlar göstərir ki, Rusiya imperiyası Azərbaycanda dövlət ənənəsində mövcud olan qaydaların tam əksinə olaraq özündən qondarma inzibati bölgü aparmışdır. Bu yolla İrəvan quberniyasını Zəngəzurdan ayırmışlar və s.

Bütün bu kimi hadisələr azərbaycanlıların təsəvvürlərində Vətənin tamlığı, birliyi, ərazinin coğrafi olaraq Azərbaycana məxsusluğu ilə bağlı psixoloji natamamlıq kompleksi yaratdı. Bu, bizim milli və dövləti identikliymizə vurulan ən böyük zərbələrdən biridir! Nəticədə orta azərbaycanlılar (bu, dərin düşüncəli, fədakar, cəsur və qorxmaz ziyalılarımıza və siyasi xadimlərimizə qətiyyən aid deyildir, onlar hansı dildə danışmalarından asılı olmayaraq əsl türk, azərbaycanlı vətənpərvər insanlar idilər– F.Q.) coğrafi ərazi məsələsinə tarixi, mənəvi, ideoloji və mədəni həssaslıqlarını qismən itirdilər. Düşmən təbliğatı elə qurulmuşdu ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlı (əsasən türklər) gəlmə idilər. Belə anlatmağa çalışırdılar ki, “nəfəs alırsınız, şükür edin” və “elə müti olun ki, sizi məhv etməyək”! Bu şəraitdə hansı insan üçün ərazi bütövlüyünün coğrafi aspekti ciddi problem ola bilərdi? Mərkəz deyirdi ki, “get sovetlərin hansı regionunda istəyirsən yaşa, hamısı sənindir”! Reallıqda isə azərbaycanlı yerindən, yurdundan olur, yad mədəni dəyərlərin əhatəsində başqalarından asılı vəziyyətdə yaşamalı olurdu.

Heydər Əliyev məharəti

Bu deqradasiya prosesinin qarşısını Heydər Əliyev böyük məharətlə aldı. Ulu öndər Azərbaycan dilini dövlət dili statusuna yüksəltməkə onun hüquqi, tarixi və siyasi haqqını düşmənlərə qəbul etdirdi. Heydər Əliyev kadrları milliləşdirməklə Azərbaycan SSR-də genişlənən erməniləşmə, ruslaşma, yəhudiləşmə tendensiyasına ciddi zərbələr vurdu. Ümummilli lider sosial-iqtisadi sferada azərbaycanlıların qalib gəlməsini təmin etməklə (bir neçə keçici bayraq almaq, respublikanı iqtisadi baxımdan tam təmin etmək səviyyəsinə yüksəltmək və Azərbaycan elmini xalqa xidmət istiqamətinə yönəltmək əsas əlamətlərdən idi), ümumiyyətlə, respublikada sosial, mədəni, mənəvi və ideoloji mühiti “Azərbaycanlaşdırdı”.

Bu, azərbaycanlıların şüurunda ərazi bütövlüyü anlayışının siyasi-hüquqi anlamı baxımından tarixi dönüş nöqtəsi idi. Ulu öndər hələ sovet dönəmində azərbaycanlıların vətənləri, ölkələri, mədəniyyətləri, sosial-psixoloji həyatlarında “bütövlük” termini kontekstində hansı tarixi faktorları dirçəltdi və hansı yenilikləri gətirdi? Burada azəbaycanlı psixologiyasında “ərazi bütövlüyü” anlamını da şüuraltı aktullaşdıran və ümumi səviyyədə bütövlüyü konseptuallaşdıran siyasi, ideoloji, psixoloji və mədəni məqamlar mövcuddur. Onları sovet dönəmində Heydər Əliyev dil, din, adət-ənənə və bütövlükdə Azərbaycan mədəniyyəti faktorları ilə yanaşı, tarix, elm və ədəbiyyat vasitəsilə rəmzləşdirməyin öhdəsindən gəldi. Bu prizmadan baxanda Heydər Əliyevin nəyə görə Azərbaycan tarixinin düzgün öyrənilməsinin, milli ziyalıların qorunmasının, yazıçı, alim, sənət adamlarının yüksək qiymətləndirilməsinin, dastanlarımızın əhəmiyyətini konkret tədbirlərlə sübut etməsinin səbəbləri daha aydın görünür.

Ümummilli lider tarixi həqiqətlər, mədəni faktlar, elmi təhlillər, yazıçı təxəyyülü, sənətkarların yaratdıqları obrazlar vasitəsilə Azərbaycanın bütövlüyünü qoruyurdu, onu müdafiə edirdi. Göstərirdi ki, Azərbaycan kökü əsrlərə gedən ənənəyə malik məkandır (dastanları var), azərbaycanlı intizamlı dövlət adamı ola bilir, məşhur əsərlər yazır, yüksək qabiliyyətə malik sənətkarlar yetişdirir, Respublika üçün şüurlu surətdə çalışan alimləri ərsəyə gətirir. Yəni Azərbaycan kökü qədimlərə gedən elə bir məkandır ki, onun dövlətçiliyi də, mədəniyyəti də, ərazisi də bütövdür!

“Bütövlüyün” bu cür konseptuallaşdırılması avtomatik olaraq azərbaycanlı şüurunda siyasi-ideoloji və oradan da fiziki-coğrafi ərazi bütövlüyü anlamına aparan siyasi, tarixi və mənəvi-psixoloji yol oldu! Bu, cəmiyyətin, ölkənin və ərazi bütövlüyünün psixoloji dərki baxımından böyük bir çevriliş idi! Ulu öndər azərbaycanlılarda və ölkəmizdə özgüvəni, özünəinamı, milli, mədəni, mənəvi, psixoloji, siyasi-coğrafi bütövlüyə ehtiyac təsəvvürlərini və duyğularını bərpa etdi. Bunun ən yüksək ideoloji zirvəsi Ulu öndərin milli ideyanı “ərazi bütövlüyünün bərpası” kimi müəyyən etməsində təsdiqini tapdı. Bununla azərbaycanlı şüurunda “ərazi btövlüyünün pozulması” obrazı “ərazi bütövlüyünün bərpası” obrazı fonunda neqativ məzmunda görünməyə başladı.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see206

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see134

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see131

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see129

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see125

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see121

İstanbul görüşündə bu da razılaşdırıldı

10 Aprel 2025 23:13see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see117

Bu QHT rəhbərləri istintaqa cəlb edilib

10 Aprel 2025 23:29see115

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see112

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see112

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see112

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see110

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see110

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see108

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see107

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri