“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Konstitusiyası tarixi keçmişimiz və ümumbəşəri, demokratik dəyərlərə əsaslanan, dövrün çağırışlarına cavab verən, ölkəmizin gələcək inkişafı üçün geniş hüquqi baza yaradan, ən əsası isə xalqımızın suveren hüququnu və dövlətimizin suverenliyini təsbit edən fundamental sənəd kimi ərsəyə gəlib”.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi Konstitusiyamızda başlıca prinsiplərdən biri kimi təsbit olunub. 1995-ci il noyabrın 24-də Milli Məclisin ilk iclasında çıxış edən Heydər Əliyev demişdir ki, “yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















