Icma.az
close
up
RU
Müasir Azərbaycanın MEMARI Heydər Əliyevi xalqımızın ULU ÖNDƏRİNƏ çevirən SİYASİ DÜHASI

Müasir Azərbaycanın MEMARI Heydər Əliyevi xalqımızın ULU ÖNDƏRİNƏ çevirən SİYASİ DÜHASI

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1985-ci ilin soyuq qış günü idi. Hərbi hissə komandiri məni yanına çağırdı. Məni görən kimi uca səslə “təbrik edirəm, Heydər Əliyeviç SSRİ-nin rəhbəri olur”- dedi. Bir anlığa sevincdən donub qaldım. Çaşqınlığımı görən komandir “xəbərin yoxdur? Podqornu dünyasını dəyişdi. Əliyevdən başqa da namizəd ola bilməz. Bu dövləti ancaq o idarə edə bilər”, - dedi.
Heydər Əliyevi bütün Sovet xalqları xilaskar kimi görürdü
Həmin gün bizim üçün bayram idi. Hərbi hissədə hər kəs bizi təbrik edirdi. Təbrik edənlərin içərisində hətta ermənilər də vardı. Bu da təsadüfi deyildi. O zaman SSRİ-nin bütün bölgələrində və hətta bizim hərbi xidmət keçdiyimiz Uzaq Şərqdə də hesab edirdilər ki, iqtisadi-siyasi böhrandan Sovet xalqlarını ancaq Heydər Əliyev xilas edə bilər.
Çünki SSRİ hökumətində ikinci sima olan Heydər Əliyev bunu öz fitri istedadı və qeyri-adi iddarəetmə bacarığı ilə sübut etmişdi. Lakin Sovet xalqının istəyi baş tutmadı və Qərbin layihəsi olan Mixail Qorbaçov SSRİ rəhbərliyinə gətirildi. Qorbaçov hakimiyyətə gələndən sonra ilk işi xalqın sevgisini qazanan və böyük nüfuzu olan rəhbərləri neytrallaşdırmaq oldu.
Gedən prosesləri diqqətlə izləyən Heydər Əliyev Qorbaçovun avantürist və dağıdıcı yenidənqurma siyasətinə qoşulmadı və 1987-ci ildə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa verdi.
Heydər Əliyevin istefası qorxunc ssenarinin başlanğıcı oldu

Bu istefa təkcə Qorbaçovun deyil, həm də onun ətrafındakı ermənilərin əl-qolunu açdı. Təsadüfi deyil ki, Heydər Əliyevin istefasından cəmi 4 ay sonra Qarabağda separatçılar baş qaldırdı. Bədnam Sumqayıt hadisələri törədildi. Beləcə, Azərbaycan xalqı üçün çox ağrılı bir dönəm başladı.
Erməni təxribatlarına isə Moskvada başqa rəng verilirdi. Qərbin göstərişləri ilə bu cür təxribatlar Qorbaçov hakimiyyəti tərəfindən “xalqların daha bir yerdə yaşamaq istəmədiyi və azadlıq istədiyi kimi təqdim edilirdi”. Beləcə, SSRİ-nin dağılma prosesi, Azərbaycanınsa müharibəyə sürüklənmə dövrü başladı.
“Əliyevşina”nın hədəfləri nə idi?
Hər kəsə aydındır ki, Heydər Əliyev siyasi hakimiyyətdə qalsaydı, nə Qarabağ münaqişəsi baş verərdi, nə də ki, Ermənistandan 250 min soydaşımız depotasiya edilərdi. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırılsa da, Qorbaçov və onun yaxın çevrəsi xalqımızın böyük oğlunun nüfuzundan çəkinib, ehtiyat edirdi.
Ona görə də 1988-ci ilin əvvəllərində SSRİ-də “Əliyevşina” adlı bədnam kampaniya başladı. Moskvanın birbaşa göstərişi ilə İttifaqın bütün bölgələrində anti-Əliyev kampaniyasına start verildi. Guya ki, SSRİ-ni iqtisadi böhrana salan Heydər Əliyev olub. Nə yazıq ki, bu biabırçı kampaniyanın önündə Azərbaycanın o zamankı marianetka rəhbərliyi və satılmış “ziyalı zümrəsi” gedirdi.
Mövzu Vətəndirsə...
Lakin Dahi Öndər şəxsinə qarşı aparılan bu çirkin kampaniyaya fikir vermədi, təmkin göstərdi. Amma mövzu Vətən, milli məsələ olanda ümummilli lider Heydər Əliyev heç zaman susmadı, gözləmə mövqeyində dayanmadı, heç bir fiziki terrordan çəkinmədi. Ölümün gözünə dik baxaraq xalqının səsinə səs verdi, onun müdafiəsinə qalxdı. Bu 1990-cı ilin yanvarında da belə oldu, 1993-cü ilin iyununda da.
Dahi lider sözün həqiqi mənasında qalan ömrünü xalqına bağışladı. 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdaraq dövlətimizi məhv olmaqdan, xalqımızı vətəndaş müharibəsindən qurtardı. Torpaqlarımızın sürətlə işğalının qarşısını aldı.
Borçalı necə xilas edildi?
1993-cü ildə Heydər Əliyev ölkənin siyasi hakimiyyətinə qayıtdıqdan sonra təkcə Azərbaycanı xilas etmədi, həm də  Dünya Azərbaycanlılarına arxa durdu. Bildiyimiz ki, 1992-1993-cü illərdə Gürcüstanda siyasi hakimiyyətə gələn radikal millətçi Qamsaxurdiya soydaşlarımızın kütləvi deportasiya edilməsinə start verdi.
500 min soydaşımızın Borçalıdan, dədə-baba ocaqlarından köçürülməsi kimi qorxulu bir layihənin icrasına başlanıldı. Bu qorxunc planı məhz Heydər Əliyev müdrikliyi, Heydər Əliyev siyasəti durdurdu.
Hələ Rusiyada yaşayan yüzminlərlə soydaşımızı demirik. İçki düşkünü və ultra-millətçi Yeltsin Azərbaycanla bütün iqtisadi əlaqələri kəsmişdi. Rusiyada yaşayan yüz minlərlə soydaşımızın qovulma təhlükəsi yaranmışdı. Məhz dahi Öndərin gərgin və uzaqgörən siyasəti sayəsində bu təhlükə də aradan qalxdı, Rusiya ilə münasibətlər tədricən normallaşdırıldı.
Heydər Əliyev ulu öndər kimi
1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi an məsələsi idi. 5 qonşu dövlətdən 4-ü Azərbaycana qarşı düşmən mövqedən çıxış edirdi. Üstəlik, bu dövlətlərə supergüclər tərəfindən açıq dəstək verilirdi. Türkiyə isə baş verən proseslər fonunda çox zəif görünürdü.
Belə bir ağır və məsuliyyətli dövrdə siyasi hakimiyyətin olimpinə qayıdan Heydər Əliyev dövlətimizi məhv olmaqdan, Dünya azərbaycanlılarını didərgin düşməkdən xilas etdi. Beləcə, Heydər Əliyev dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının ulu öndərinə çevrildi.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri