Icma.az
close
up
RU
“Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr təşkil olunub

“Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr təşkil olunub

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın ikinci günündə ADA Universitetində “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr təşkil olunub.

APA xəbər verir ki, ADA Universiteti nəzdində Diplomatiya və İnkişaf İnstitunun Siyasi araşdırmalar üzrə Direktoru Damyan Krnyeviç Miskoviç iştirakçılara beynəlxalq münasibətlər və onların qarşısındakı çətinliklərdən danışıb.

O bildirib ki, ölkələr arasında müxtəlif siyasi və iqtisadi səbəblərdən münaqişələr baş verir. Bu isə dünyanın təhlükəsizlik üzrə təməl prinsiplərinə ziyan vurur:

"Beynəlxalq Münasibətlər sisteminin ən təhlükəli tendensiyalarından biri müstəmləkə siyasətidir. Belə ki, bir sıra hegemon dövlətlər ərazisinə görə özlərindən kiçik ölkələri müstəmləkə altında saxlayaraq, onların malik olduğu təbii sərvətləri istismar edir. Belə olan şəraitdə müstəmləkəçi ölkələr bu dövlətlərin müstəqil lik hüququndan istifadəsində maraqlı olmurlar. Hesab edirəm ki, dünya ictimaiyyəti müstəmləkə şəraitindəki dövlətlərin üzləşdiyi çətinliklərə diqqətlə yanaşmalı və onları gözardı etməməlidir. Bu gün Bakıda təşkil olunan konfrans belə ölkələrin problemlərini daha dərindən anlayaraq, çıxış yollarını müzakirə etmək üçün ideal platformalardan biridir".

ABŞ Virciniya adaları hökümətinin sabiq xarici işlər naziri Karlayl Korbin Karib hövzəsi ölkələrinin uzun müddət müstəmləkə şəraitində yaşamasına diqqət çəkib.

O söyləyib ki, hazırkı dövrdə dünya ictimaiyyəti müstəmləkə dövlətlərinin problemlərinə diqqəti daha da artırmalıdır:

"Onlar müxtəlif iqtisadi və sosial qayğılarla üzləşib. Həmin hövzədə yaşayan insanların müstəqillikləri də təhlükə altındadır. Mənim fikrimcə bununla bağlı öz dəstəyimizi nümayiş etdirməliyik".

BMT-nin Afrikalılar üzrə Daimi Forumunun üzvü Cun Somer müstəmləkə şəraitində yaşayan ölkələri həbsxanalara bənzədib. O, Afrika qitəsində müstəmləkə mübasibətinə məruz qalan ölkələrin öz təbii sərvətlərindən istifadə edə bilməməsinə diqqət çəkib. Əsasən Afrikada və Karib adalarında yaşayan insanların həyatları və üzləşdikləri çətinliklərlə bağlı tələbələri məlumatlandırıb.

Panelin davamında çıxış edən Cənubi Pasifik Universitetin müəllimi Professor Lorenz Qonşor müstəmləkələri qarşı mübarizə apardıqları üçün Bakı Təşəbbüs Qrupuna və digər qurumlara təşəkkür edib. O, bu vəziyyətin həlli üçün belə addımların atılmasının əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrlə xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri