Icma.az
close
up
RU
Müasir müstəmləkə siyasəti

Müasir müstəmləkə siyasəti

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Günümüzdə imperiya anlayışı artıq keçmişdə qalmış sayılsa da, reallıqda hələ də bu sistem mövcud olmaqdadır.

Afrika və Okeaniya, Cənubi Asiya Avropa Ölkələrinin, Latın Amerikası ABŞ nin faktiki təsiri və idarəetməsi altındadır.

Bu qitə və regionların geo-siyasi əhəmiyyəti, zəngin təbii sərvətləri, nadir metal və qeyri metalları, nemətləri, münbit torpaqları əsas diqqət cəlb edici məqamdır.

Bu gün müstəqil yaxud qeyri müstəqil bir sıra ölkələr var ki, hələ də metropoliya sayılan müstəmləkəçi dövlətin protektoriyası altındadır və təbii sərvətlərin istismarı nəticəsində həmin metropoliyalar ucuz və keyfiyyətli xammal, geniş çeşidli məhsullar, və onların emalından istehsal olunanları başqa ölkələrə baha sataraq yüksək məbləğdə gəlir əldə edir.

Afrikada şokolad plantasiyalarında bu gün qoca və uşaqların belə işləmə faktı yüksək səviyyədədir və qazancları isə günlük 1 yaxud bir neçə dollar təşkil edir.

Qitənin cənub hissəsində almaz və yaqut ehtiyatları digər qitələrə nisbətən daha çoxdur və bu sərvətdən əldə edilən gəlirlə regionda əhalinin həyat səviyyəsi əslində Finlandiya yaxud Norveç və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən əslində fərqlənməməlidir lakin, gəlirlər metropoliyalar gedir, əhali isə inkişafdan geri qalmış, yoxsul gündə saxlanılır ki, inkişaf baş versə, texnoloji yüksəliş olsa müstəmləkə siyasəti davam etməz.

1492 ci ildə Xristofer Kolumbun (maraqlı bir fakt olaraq qeyd edim ki, Kolumb yəhudi əsilli şəxs olub) Amerikanı kəşf etməsindən sonra Avropalıların yeni qitəyə qızıl və digər qiymətli xammal üçün axını gücləndi. XVI - XVIII əsrlərdə Amerika materikində yaşayan hindular (əslində, aborigenlər) qətliamlara məruz qalaraq getdikcə qərbə doğru və ya rezervasiyalara sıxışdırılmağa başladı.

Yeni qurulan koloniyalardan gələn gəlirlər Qərbi Avropanı 2 əsr içində varlı qitəyə çevirdi. Afrikada gətirilən kölələr plantasiyalarda işlədilir, sərvətlər qoca qitəyə daşınır, getdikcə Avropa güc mərkəzinə çevrilməyə başlayırdı.

XVIII əsrdə artıq indiki şimali Amerikanın şərq və mərkəzi hissələri koloniyalaşdırılmış , Afrika və Okeaniyada Qərb ölkələrinin mütləq hakimiyyəti qurulmuşdu.

Müstəqilliyi əlindən alınmış xalqların kölə kimi öz torpaqlarında işlədilməsi, qara dərililərin əşya kimi alınıb satılması, külli miqdarda var dövlətlərin Avropaya daşınması yaxud həmin koloniyalarda yaşayan şəxslərin cibinə axması yeni dövr dünyasının əsas siyasi mənzərələrindən biri idi.

1861 1865 ci illərdə ABŞ vətəndaş müsahibəsində qalib gələn şimallıların köləliyi ləğv etməsi də yenə də irqi ayrı-seçkiliyi zəiflədə bilmədi və ötən əsrin ortalarınadək əsas etnii problem olaraq qaldı yalnız 1950 cı illərdə Martin Lüter Kinqin başçılığı ilə aparılan azadlıq hərəkatı ilə bu ölkədə bu problem nisbətən azaldı, lakin Lüter Kinq bir müddət sonra növbəti güclü ideyalar Şimali Amerikada yaya bilər deyə qətlə yetirildi

Bu gün də bu siyasət gizlin də olsa həyata keçirilir. Afrika ölkələrinin əksər hissəsinin inkişaf edə bilməməsi, vətəndaş müharibələri ilə çalxalanması, miqrant axınının Avropa və Şimali Amerikaya yönəlməsi ilə həmin qüvvələr üçün geniş münbit torpaq sahələri, zəngin ehtiyatlar, geopolitik imkanlar yaranır.

ABŞ Latın Amerikası ölkələrini dollar siyasəti və kredit verməklə bir əsrdən çoxdur ki, zəif və asılı hala salıb.

Və beləcə ölkəsi üçün ucuz işçi qüvvəsi, təsir dairəsi yaratma fürsəti əldə edir.

Rusiya özü də 1991 ci il SSRİ dağıldıqdan sonra imperialist siyasət apararaq həm tərkibindən çıxan ölkələri asılı hala salmaq üçün onilliklər öncə planlı şəkildə yaratdığı ərazi və etnik problemlər əsasında separatçılıq meyillərini dəstəkləyir və nümunə kimi Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna kimi ölkələri göstərmək olar.

Moskva 1920 ci ildə AXC ni rəsmən işğal etmiş sərvətlərini 70 il istismar etmişdir, 1991 ci il müstəqillik əldə edən Azərbaycan üçün Qarabağ münaqişəsi məsələsi yaradaraq Rusiyanın Cənubi Qafqazda təsirinin itməməsi üçün taktiki gediş etmişdir.

Bu yolla Azərbaycanın istənilən hər hansı hərbi və ya siyasi təşkilata üzv olmasına mane yaratmışdır. Gürcüstan 2008 ci il NATO a üzvlük üçün müraciət edəndə Abxaziya və Cənubi Osetiyada Moskvanın dəstəyi ilə hərbi münaqişə başlayır və Rus qoşunları Gürcüstana daxil olaraq Tiflisin bir neçə kilometrliyinədək irəliləyirlər, düzdür Qərb Ölkələrinin vasitəçiliyi ilə atəşkəs əldə edilsə də Gürcüstanın alyansa üzv olmaq istəməsi müşkül işə çevrilir.

Bu gün Avropa kütləvi şəkildə miqrant axını ilə üzləşib, əsasən ərəb ölkələrindən olan bu qaçqın axını həmin ölkələrdə ciddi maddi və sosial yardım çətinliyi formalaşdırıb. İş, rahat gün güzəran, sosial rifah axtaran bu kütlənin əsas problemini həll etmək üçün ilk növbədə, onların gəldiyi ölkələrdə vəziyyəti düzəltmək, sabitlik yaratmaq, politik məqsədlərə görə xaos çıxarmamaqdır.

Əgər, misal üçün Liviyada yaxud Somalidə və ya da Suriyada siyasi vəziyyət düzəlsə, iqtisadiyyatın inkişafına yardım edilsə, texnoloji yeniliklərin tətbiqi üçün beynəlxalq təşkilatlar tədbirə başlasalar, səhraların və quraq ərazilərin yaşıllaşdırılması və içməli su ilə təmini üçün layihələr icra edilsə, təhsil və sosial yaşam şərtlərinin keyfiyyət göstəriciləri yüksəldilsə başqa ölkələrə miqrasiya əhəmiyyətli dərəcədə azalar.

Lakin, bu baş versə dünyanın bir sıra hegemon qüvvələri üçün super güc kimi var olmaq məfhumu daha mövcud olmayacaq, dünyanı bölüşdürmək və ali və ikinci dərəcəli xalqlar ideyası ilə idarəetmə işi alınmayacaq. İqtisadi əməliyyatlar və beynəlxalq bazarlarda rəqib qüvvələr, texnoloji və elmi nailiyyətlərdə ikinci bir iddiaçı ortaya çıxmayacaq.

Müəllif siyasi şərhçi İsa İsmayılov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see286

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see194

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see178

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see134

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see124

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri