Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Təhsil sistemində milli dil məsələsi: müasir çağırışlar kontekstində

Təhsil sistemində milli dil məsələsi: müasir çağırışlar kontekstində

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şəhla ASLAN

Şəhla ASLAN,
Təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, Türkiyənin Qazi Universitetinin müəllimi

Milli dil hər bir xalqın özünü dərk etməsinin, mədəniyyətini yaşatmasının və düşüncə sistemini formalaşdırmasının ən mühüm vasitəsidir. Ana dili təkcə ünsiyyət üçün vasitə deyil; o, həm də insanın dünyanı qavrama modelini müəyyənləşdirən psixolinqvistik kod, kollektiv yaddaşın daşıyıcısı, milli kimliyin strateji dayağıdır. Humboldtun söylədiyi kimi, "Dil insanın fikrinin yalnız ifadə forması deyil, o, fikrin yaranması üçün şərtdir". Bu, ana dilinin şüura çevrilməsinin nə qədər fundamental bir proses olduğunu göstərir. Milli dil şüurunun formalaşdırılması isə ilk növbədə təhsil sisteminin üzərinə düşür. Lakin müasir dövrdə qarşılaşdığımız sosial, texnoloji və mədəni proseslər bu sahədə ciddi çətinliklər yaradır.

Əvvəla, ana dilinin tədrisi hələ də bir çox hallarda mexaniki qrammatika öyrədilməsi ilə məhdudlaşır. Halbuki müasir dilçilik və pedaqogika ana dili tədrisini yalnız qayda mənimsəmə prosesi kimi deyil, həm də şüurlu düşünmə, mətn qurma, analitik təfəkkür və kulturoloji savadlanma prosesi kimi qəbul edir. Ana dili dərslərinin, şagirdin düşüncə strukturunu formalaşdırmaq əvəzinə, formal xarakter daşıması nəticəsində tələbələrdə funksional yazı və mətn qurma bacarıqları ciddi şəkildə zəifləyir. Mövcud müşahidələr və müxtəlif tədqiqatların nəticələri göstərir ki, Azərbaycanda universitet tələbələrinin yazılı işlərində orfoqrafik və sintaktik səhvlərin geniş yayılması, mətnlərin strukturunda məntiqi ardıcıllığın tez-tez pozulması diqqət çəkən problemlərdəndir. Dilçilik üzrə aparılan araşdırmalar eyni zamanda, tələbələrin yazı bacarıqlarında sistemli çatışmazlıqlar olduğunu ortaya qoyur və bu çatışmazlıqların əsas səbəbi kimi ana dili tədrisinin funksional yanaşmadan çox formal qrammatik təlimlə məhdudlaşması göstərilir. Pinkerin fikri məsələnin mahiyyətini anlamağa yardım edir: "Dil strukturdakı boşluqlar düşüncə strukturlarındakı boşluqları üzə çıxarır..."

Müasir çağın ən böyük çətinliklərindən biri də sosial media mühitinin dil üzərindəki təsiridir. Rəqəmsal platformaların sürət tələb edən kommunikasiya üslubu dilin minimalistik formaya salınmasına səbəb olur. Fonetik yazı ("ne", "gelirem", "yaxsı"), qısaldılmış ifadələr ("tmm", "ok", "yb"), sintaktik tamlıqdan uzaq cümlələr, emojilərin dili əvəz etməsi yazılı nitqin strukturunu zədələyir. Sosial media dilinin yaratdığı "qısa yazı mədəniyyəti" gənclərin analitik düşünmə və mətn qurma bacarıqlarını zəiflədir. Britaniyalı dilçi David Kristal bu prosesi belə təsvir edir: "Yeni media dili sürətləndirir, lakin onun dərinliyini azaldır". Bu azalma təkcə dilin poetik və estetik imkanlarını deyil, düşüncə prosesinin sistemliyini də zədələyir.

Dil mədəniyyətinin deqradasiyasının başqa bir təhlükəli aspekti - orfoqrafik səhvlərin cəmiyyət səviyyəsində normaya çevrilməsidir. Xəbər başlıqlarında, televiziya titrlərində, internet portallarında, dövlət qurumlarının elanlarında, hətta rəsmi məktublarda belə yazı səhvlərinə rast gəlinir. Bu, dilə qarşı ictimai məsuliyyətin azalmasına işarədir. Dilçi Tiknor haqlı olaraq yazır: "Orfoqrafiya cəmiyyətin intellektual nizamının göstəricisidir". Səhvin normaya çevrildiyi mühitdə dilin nüfuzu zəifləyir, dil duyumu korlanır və nəticədə düşüncə də mexaniki, şablon xarakter alır.

Milli dil şüuruna mənfi təsir göstərən amillərdən biri də vizual mühitdə xarici dilin hegemonluğudur. Məsələn, Bakıda xarici dilli reklam lövhələrinin artması - "Sale", "Outlet", "Beauty Center", "Coffee to go" kimi ifadələrin dominantlaşması - Azərbaycan dilinin simvolik gücünü zəiflədir. Bourdieunün "simvolik hakimiyyət" konsepsiyasının prizmasından baxdıqda aydın olur ki, reklam məkanında xarici dilin üstünlüyü gənclərin şüurunda yanlış mədəni prestij təsəvvürü yaradır: xarici dil müasirliyin göstəricisi, ana dili isə köhnəlmiş ifadə forması kimi qəbul edilməyə başlayır. Aparılan müşahidələr göstərir ki, paytaxt mərkəzindəki reklam lövhələrinin 60 faizindən çoxu yalnız xarici dildədir. Bu isə dilin vizual nüfuzuna birbaşa zərbədir.

Milli dil şüurunun zəifləməsinin digər ciddi səbəbi tədris prosesində mədəni yaddaşın yetərincə əks olunmamasıdır. Bu gün məktəb və universitet şagirdlərinin bir çoxu dünya mədəniyyəti haqqında müəyyən təsəvvürə malik olsa da, öz milli-mədəni irsimizi yetərincə tanımırlar. Musiqi, ədəbiyyat, incəsənət və fəlsəfə sahəsində yaratdığımız böyük irs gənclərə sistemli şəkildə çatdırılmadığı üçün milli dilin mədəni dayaqları zəifləyir. Benedetto Kroçenin fikri bu baxımdan mühümdür: "Mədəniyyətini bilməyən xalq öz dilinin dəyərini dərk edə bilməz". Mədəni irsdən xəbərsiz gəncin ana dili şüuru da dərinlik qazana bilmir, çünki dil yalnız qrammatika deyil, həm də mədəni kodların daşıyıcısıdır.

Bütün bu qeyd edilənlərə əsasən demək olar ki, milli dil şüurunun formalaşdırılması müasir dövrdə təkcə təhsil məsələsi deyil; bu, milli kimlik, intellektual təhlükəsizlik və mədəni davamlılıq məsələsidir. Təhsil sistemində ana dilinə münasibət yenidən qurulmalı, qrammatik yönümlü yanaşma tədricən funksional-linqvistik yanaşma ilə əvəz edilməlidir. Məktəblərdə və universitetlərdə mətn analizi, arqumentasiya, diskurs təhlili kimi komponentlər gücləndirilməli, yazı bacarıqları müstəqil modul kimi tədris olunmalıdır. Sosial media mühitində dil mədəniyyətini qorumaq üçün maarifləndirmə proqramları hazırlanmalı, reklam məkanında isə Azərbaycan dilinin mövqeyini hüquqi mexanizmlərlə möhkəmləndirmək vacibdir. Mədəni irsin tədrisi sistemləşdirilməli, gənclərin milli mədəniyyətlə tanışlığı genişləndirilməlidir.

Dilini qoruyan xalq əslində yalnız danışıq vasitəsini deyil, öz düşüncə modelini, mədəniyyətinin məğzini və gələcək nəsillərə ötürəcəyi mənəvi mirasını qoruyur. Çünki dil bir millətin kollektiv yaddaşını daşıyan ən mühüm idrak kodudur. Xalqın dünyanı qavrama tərzi, düşüncə sisteminin strukturu, emosional zənginliyi və mədəni davranış modeli məhz ana dilində formalaşır. Dil itdikdə yalnız sözlər yox, həmin sözlərlə yaşadılan mədəniyyət, həmin sözlərin yaratdığı düşüncə məkanı və bütöv bir kimlik sistemi də zədələnir.

Bu baxımdan milli dil şüurunun gücləndirilməsi hər hansı humanitar və ya filoloji məsələ kimi deyil, birbaşa strateji milli prioritet kimi dəyərləndirilməlidir. Çünki dilin zəifləməsi yalnız qrammatik problemlər yaratmır; milli kimliyin bulanması, təfəkkürün standartlaşması, mədəni yaddaşın qopması və intellektual potensialın zəifləməsi ilə nəticələnir. Bu gün dünya təcrübəsi göstərir ki, dilini möhkəm qoruyan xalqlar həm iqtisadi, həm mədəni, həm də siyasi baxımdan daha dayanıqlı inkişaf modelinə sahib olurlar.

Bütün bunları nəzərə alaraq, milli dil şüurunun formalaşdırılması təhsil sisteminin ən əsas prioritetlərindən biri olmalıdır. Ana dili tədrisi yalnız qrammatik qaydalarla məhdudlaşmamalı, dilin mətnqurma, yaradıcılıq, tənqidi düşüncə və mədəni özünüdərk funksiyalarını gücləndirən kompleks yanaşma ilə həyata keçirilməlidir. Çünki dilini şüurlu şəkildə qoruyan cəmiyyət öz gələcəyini də elə həmin şüur üzərində möhkəm qurur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see157

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri