Icma.az
close
up
RU
Müasir dövrün LİDER portreti!

Müasir dövrün LİDER portreti!

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hekayəsi olmayanların sıra düzülüşü…

XXI əsr üçün spesifik olan ictimai-siyasi fərqləndirmələrdən biri də qlobal inkişaf amillərinin daha da dəqiqləşdirilməsidir. Əgər XX yüzillikdə dövlətin ideoloji-siyasi yönümü (sosialist və ya kapitalist ideologiyaya əsaslanması) onun qlobal atlasdakı yerini müəyyənləşdirirdisə, XXI əsrdə bu göstəricilər tam fərqli şəkil alıb – günümüzdə dövlətin gücü və ya qlobal məkanda yeri liderinə mütənasib şəkildə tənzimlənir, qəbul edilir və qiymətləndirilir.

Dərsə gələn bir...Avropa lideri...

Bu faktı sübut etmək üçün dağa – daşa düşmək lazım deyil – qızmar avqust ayında Vaşinqtonda, Ağ Evdə baş tutmuş bir sıra görüşlərə diqqət yetirmək kifayət edir. Məsələn, Donald Trampın Avropa liderlərini qəbul etməsi zamanı ortaya çıxan mənzərə XXI əsrin II onilliyinin siyasi tablosu adlana bilər. ABŞ Prezidenti Donald Tramp masa arxasında, qarşısında isə dərsə gəlmiş uşaqlar kimi düzülmüş Avropa İttifaqının və digər Avropa ölkələrinin liderləri… Bənzətməni qüsurlu saymaq olar – amma ilk baxışdan yaranan fikir bundan ibarətdir. Özü haqda böyük utopik fikirdə olan Avropa ABŞ prezidentinin qarşısında dərsə qulaq asan uşaq kimi sıraya düzülüblər. Özünü lider hesab edən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri bu kimi vəziyyətdə situasiyaya təslim olurlar – dərsə qulaq asan uşaq kimi onlara göstərilən stula səssiz-səmirsiz əyləşirlər.

Bu, nəyin ortaya çıxardığı nəticədir:

- Avropa məkanı sözün hər bir mənasında lidersizlikdən əziyyət çəkir;

- Hazırkı “lider”lərin heç birinin tutduqları vəzifəyə layiq həyat hekayələri yoxdur.

Bəli, məhz həyat hekayələri – onları dəstəkləyən hansısa elektorat ola bilər, onlara səs verən seçicilər ola bilər, onların hakimiyyətə gəlməsi üçün münbit zəmin ola bilər… Bunlar hamısı ola bilər – olmayan yeganə nəsnə məhz həyat hekayələridir. İdeallar uğrunda bütün gücün səfərbər olunması yalnız liderin bacaracağı bir məsələdir. Amma gəlin görək, Trampın önünə düzülmüş avropalı “liderlər” hansısa bir ideal uğrunda sonuna qədər özünün həqiqət sandığı prinsipi qoruya bilirmi? Bilmir. Onlar üçün sülh və ya müharibə tezisi yalnız və yalnız kənardan diqtə oluna bilər. Bu liderlər siyasi gündəmin arxasınca getməyi siyasi proses adlandırırlar – amma oturuşları belə onları ələ verir. Onlar yalnız və yalnız dinləiyci, icraedici və etiraz etməyənlərdir.

Həmin foto Avropa siyasi elitasının çöküşünün görüntüsüdür. Özünü mənəvi dəyərlər toplusunun yiyəsi, demokratik ənənələrin yayıcısı, haqq-ədalət çarcısı kimi qələmə verənlər bir foto ilə bütün faciələrini əks etdirmiş oldular. Avropanın qısırlığı, cılızlığı, mütiliyi və haqqında deyilənlərin “sabun köpüyü” olması bir fotoya sığışdı…

Bunun səbəbini araşdırdıqda isə məlum olur ki, Avropa bütövlükdə qeyri-standart həyat tərzinə aludə olmuşdu ki… Qeyri-ənənəvi cinsi orientasiyalar, iyrənc sektalar, eyş-işrət, kef içində yaşamaq rahatlığı… Bir də zaman – vaxt yetişdi ki, onlar dövrün, zamanın reallığının qarşısında əliyalın qaldıqlarını gördülər. Və beləliklə də, dərsə gəlib dərs almaq məcburiyyətində qaldılar…

Ağ Evin yüksək səviyyəli QONAĞI...

Avqust ayınıın 8-də Ağ Evdə yüksək səviyyəli qonaq kimi qəbul olunan Azərbaycan Prezidenti İlham Əliyev isə davranışları ilə yenə də əsl liderlik keyfiyyətinin yönünü, istiqamətlərini, düsturunu nümayiş etdirdi. Bu bir həqiqətdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artamasını şərtləndirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə mühüm töhfələr vəd edir - burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir. Nəticə isə göz önündədir – Azərbaycan LİDERİ Ağ Evdə Donald Trampla yanaşı əyləşir, siyasi məsələlər haqqında fikirlərini ifadə edir, regionun gələcəyi ilə bağlı proseslər haqqında qətiyyətini və diqtəsini ortaya qoyur – ATƏT-in Minsk Qrupunun ləğvi bunun bariz sübutudur. Donald Trampın Azərabycan Prezidentinə münasibəti isə yayılan video və fotolarda tam şəkildə öz əksini tapır – yaxın dost, tərəfdaş, qalib Prezident. Azərbaycan xalqının və dövlətinin mübarizlik ruhunu, cəmiyyətin minilliklərdən süzülüb gələn milli-mənəvi dəyərlərinin simvoluna çevrilmiş bir Prezident…

Milli dəyərlərə, milli maraqlara, milli uğurlara  söykənən həyat hekayəsi...

Beləliklə də, müasir qlobal siyasi tənzimləmələrin ən başlıca amili – lider amili önə çıxır. Bəli, müasir siyasi münasibətlər sistemi üçün ən vacib amil məhz LİDER amilidir. Bu gün LİDERLƏR öz dövlətinin, regionunun, hətta daha böyük coğrafiyaların inkişaf tendensiyasını müəyyənləşdirir, ona yön verir. İlham Əliyevin qalib, mübariz və qətiyyətli liderlik yolu uzun və rəngarəng həyat hekayəsinə söykənir. Özünün məntiqi nəticəsinə yetişmək üzrə olan Cənubi Qafqazda sülh və sabitlik tendensiyanın ideya olaraq “dünyaya gəlişi”, ətrafına regional inkişaf perspektivləri toplaması, etimad qazanması, uğurlu bir gələcək vəd etməsi mühüm bir trayektoriya kimi Azərbaycanın son 5 ildəki uğurlarının toplusunu təşkil edir. Bu trayektoriyanın bəzən 2016-cı ildən, bəzən isə 2020-ci ilin əvvəlindən formalaşdırıldığı bildirilir. Amma daha geriyə boylansaq, bu yolun təməlinin daha da “uzaq-yaxın keçmişə” söykəndiyini görərik. Böyük bir həyat hekayəsinə sahib olan Prezident İlham Əliyevin Azərbaycana qısa zamanda Cənubi Qafqazın lideri statusunu qazandırması, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi tranzitini ən real və effektiv ticari yol kimi təqdim etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində yeni təhlükəsizlik arxitekturası qurması, Vaşinqtonda Cənubi Qafqazın sülh açarını əlində saxlaması Onun liderlik keyfiyyyətlərinin yeni təqdimatının ən vacib ştrixlərindəndir.

Uğurun strategiyası...

Azərbaycan Prezidenti öz nümunəsində liderliyin alternativsiz əlifbasını təqdim edir. Sən lidersənsə, hər sözün, hər addımın, hər davranışın güvənc hissi doğurmalıdır:

- İlham Əliyevi görən, ona qulaq asan hər kəs  ona inanmaq, ona  güvənmək istəyir.

- Və ona inanırlar, etibar edirlər, birmənalı olaraq  güvənirlər.

Sən lidersənsə, səninlə hesablaşmalıdırlar.

- Prezidentin doğum günü ərəfəsində yerli kanallara danışan Vladimir Putin deyir: “Hər məsələdə İlham Əliyevi razı salmaq asan deyil”. Bu gün Azərbaycanla, onun Lideri ilə hesablaşırlar. Çünki ölkəmizlə, onun gələcəyi ilə bağlı bütün qərarlar Bakıda,

İlham Əliyev tərəfindən verilir.

Sən lidersənsə, heç vaxt özünü vəziyyətdən asılı duruma salmamalısan.

- Bu gün regiondakı vəziyyətin ahəngini İlham Əliyev diktə edir.

“Azərbaycan zəfər marşındadır” ifadəsi bəlağət deyil, geosiyasi reallıqdır!

Bu geosiyası reallığı Prezidentin bir cümləyə sığışan strategiyası yaradıb:

“Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...”

Beləliklə, bu cümlə Azərbaycanın müasir tarixinin, nailiyyətlərinin, uğurlarının fotosudur – bu tezisin hikməti və enerjisi Azərbaycanı növbəti mərhələyə də uğurla daşıya biləcək…

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see422

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see238

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see238

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see218

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see192

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see187

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see181

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see176

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see173

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see167

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see159

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see157

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see153

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see151

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see151

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see150

Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür

14 İyul 2026 05:45see149

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see148

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see148

Rihanna illər sonra səhnəyə qayıtdı Video

14 İyul 2026 07:14see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri