Icma.az
close
up
RU
Müasir dünyada informasiyadan bir silah kimi istifadə edilir (ŞƏRH)

Müasir dünyada informasiyadan bir silah kimi istifadə edilir (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Müasir dünyada informasiyadan bir silah kimi istifadə edilir". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna"-"Zerkala" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, müasir dövrdə media müxtəlif maraq qruplarının toqquşma məkanına çevrilib:

"Kimin kiminləsə hər hansı bir problemi, toqquşan maraqları varsa, yaxud da hansısa siyasi platformada yola gedə bilmirlərsə, "feyk" informasiyalardan istifadə olunur".


Elçin Şıxlı bildirib ki, belə informasiyaların yayılmasının qarşısını almağın çətinliyini vurğulayıb:

"Bu gün informasiya bolluğu şəraitində yaşayırıq. Yayılan informasiyaların hansının doğru, hansının yalan olduğunu anlamaq üçün gərək səhərdən axşama kimi məlumatları oxuyasan ki, nəyin doğru, nəyin yalan olduğunu anlayasan. Ona görə də "Media savadlılığı" deyilən bir məfhum meydana çıxır. Bu səbəbdən media üçün insanları savadlı etmək istəyirik". 

Jurnalistin fikirincə, yoxlanılmamış məlumatların yayılması savadsızlıqdan və jurnalistikanın nə demək olduğunu anlamamaqdan irəli gəlir:

"Yeni dəb yaranıb - məlumata həqiqət yükü olmayan hay-küylü bir başlıq qoyurlar. Başlıqla mətn uyğun gəlmir. Eyni zamanda, oxunuş sayının artırılması məqsədi ilə yalan məlumat yayırlar". 

İnformasiyanın təhlil edilməsi prosesinə gəlincə, Elçin Şıxlı hesab edir ki, məlumat bir dəfə yayılır:

"Ondan sonra axtarılıb-araşdırılıb həqiqət üzə çıxarılırsa belə, ilk yayılan informasiya insanların yaddaşında qalır. Ondan sonra informasiyanın araşdırılması, təhlili, həqiqətə uyğun olub-olmaması haqqında kiminsə məlumat alması şərt deyil. Özü də onu 10 nəfərdən 5-i belə oxumur. Bu, mürəkkəb bir məsələdir". 

Bahar Rüstəmli


Yazı 16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirlən "Media Savadlılığı" həftəsi çərçivəsində hazırlanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri