Payızda kökəlməmək üçün nə yeməliyik? Dietoloqdan maraqlı tövsiyə
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssis bu barədə “Gazeta.ru”ya danışıb.
Onun sözlərinə görə, stress zamanı yeməyə meyillilik nəzarətsiz qidalanma və artıq çəki riskini artırır. Kambala balığının tərkibindəki xrom isə zərərli qəlyanaltılara olan istəyi azaltmağa kömək edir. 100 qram kambalada təxminən 16-18 qram zülal, cəmi 2-3 qram yağ var. Kalorisi isə 90 kilokaloridən çox deyil.
Dietoloq bildirib ki, payızda hormonal dəyişikliklər və emosional vəziyyət qidalanmaya təsir göstərir. İnsanlar çox vaxt gərginliyi azaltmaq üçün yeməyə üz tutur və nəticədə orqanizmin sərf edə biləcəyindən artıq kalori qəbul edirlər.
Tsukanovanın sözlərinə görə, kambalanın tərkibindəki xrom karbohidrat mübadiləsində iştirak edir və insulinin fəaliyyətinə kömək edir. Bu səbəbdən o, balığın həftədə 2-3 dəfə, xüsusilə də axşam yeməyində istifadə edilməsini tövsiyə edib.
Mütəxəssis qeyd edib ki, kambalanı buxarda bişirmək və ya sobada hazırlamaq daha məqsədəuyğundur. Balığın tərkibindəki B qrupu vitaminləri sinir sisteminin fəaliyyətində iştirak edir, omeqa-3 yağ turşuları isə sinir hüceyrələrinin qorunmasına kömək edir.
Dietoloq vurğulayıb ki, zülal və faydalı mikroelementlərlə zəngin ağ balıq növləri həm qidalanmanı balanslaşdırmağa, həm də iştahanı nəzarətdə saxlamağa kömək edə bilər.
Baxış sayı:113
Bu xəbər 31 Oktyabr 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















