Icma.az
close
up
RU
Müasir müharibələrdə psixoloji itkilər

Müasir müharibələrdə psixoloji itkilər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 oktyabr, AZƏRTAC

Postmüharibə dövrü döyüşlərin qazandırdığı problemlərlə gündəmdə olur. Müasir müharibə iştirakçıları döyüş yolundan və onun çətinliyindən asılı olaraq psixoloji sağlamlıq problemləri yaşayırlar. Sanitar itkilərlə yanaşı, psixoloji itkilər də qaçılmazdır. Psixoloji itkilər gələcəkdə bir çox fəsadlara yol aça bilir ki, bu da veteranın həm özünün, həm də ətrafının müəyyən çətinliklər yaşamasına səbəb olur. Müasir ordu sənayesi silahları öldüməkdən çox, ömürlük şikəst edəcək qabiliyyətə hesablayır. Hər iki tərəf rəqibinin döyüşçüsünü öldürməkdən daha çox illər boyu süründürəcək yara vurmağa və yaxud əlil etməyə meyillidir. Çünki müharibə əlilləri, həmçinin psixoloji xəstəliyə yoluxan şəxslər olaraq cəmiyyətə mənəvi-psixoloji zərbədir. Burada dövlətə dəyən maddi ziyanı da nəzərə almaq lazımdır. Əlillərin reabilitasiyası, mütəmadi həkim nəzarəti, tibbi preparatlar, əlillik, fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı - hər biri müəyyən maddi resurslar tələb edir. Həmçinin əlillərin yaşadıqları çətinliklər və sarsıntılar yalnız ailələrə deyil, cəmiyyətə də psixoloji təsir göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında hərbçi, psixoloq Amil Məhərrəmoğlu deyib.

O bildirib ki, postmüharibə dövründə veteranlar əsasən depressiya, narahatlıq və maddə asılılığı da daxil olmaqla müxtəlif psixoloji, qeyri-adekvat vəziyyətlərə həssaslıq nümayiş etdirirlər. Həmin həssalıq döyüş stres reaksiyasına (DSR) aid edilir və özünü uzunmüddətli döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə daha qabarıq göstərir: “Amerika psixoloqları İkinci Dünya müharibəsi zamanı müəyyən ediblər ki, cəbhə xəttində bir əsgər üçün qırılma nöqtəsi döyüşün intensivliyindən və tezliyindən asılı olaraq, 60- 240 gün arasındadır. Qırılma nöqtəsi nədir? Hərbçilərdə buna uzunmüddətli stres halında psixoloji təslimiyyət halı demək olar. Məlumat üçün deyə bilərik ki, psixoloji təslimiyyət halı-apatiya, dissosiativ reaksiya, öyrənilmiş çarəsizlik və s. bunun kimi elmi terminlərə yaxın anlayışdır. Belə ki, insan psixologiyası stres, təzyiq və ya mənfi təcrübənin birləşməsindən qaynaqlanan ağır psixi yüklənmələr zamanı “gücü çatmayanı” qəbul etmir. Orduda məşhur olan “ayıq ol, sağ qal” fundamental deyimi hərbçini fasiləsiz stres altında saxlaya bilir. Eyni zamanda, bu deyim hərbçinin daimi olaraq təhdid altında olmasından xəbər verir. Döyüş zamanı isə bu deyimdə “ayıq ol” ifadəsi qüvvədən düşür. Raket artilleriya silahlarının, kütləvi qırğın silahlarının, pilotsuz uçuş aparatlarının və aviasiya bombardımanın intensivliyi döyüşün şiddətini artırır. Belə olduqda, inkişaf etmiş ölkələrin orduları da daxil olmaqla bütün döyüş əməliyyatlarına cəlb edilmiş heyətdə psixoloji itkilərin olması təbii haldır. Lakin həmin itkilər statistik olaraq döyüş növündən və düşmən qüvvələrdən asılı olaraq dəyişə bilir”.

Amil Məhərrəmoğlu diqqətə çatdırıb ki, psixoloji itkilərə təsir edən əsas amillər əsgərin təchizatı (qoruyucu gödəkcə, dəbilqə, fərdi təminatı, silahı), peşəkarlıq səviyyəsi, döyüş apardığı silah-texnika cəhətdən, döyüşə psixi və fiziki hazırlığı, döyüşün növü (hücum, müdafiə), döyüşün şəraiti (baş verdiyi coğrafiya, relyef,), fərdin şəxsi keyfiyyətləridir (temperamenti, psixotipi, dünyagörüşü və s.). Psixoloji itkilər dedikdə isə ilkin olaraq döyüş zamanı açıq yara almayan, qorxu, təşviş, həyəcan keçirən şəxsi heyət nəzərdə tutulur. “Bir çox hallarda müharibə bitdikdən sonra təsiri uzun müddət davam edə bilir. Beynəlxalq standartlarda Post Travmatik Stress Pozuntusu (PSTP) adlanır. PSTP müxtəlif müharibələrdə fərqli faizlərlə ifadə olunur”.

Ölkəmizə gəldikdə hərbçi, psixoloqun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibələrinə diqqət yetirsək görərik ki, 1-ci dövr daha çox ağrı-acılı hadisələrlə yadda qalıb. “Əvvəla, 1990-cı illərdə “psixoloji travma” və “psixoloji dəstək” anlayışları Azərbaycanda yalnız bir ovuc mütəxəssisə məlum idi. İkincisi, psixologiyaya vaxt yox idi, bütün səylər müharibə qasırğası ilə parçalanmış Sovet İttifaqının xarabalıqlarında fiziki sağ qalmağa yönəlmişdi. Rusiyada 1990-cı illəri adətən “vəhşi doxsanıncı illər” adlandırırlar. Azərbaycanda bu ifadə keçərli deyil. Biz onu sadəcə rəmzi olaraq “məyusluq onilliyi” adlandıra bilərik”, - deyə o qeyd edib.

Amil Məhərrəmoğlu vurğulayıb ki, Vətən müharibəsində aktiv döyüşlər 44 gün ərzində baş verib. Bu isə bir əsgərin istirahətsiz döyüş aparma gücündə olan normal müddətdir:“2-ci Qarabağ müharibəsindən sonra az da olsa, psixoloji itkilərə rast gəlmək mümkündür. Ölkəmizdə bu sahədəki rəqəmlərə “YAŞAT” Fondunun hesabat sənədlərində rast gəlmək olar. Azərbaycan Ordusunda döyüşçülər arasında barotravma halları, yəni ətrafda yaranan qaz və hidro təzyiqin kəskin fərqi nəticəsində hüceyrələrin fiziki zədələnməsi prosesi, qapalı kəllə beyin travması, qəlpə təsiri ilə yaralanma (həlak olma) olub. Barotravma diaqnozu, əsasən, artilleriya mərmilərinin partlaması zamanı yüksək təzyiqin ağciyərlərin, qulağın, orta qulağın və beyindaxili hava boşluqlarının fiziki zədələnməsi ilə nəticələnirdi. Postmüharibə dövründə veteranlar arasında aparılan araşdırmalara görə, iştirakçıların yaddaşında qalan müharibə səhnələri, əsasən, artilleriya və ya minomyot mərmilərinin partlaması, həlak olan yoldaşlarına görə günahkarlıq, sağ qaldıqları üçün özünüqınama kimi depressiv hisslər müharibədən 5 il keçməsinə baxmayaraq, hələ də aktualdır”.

Mütəxəssisin sözlərinə görə, təəssüflər olsun ki, heç bir dövrdə bu sahədə elmi tədqiqatlar aparılmayıb. Lakin belə halların az-az baş verməsinə baxmayaraq, əlimizdə olan məhdud məlumatlar günümüzdə bu sahənin dərindən araşdırılmasına və əsaslı öyrənilməsinə ehtiyac olduğunu göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri