Hindistan Tomahawk ın analoqu olan raketi sınaqdan keçirib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Hindistanda quru hədəfləri vurmaq üçün nəzərdə tutulmuş yüksəkdəqiqlikli LRLACM uzaqmənzilli qanadlı raketin sınaqları keçirilib.
Bu barədə Hindistanın Müdafiə Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
"Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı şərqdəki Odişa ştatında yerləşən Çandipur raket poliqonunda LRLACM-nin uğurlu sınaqlarını keçirib. Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib ki, bu da onun səmərəliliyinin dəqiq monitorinqini təmin edib", - bəyanatda deyilir.
Qeyd olunur ki, LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçuş həyata keçirir və Amerikanın "Tomahawk" raketinin analoqudur. Raket quru və hərbi dəniz qüvvələrinin təchizatı üçün nəzərdə tutulub. Maksimum 1 500 km uçuş məsafəli raket 300 kq çəkisi olan nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 İyun 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















