Icma.az
close
up
RU
Müasir müharibələrin “uzanma sindromu” və Azərbaycan fərqi

Müasir müharibələrin “uzanma sindromu” və Azərbaycan fərqi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar müharibələrin xarakterini köklü şəkildə dəyişdirib. Əgər əvvəlki dövrlərdə hərbi qarşıdurmalar daha çox qısa müddətli və konkret nəticələrlə yekunlaşırdısa, bu gün biz tam fərqli mənzərə ilə üz-üzəyik. Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən İran–ABŞ–İsrail qarşıdurması göstərir ki, müasir müharibələr getdikcə daha mürəkkəb, çoxşaxəli və uzanan xarakter alır. Bu münaqişələrdə nə sürətli qələbə, nə də aydın siyasi nəticə müşahidə olunur.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, belə bir mürəkkəb və qeyri-müəyyən qlobal fonunda Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi 44 günlük Vətən müharibəsi təkcə regional deyil, həm də qlobal miqyasda diqqət çəkən bir model kimi çıxış edir: “Bu qələbə təsadüfi uğur deyil, sistemli şəkildə qurulmuş dövlət strategiyasının, siyasi iradənin və hərbi planlaşdırmanın sintezinin nəticəsidir. Politoloji yanaşma ilə desək, müasir müharibələrin əsas problemi strateji qeyri-müəyyənlik və məqsəd dispersiyasıdır. Yəni tərəflər ya müharibəyə aydın siyasi məqsədlərlə daxil olmur, ya da bu məqsədlər prosesin gedişində dəyişir. Bu isə münaqişələrin uzanmasına, resursların tükənməsinə və nəticə etibarilə donmuş və ya yarımçıq həllərlə yekunlaşmasına gətirib çıxarır. Azərbaycan modeli isə bu baxımdan fərqli idi. Burada əsas üstünlük məhz məqsədin konkretliyi və dəyişməzliyində idi. Beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün bərpası. Bu məqsəd həm daxili siyasi konsensus yaratdı, həm də beynəlxalq müstəvidə legitimlik qazandırdı.

Digər mühüm fərq müharibənin çoxölçülü idarə olunması idi. Azərbaycan yalnız hərbi əməliyyatlara fokuslanmadı. Paralel olaraq diplomatik, informasiya və psixoloji müstəvilərdə də aktiv fəaliyyət göstərdi. Bu, müasir müharibələrin əsas tələblərindən biridir və bir çox dövlətlər məhz bu koordinasiyanın çatışmazlığı səbəbindən uğursuzluqla üzləşir”.

Nicat İsmayılov qeyd edib ki, Azərbaycanın əldə etdiyi qələbədə həlledici faktor siyasi iradə ilə hərbi strategiyanın tam sinxronlaşdırılması idi: “Dövlət rəhbərliyinin müəyyən etdiyi siyasi kurs birbaşa olaraq hərbi əməliyyatların məntiqinə uyğun qurulmuşdu. Bu isə qərarvermə prosesində operativliyi və effektivliyi artırdı.

Ali Baş Komandan, cənab prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən qətiyyətli siyasi iradə müharibənin gedişatında strateji sabitlik yaratdı. Müharibə dövründə tez-tez müşahidə olunan siyasi tərəddüdlər və ya ziddiyyətli qərarlar Azərbaycan timsalında demək olar ki, yox idi. Bu isə ordunun fəaliyyətinə birbaşa müsbət təsir göstərdi.

Eyni zamanda, hərbi strategiya müasir texnologiyalara və innovativ yanaşmalara əsaslanırdı. Yüksək dəqiqlikli silah sistemləri, pilotsuz uçuş aparatları və real vaxt rejimində koordinasiya müharibənin dinamikasını Azərbaycanın xeyrinə dəyişdi. Lakin texnoloji üstünlük yalnız düzgün siyasi və strateji yönləndirmə ilə nəticəyə çevrildi”.

“Heç bir müharibə yalnız cəbhədə qazanılmır, onun taleyi arxa cəbhədə həll olunur. Bu baxımdan Azərbaycanın daxili sabitliyi və siyasi birliyi qələbənin əsas sütunlarından biri idi. Müharibə dövründə ölkə daxilində siyasi qüvvələr arasında ciddi qarşıdurmaların olmaması, cəmiyyətin vahid mövqe nümayiş etdirməsi dövlətin manevr imkanlarını genişləndirdi. Milli həmrəylik həm ordunun döyüş ruhunu artırdı, həm də dövlət institutlarının fasiləsiz və koordinasiyalı fəaliyyətini təmin etdi. Bu amil post-müharibə dövründə də özünü göstərdi. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə aparılması, sosial-iqtisadi layihələrin həyata keçirilməsi və reinteqrasiya prosesləri məhz həmin daxili sabitliyin davamlı xarakter daşıdığını göstərir”-deyə politoloq bildirib.

Azərbaycan modeli münaqişə yaşayan ölkələr üçün nümunə ola bilərmi?

“Bu suala birmənalı bəli və ya xeyr demək doğru olmaz. Çünki hər bir münaqişənin özünəməxsus geosiyasi konteksti, tarixi kökləri və beynəlxalq aktorları var. Lakin Azərbaycanın təcrübəsi bir sıra universal prinsipləri ortaya qoyur:

1) Siyasi məqsədlərin aydın və dəyişməz olması

2) Siyasi rəhbərliklə hərbi komandanlıq arasında tam koordinasiya

3) Müharibənin yalnız hərbi deyil, diplomatik və informasiya müstəvilərində də aparılması

4) Daxili sabitlik və milli birliyin qorunması

Bu prinsiplər istənilən münaqişə üçün tətbiq oluna biləcək ümumi çərçivə təqdim edir. Lakin onların effektivliyi konkret ölkənin daxili resurslarından, siyasi institutlarının gücündən və beynəlxalq mövqeyindən asılıdır”-deyə politoloq qeyd edib.

Nicat İsmayılov vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə müasir müharibə paradiqmasında yeni yanaşmanın mümkünlüyünü göstərdi: “Bu, yalnız hərbi gücün deyil, kompleks dövlət idarəçiliyinin, strateji planlaşdırmanın və siyasi iradənin qələbəsi idi.

Bugünkü dünyada münaqişələrin uzandığı, qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan modeli göstərir ki, düzgün qurulmuş strategiya və milli konsensus mövcud olduqda qısa müddətdə həlledici nəticə əldə etmək mümkündür. Bu isə təkcə region üçün deyil, qlobal təhlükəsizlik arxitekturası üçün də mühüm dərs kimi qiymətləndirilməlidir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri