Icma.az
close
up
RU
“Müasir termodinamika” adlı kitab işıq üzü görüb

“Müasir termodinamika” adlı kitab işıq üzü görüb

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Misirxan Talıbovun “Müasir termodinamika” adlı yeni kitabı işıq üzü görüb.
Xalqcəbhəsi.az xəbər verir ki, kitab Azərbaycan Texniki Universitetinin Elmi-Metodiki Şurasının 28 noyabr 2024-cü il tarixli (5 nömrəli protokol) qərarı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Azərbaycan Texniki Universiteti” Publik Hüquqi Şəxsin 27 dekabr 2024-cü il tarixli F-219 nömrəli əmri ilə dərslik kimi təsdiq edilib.
Dərslik istilik energetikası mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanıb. Onların istilik texnikasının nəzəri əsasları sahəsində aldıqları biliyi daha da möhkəmləndirmək və bu ixtisasın praktiki tərəfini dərindən mənimsəmək üçün bu kitab tələbələrə yardımçı ola bilər. Kitabda birinci növbədə işçi cisimlərin, daha doğrusu işçi agentlərin (su və su buxarı, freonlar, yanacaqlar və məhlullar) termodinamik xassələrinə baxılır, onların diaqramları, axın termodinamikası öyrənilir, əsas istilik mühərriki sayılan daxili yanma mühərrikinin, qaz-turbin qurğularının termodinamikasına baxılır, onların iş prinsipi, tsikllərinin növləri, faydalı iş əmsalları verilir. Sonra kompressorun və soyuducu maşının işi, tsikli və səmərəliliyi göstərilir, eləcə də dərin soyutma tsiklləri öyrənilir. Daha sonra buxar-guc, istilik energetik qurğuları, atom elektrik stansiyaları və istilik nasoslarının prinsipial sxemləri və tsiklləri aydınlaşdırılır, istilik hesabatı verilir, onlarda gedən termodinamik proseslər öyrənilir.
Bu dərslikdən həm istilik energetikası mühəndisliyi, həm də energetika mühəndisliyi ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrlər, həmçinin doktorantlar səmərəli istifadə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri