Icma.az
close
up
RU
Müasir tibb bacıları şprisdən istifadəni bacarmır? ADİL QEYBULLA QAYDALARI AÇIQLADI FOTO

Müasir tibb bacıları şprisdən istifadəni bacarmır? ADİL QEYBULLA QAYDALARI AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar bir çox insan iynə vurulduqdan sonra həmin nahiyədə göyərmə, ağrı, şişkinlik və ya sərtliklə qarşılaşır.


Avtosfer.az xəbər verir ki, bəzən bu hallar gözardı edilir, "normaldır, keçəcək" deyə düşünülür.


Bəs əslində bu cür reaksiyalar hansı hallarda baş verir? İynə vurularkən hansı səhvlərə yol verilir? Ən əsası – bu hallar hansı fəsadlara səbəb ola bilər?
Məsələ ilə bağlı saytımıza açıqlama verən tibb eksperti Adil Qeybulla deyib ki, həm yayılmış yanlış praktikalar, həm də inyeksiya prosesində diqqət edilməli vacib məqamlar var:


"Dərman pereparatlarının bədənə yeridilməsinin müxtəlif yolları mövcuddur. Bu üsullardan biri də inyeksiya yoludur, yəni dərmanın iynə vasitəsilə bədənə yeridilməsi. İnyeksiyalar arteriyaya, venaya, dərialtına, dəridaxilinə və ya əzələyə yeridilə bilər. Yəni, hər bir dərman preparatının yeridilmə sahəsi fərqlidir.
Venaya yeridilən dərmanların təsiri adətən daha sürətli və effektiv olur. Lakin nəzərə almaq lazımdır ki, ambulator şəraitdə (yəni evdə və ya klinikadan kənar mühitdə) venaya inyeksiya və ya sistem (damar daxilinə maye yeritmək) aparmaq dünyanın heç bir inkişaf etmiş ölkəsində tətbiq olunmur. Bu praktikanı biz də yavaş-yavaş aradan qaldırmalıyıq. Belə prosedurlar stasionar şəraitdə, yəni tibbi nəzarət altında həyata keçirilməlidir".
Tibb eksperti bildirib ki, inyeksiyaların vurulma qaydalarını bilmək mütləqdir:
"İynələr bədənə düzgün nahiyələrə vurulmalıdır. Dərialtı inyeksiyalar adətən qolun arxa hissəsinə, bəzi hallarda isə göbək ətrafına yeridilir. Bu zaman sinirləri zədələməmək üçün diqqətli olmaq vacibdir.
Əzələ içi inyeksiyalar isə əsasən sarğın (çiyin) nahiyəsinə yeridilir. İynə sarğının yuxarı-lateral küncünə vurulmalıdır ki, trap siniri zədələnməsin. Bu zaman iynənin uzunluğu düzgün seçilməlidir ki, dərman preparatı əzələyə tam çatsın. Əgər iynə əzələyə çatmırsa, dərman toxumalarda toplanaraq bərkiməyə və infeksiya riskinə səbəb ola bilər".
“İynə vurulduqdan sonra göyərmələrin səbəbləri nələrdir?” sualına isə Adil Qeybulla qeyd edib ki, bəzən inyeksiyadan sonra göyərmələr (hematomalar) müşahidə olunur. Bu, müxtəlif səbəblərdən baş verə bilər:
"1) İynənin düzgün seçilməməsi (qısa iynə və ya düzgün bucaqla vurulmaması);
2) Pasiyentin qan durulducu (məsələn, aspirin) qəbul etməsi;
3) İynə yerinə təzyiq edilməməsi (məsələn, pambıq və ya təmiz parça qoyulmaması);
4) Yeridilmə texnikasının düzgün olmaması və s.


İynə vurularkən iki əsas amil nəzərə alınmalıdır. Sterillik, yəni hər şey təmiz və dezinfeksiya olunmuş vəziyyətdə olmalıdır. Digəri isə texniki düzgünlük, inyeksiya düzgün texnika ilə və uyğun sürətlə aparılmalıdır.
Əzələ içi inyeksiyalar orta sürətlə yeridilməlidir. Venadaxili inyeksiyalarda isə daha çox ehtiyatlı olmaq lazımdır, xüsusilə tez təsir göstərən dərmanlar vurulduqda".
Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Aprel 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri