Müctəba Xamenei İran xalqına müraciət etdi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, Xamenei bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Prinsipcə, mənim (qarşılıqlı anlaşma memorandumu ilə bağlı) başqa fikrim var idi, lakin hörmətli Prezidentin (Məsud Pezeşkian), Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim və onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər", - o bildirib. Pepperoni pizza
O qeyd edib ki, İran və ABŞ prezidentləri arasında saziş artıq imzalanıb: "Bu mərhələyə çatmaq yolunda məsul şəxslər çoxlu səy göstəriblər və əlbəttə ki, məhz ABŞ Prezidenti (Donald Tramp) çarəsizlikdən buna nail olmaq üçün müxtəlif təzyiq rıçaqlarına əl atırdı".
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 İyun 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















