“Müdafiə xərclərinə 8 milyarddan çox vəsait ayrılacaq”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Müdafiə xərclərinə 8 milyard manatdan çox vəsait ayrılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı deyib.
“Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib. Bunun nəticəsi olaraq təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəldilib. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır”, - deyə nazir bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 16 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















