Icma.az
close
up
RU
Müdafiəçimizin və qapıçımızın zədələnməsi oyuna təsir etdi Jorje Kaşkilya

Müdafiəçimizin və qapıçımızın zədələnməsi oyuna təsir etdi Jorje Kaşkilya

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 1-ci turunda Şamaxıda "Turan Tovuz"u qəbul edən "İmişli" sonuncu uzatma dəqiqəsində qol buraxaraq yenildi.

Fanat.Az xəbər verir ki, debütantın baş məşqçisi Jorje Kaşkilya oyundan sonra təşkil edilən mətbuat konfransında yenilgini şərh edib və sualları cavablandırıb:

"Yaxşı oynadıq, yaxşı müdafiə olunduq. Son dəqiqədə qol buraxaraq uduzduq. Bu, futboldur. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində gedirdi, komandalar bir-birini tanımağa çalışırdılar. Amma ikinci yarıda taktiki planda daha yaxşı təsir bağışladıq. Qol vurmaq üçün şanslarımız da oldu. Son dəqiqələrdə müdafiəçimizin və qapıçımızın toqquşaraq zədələnməsi oyuna təsirsiz ötüşmədi. Növbəti oyun haqda düşünəcəyik.

- Əsas qapıçınız zədələndi. Onun yerinə yeni legioner qolkiper transfer edəcəksiniz?

- Təəssüf ki,  hər iki oyunçumuz başından zədə aldı. Bildiyiniz kimi, xəsarət alan futbolçularımızı oyundan sonra xəstəxanaya apardılar. Sinenkodan xəbər gözləyəcəyik. Ümid edirəm ki, ikisi də tezliklə sıraya dönəcəklər.

- Azərbaycan Premyer Liqasında debüt etdiniz. Təəssüratlarınız necədir?

- Bura gəlməmişdən əvvəl araşdırmışam. Çempionat inkişaf edir. Dörd-beş yüksək səviyyəli komanda var. Əcnəbi futbolçuların da sayı çoxdur. Klubların heyətlərində yaxşı legionerlər var ki, bu da səviyyəni yüksəldən amildir.

- Azərbaycan çempionatında baş çıxaracağınıza inanırsız?

- Bura nəticə göstərmək üçün gəlmişəm. Premyer Liqadakı yerimizi qorumaq istəyirik. Yaxşı heyətimiz var. Bu komanda ilə nəticə vermək olar. 

- "İmişli"yə baş məşqçi təyin olunmağınıza görə klub tənqid edildi. Çoxları Premyer Liqaya yeni çıxan komandanın əcnəbi baş məşqçi gətirməsini doğru addım saymadı...

- Düzü, tənqidlərlə çox maraqlanmıram. Bütün diqqətim öz işimdədir. Çempionluğa oynayan "Turan Tovuz"a qarşı yaxşı mübarizə apardıq. Görünən budur ki, baş məşqçinin taktikası işləyir.

- Komanda İmişlini təmsil etsə də, Bakıda məskunlaşıb. Ev oyunlarınızı isə Şamaxı və Qubada keçirəcəksiniz. Bu durumu necə şərh edərdiniz?

- Bu problemlərə rəğmən, bizim işimiz komandanı hazırlamaqdır. Əlbəttə, istəyərdik ki, öz şəhərimizdə oynayaq. Bu işlərin həlli ilə rəhbərlik məşğul olur. Azarkeşlərimizə uzaq yol qər edərək komandanı dəstəkləməyə gəldikləri üçün təşəkkür edirəm

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 Avqust 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri