Icma.az
close
up
RU
Müdafiəçimizin və qapıçımızın xəsarət alması oyuna təsir etdi Xorxe Kaskilya

Müdafiəçimizin və qapıçımızın xəsarət alması oyuna təsir etdi Xorxe Kaskilya

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İmişli" Misli premyer-liqasının 1-ci turu çərçivəsində keçirilən oyunda “Turan Tovuz”a məğlub oldu - 0:1.

Oyundan sonra nominal meydan sahiblərinin baş məşqçisi Xorxe Kaskilya jurnalistlərin suallarını cavabladı.
- Yaxşı oyun oynadıq. Əlavə dəqiqələrdə qol buraxmaq ağır haldı. Amma bu, futboldu. Birinci hissə bərabərsəviyyəli oyun oldu, komandalar bir-birini kəşf etdi. İkinci hissədə topa daha çox yiyələndik. Qol şanslarımız da oldu. Müdafiəçimizin və qapıçımızın xəsarət alması oyuna təsir etdi. Zəiflədik və qol buraxdıq. Növbəti oyunlara hazırlaşacağıq.
– Görünən odu ki, qapıçının vəziyyəti ağırdı. Sonrakı oyunlarda Hüseynəliyə güvənəcəksiz, yoxsa yeni legioner qapıçı transfer olunacaq?
– Hər iki oyunçu başdan açıq yara aldı. Həkimlərdən xəbər gözləyəcəyik. Ümid edirik ki, vəziyyətləri yaxşı olar. Başqa transfer barədə düşünmürük.
– “Turan Tovuz” adətən son saniyələrdə qol vurur. Bu gün də sizin başınıza gəldi. Bunun analizini aparmışdız?
– Əlbəttə, analiz etmişdik. Aqressiv oyuna və uzun ötürmələrə üstünlük verirlər. Oyunun sonları olduğundan futbolçular yorğun idi.
– Çempionatın özəlliyi nədi?
– Çempionata gəlməmişdən əvvəl baxmışdım. Yüksək səviyyədədi. 4-5 səviyyəli komanda var. Yüksək səviyyəli legionerlər var.
– Azərbaycanı və çempionatı nə dərəcədə tanıyırsız? Çempionatdan baş çıxara biləcəksiz?
– Bura gəlməyimin səbəbi nəticə göstərməkdi. İkinci hissədə taktiki cəhətdən inkişaf etdik. Komandanın fiziki və texniki cəhətləri normaldı. Çalışacağıq ki, elitada yerimizi qoruyaq.
– Siz kluba gətiriləndə xeyli tənqidlər olmuşdu. Bundan xəbərdardız? Necə reaksiya vermisiz?
– Bu barədə çox məlumatım yoxdu. Heç maraqlanmıram da. Komandanın güclənməsi üçün əlimdən gələni edəcəm. “Turan Tovuz” çempionluq uğrunda mübarizə aparan komandadı. İkinci hissədə yaxşı oynadıq. Bu o deməkdi ki, yaxşı işləyirəm.
– Klub İmişlini təmsil etsə də, gah Bakıda, gah da Sumqayıtda məskunlaşır. Ev oyunlarını da Şamaxıda keçirir. Bu şərtlər altında oynamağa özünüz də razısız? Əvvəl belə halla rastlaşmısız?
– Bu problemlər olsa da, əsas məqsəd komandanın üzərində işləməkdi. İstərdik ki, İmişlidə oynayaq. Bu işlərin həlli ilə rəhbərlik məşğul olur. Bizim işimiz komandanın strukturunu qurmaqdı. Birinci dəfədi belə halla rastlaşıram. Azarkeşlərimizə təşəkkür edirəm ki, bu qədər yol gəlib, bizə dəstək oldular. “Neftçi” ilə oyunda onları sevindirməyə çalışacağıq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Avqust 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri