Icma.az
close
up
RU
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadılıb

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadılıb

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti yeni regional sənəd qəbulu mərkəzlərində 30 may 2025-ci il tarixinədək uzadılıb.
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 30 may tarixədək uzadıldı. Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə, Kürdəmir, Masallı, Beyləqan, Goranboy, Bərdə və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) və "q" bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.
Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir.
Tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda,  1 nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
İmtiyazlar:
Kurs müddətində
- əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.
Xidmət müddətində
- kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
- ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti; 
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada inkişaf.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 May 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri