Icma.az
close
up
RU
Müəllim adı ən uca və ən məsuliyyətli zirvədir

Müəllim adı ən uca və ən məsuliyyətli zirvədir

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Samir Əsədli

Müəllim cəmiyyətin hər bir sahəsində izi olan müqəddəs bir ünvandır. O, görünmədən, səssizcə hər bir sahənin təməlində dayanır. Cəmiyyətin inkişafına yön verən bu görünməz zəhmət, əslində, bütün uğurların başlanğıc nöqtəsidir. Müəllim bağbana bənzəyir, lakin onun yetişdirdiyi bağ torpaqda deyil, insan qəlbində kök salır. O bağın bəhrələri saysızdır, rəngarəngdir, hərəsi bir istiqamətdə boy atır. Bu bağın hər çiçəyi fərqli olsa da, hamısını birləşdirən bir həqiqət var: onların hər birinin kökündə müəllim əli, müəllim qayğısı dayanır. Məhz bu qayğı insan talelərini formalaşdıran ən böyük mənəvi sərvətə çevrilir.
Fədakar müəllim ömrünü səssiz bir şam kimi əridir. Onun işığı başqalarının yolunu aydınladır, özü isə kölgədə qalır. O, öz zamanından, rahatlığından keçərək gələcəyin daha işıqlı olması üçün çalışır. Hər bir uğurlu insanın arxasında görünməyən bir qəhrəman dayanır və çox vaxt bu qəhrəmanın adı müəllim olur. Bu ad öz həyatını başqalarının həyatına çevirməyi bacaran nadir insanların adı kimi ucalır. Müəllimlik yalnız bir peşə deyil, insan ruhunun dərinliklərində yanan və zaman keçdikcə daha da güclənən bir işıqdır. Bu işıq nə yorğunluqdan sönür, nə də çətinliklər qarşısında zəifləyir. Çünki müəllim olmaq sadəcə bilik ötürmək deyil, insanın içində gizlənən potensialı üzə çıxarmaq, gələcəyin toxumlarını səssizcə səpmək deməkdir. Hər müəllim öz qəlbində bir dünya daşıyır və o dünyanı şagirdlərinin ruhuna köçürmək üçün ömür boyu çalışır. Bu müqəddəs missiya isə yalnız böyük ürək və sonsuz səbir tələb edir.
Bu yazıda belə müəllimlərdən biri olan Ağaqulu müəllim haqqında söz açmaq istəyirəm.
Ağaqulu müəllim haqqında çoxdan yazmaq istəyirdim. Amma yaza bilmirdim. Bu, mənim üçün çox çətin idi. Həmişə düşünürdüm ki, nə yazsam, necə yazsam, bu böyük insana, böyük müəllimə layiq olmayacaq. Bununla belə, yazmağı özümə borc bilirdim. Nəhayət, işə başladım. İlk öncə bu böyük şəxsiyyəti tanıyanlardan, şagirdlərindən soruşdum. Onun haqqında necə gözəl sözlər deyirdilər, necə dəyərli xatirələr danışırdılar. Dinlədikcə təəccüblənirdim ki, gerçəkdəndə belə bir şəxsiyyətlər mövcud olubmu? Bir insan ətrafındakıların, onu tanıyanların qəlbində özü haqqında bu qədər dərin iz buraxa bilər?
Çünki o, atama da, anama da dərs deyib. Evdə müəllim sözü düşəndə Ağaqulu müəllimdən danışılır. Müəllimin necə olması onun timsalında nümunə göstərilir. Atamın ən sevimli müəllimi olub. Bu gün də atam tarixdən hansı mövzu olsa, hamıdan yaxşı danışır. Deyir ki, Ağaqulu müəllim dərsi sinifdə elə izah edərdi ki, daha evdə kitab oxumağa ehtiyac qalmazdı. Şagirdləri ilə ucadan danışmaz, onlara qarşı ədalətli olar, dürüst rəftar edərmiş. Bütün bu deyilənlərə qulaq asdıqca duyğulanmamaq mümkün deyil. O vaxtlar belə insanlara və belə müəllimlərə böyük ehtiyac var imiş. Bu ehtiyac bu gün də qalmaqdadır. Məktəblərimizdəki neqativ hadisələr haqqında oxuduqca, eşitdikcə Ağaqulu müəllimi xatırlayıram. Onun yeri görünür. Böyük yazıçımız Aslan Quliyevlə də onun barədə bi ər xeyli söhbətlərimiz olub. Aslan bəy deyir ki, əvvəl müəllimim oldu, sonra da həmkarım. Vicdanlı olmağı, oxumağı ondan öyrəndik. O, təkcə müəllim deyil, bizim dostumuz idi.
Müəllim adının ucalığını doğruldan və bunu ömründə yaşadan Ağaqulu Bünyad oğlu Əliyev 19 mart 1940-cı ildə Yardımlının Bürzünbül kəndində kolxozçu ailəsində anadan olub. 1947-ci ildə Bürzünbül kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olmuş, 1954-cü ildə həmin məktəbin 7-ci sinfini bitirib. 1958-ci ildə Lənkəran Pedaqoji Texnikumunu bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnib. Müəllimlik etmək onun ən ümdə arzusu olub. 1958–1959-cu tədris ilində Bürzünbül kənd məktəbində, 1961–1962-ci dərs ilində Horavar kənd məktəbində müəllimlik etmiş, 1962–1964-cü illərdə isə Hamarkənd kənd məktəbində həm müəllim, həm də təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1963-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olub, 1969-cu ildə universiteti bitirib. 1964-cü ildə Bürzünbül kənd məktəbinin direktoru vəzifəsinə təyin olunub. 1966-cı ildə isə Bilnə kənd məktəbinə direktor göndərilib. Ağaqulu müəllimə harada ehtiyac duyulubsa, o, tərəddüd etmədən həmin ünvana üz tutmuş, öz biliyini və təcrübəsini əsirgəməyib. Onun həyat yolu müəllim peşəsinə sədaqətin parlaq nümunəsi kimi yadda qalıb və bu gün də elə xatırlanır. 1985-ci ildə Bürzünbül kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş və ömrünün sonuna qədər bu şərəfli peşəyə xidmət etmişdir.
O, yalnız dərs deyən müəllim deyil, həm də neçə nəslin yaddaşında iz buraxan əsl ziyalı kimi xatırlanır. Ağaqulu müəllim xalqını maarifləndirmək, insanlara doğru və düzgün yol göstərmək üçün böyük işlər görüb, ömrünün son anına qədər bu missiyaya sadiq qalıb.
Bilnə kəndində direktor işlədiyi illərdə öz kəndindən bir neçə kilometr aralıda yerləşən məktəbə hər gün piyada gedib-gəlirmiş. Yağışda, qarda, tufanda, günəş altında fərq etməzdi. Həmişə eyni vaxtda yola düşər, eyni saatda məktəbə çatarmış. Müəllim yoldaşları zarafatla deyərmişlər ki, onun gəlişinə baxıb saatlarını düzəldə bilərlər. Bir dəfə də olsun işə gecikdiyi və ya səbəbsiz dərsə gəlmədiyi olmayıb.
İşində də, dərsində də hər zaman nümunə olub. Tarix fənnini tədris edərmiş. Şagirdlərinin dediyinə görə, əvvəlcə ev tapşırığını yoxlayar, sonra yeni mövzunu izah edərmiş. Əsrlər öncəsi hadisələri o qədər canlı, aydın və səlis şəkildə danışarmış ki, şagirdlər özlərini həmin hadisələrin içində hiss edərmişlər. Sanki o döyüşləri, yürüşləri, inqilabları gözləri ilə izləyirmiş kimi yaşayar, dərsin necə bitdiyini hiss etməzdilər. Zəng vurulanda isə hamı təəssüflənərmiş. Amma dəqiqliyi ilə seçilən Ağaqulu müəllim zəng çalan kimi özünəməxsus təbəssümlə dərsi yekunlaşdırar, davamını növbəti dərsdə danışacağını deyərək sinifdən çıxarmış. Verdiyi sözə də həmişə əməl edərmiş. Elə buna görə də onun dərsindən zəif nəticə göstərən şagird demək olar ki, olmazmış.
Bununla yanaşı, Ağaqulu müəllim cəsarəti ilə də seçilirdi. O, yuxarı sinif şagirdlərinə dərsliklərdə yazılmayan həqiqətləri də çəkinmədən izah edərdi. Azərbaycan xanlıqları, Rusiya və İran müharibələri, Türkmənçay müqaviləsi və ölkəmizin bölünməsi haqqında açıq danışardı.
Dürüst və ədalətli insan olub. O dövrlərdə dövlət imkansız ailələrin uşaqlarına geyim verərdi və bu bölgü bəzən narazılıqlara səbəb olardı. Amma Ağaqulu müəllim bu işi elə ədalətlə həyata keçirərmiş ki, heç kim narazı qalmazdı. Çox vaxt valideynləri məktəbə dəvət edər, onların razılığı ilə siyahı tərtib edərmiş. Bu yanaşma onun insanlara olan hörmətinin göstəricisidir.
Dərsdən sonra da şagirdləri ilə maraqlanar, onların həyatına biganə qalmazmış. Valideynlərlə görüşər, xüsusilə qız uşaqlarının təhsildən kənarda qalmaması üçün onları inandırarmış və qız uşaqların təhsil almasının önəmini izah edırmiş. Onun söhbətlərindən sonra bir çox ailə qızlarını məktəbə göndərməyə razı olarmış.
Xalqımız tarix boyu müəllimə yalnız elm öyrədən bir şəxs kimi yox, həm də mənəviyyatın, əxlaqın, düzgün yolun bələdçisi kimi baxıb. Bu baxış təsadüfi deyil. Bu anlayış insanların yaddaşında Ağaqulu müəllim kimi ziyalıların timsalında öz yerini tapıb. Çünki müəllim sinif otağında yalnız dərs keçmir, həyat dərsi verir, ümid yaradır, bir baxışla güvən aşılayır, bir münasibətlə insanın taleyində silinməz iz qoyur. Şagirdin uğuruna səmimi sevinən, uğursuzluğuna isə səssizcə narahat olan, onun daxili dünyasını hiss edən də məhz müəllimdir.
Cəmiyyətin gələcəyi müəllimin əllərində formalaşır. Sinif otağında səslənən hər fikir, verilən hər tövsiyə gələcəkdə bir insanın həyat istiqamətini müəyyənləşdirə bilər. Bu səbəbdən müəllim hər bir şagirdə fərdi yanaşmalı, onun daxili aləmini anlamağa çalışmalıdır. Hər uşaq fərqli bir kainatdır və bu kainatı kəşf etmək səbir, diqqət və sevgi tələb edir. Qabaqcıl pedaqoqlar məhz bu prinsiplərlə hərəkət etmiş, təhsilin təməlini düzgünlük və vicdan üzərində qurublar. Onların məqsədi aydın olub: cəmiyyətə savadlı, məsuliyyətli və düşünən vətəndaşlar yetişdirmək. Çünki onlar yaxşı bilirdilər ki, yetişdirdikləri hər bir şagird sabahın qurucusuna çevriləcək. Belə müəllimlər üçün öyrətmək yalnız bilik vermək deyil, həm də anlamaq, dinləmək və yol göstərmək idi. Şagirdin qəlbinə yol tapa bilməyən insan onun düşüncəsinə də təsir edə bilməz. Bu səbəbdən müəllimin ən böyük gücü biliklə yanaşı, insan sevgisi və mənəvi zənginliyidir.
Ağaqulu müəllim öyrətdiklərini öz həyatı ilə də sübut edib. 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatına qoşulmuş, 20 Yanvar hadisələrindən sonra partiya üzvlüyündən imtina etmiş və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak etmişdir. O, yalnız müəllim deyil, həm də vətəndaşlıq mövqeyi olan bir insan olub. Azərbaycan Xalq Cəbhəsinə ilk qoşulanlardan biri olub.
Ağaqulu müəllim bütün həyatı ilə əsl müəllim obrazını yaşadıb. Şagirdlər müəllimin dediklərindən çox onun necə yaşadığına baxırlar. Buna görə də bu peşənin sahibi hər an öz məsuliyyətini dərk etməlidir.
Müəllimlik çətin və məsuliyyətli bir yoldur. Bəzən zəhmət görünməz qalır, bəzən səbr sınağa çəkilir. Amma yetişən hər bir savadlı insan müəllim əməyinin bəhrəsidir. Bu zəhmətin qarşılığı maddi ölçülərlə deyil, yetişən nəsillərin uğurları ilə dəyərləndirilir.
Bu gün də Ağaqulu müəllim sevgi və hörmətlə xatırlanır. Çünki o, arxasında yol qoyub gedib, əsl müəllim yolu. Onun ömrü hər kəs üçün nümunədir. Ağaqulu müəllim kimi insanların həyatı bizə bir həqiqəti daha aydın göstərir: müəllimlik yalnız peşə deyil, insan ruhunda yanan sönməz işıqdır.
Müəllim olmaq çətin deyil, o adı uca tutmaq çətindir. Bu gün bu adı layiqincə daşıyanları bəzən az görsək də, onların qoyduğu iz heç vaxt silinmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri