Icma.az
close
up
RU
Müəllim artıq başa düşür ki, bir diplomla ömür boyu işləyə bilməz AÇIQLAMA

Müəllim artıq başa düşür ki, bir diplomla ömür boyu işləyə bilməz AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda hər 5 ildən bir müəllimlərin sertifikatlaşdırılma prosesi həyata keçirilir. Lakin bu proses cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri bu addımı zəruri hesab edərkən, digərləri onu məqsədəuyğun saymır.

Bəs görəsən, sertifikatlaşdırma həqiqətən də Azərbaycan təhsil sistemi üçün faydalıdırmı? Bu prosesin ləğvi mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, müəllimlərin sertifikasiya imtahanının keçirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən son illərdə reallaşdırılan ən yaxşı layihələrdən biridir:

"Baxmayaraq ki, cəmiyyətdə prosesə münasibət birmənalı deyil, amma hər zaman sertifikasiyanın faydalı olması və ümumilikdə müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində ciddi işlərdən biri kimi dəyərləndirmişəm. Bu gün də o fikirdəyəm. Müəllimlər daim üzərlərində işləməli, biliklərini təkmilləşdirməlidirlər. Savadlı müəllim, biliyi, bacarığı, səriştəsi olan müəllim təbii ki, sertifikasiyadan qorxmamalıdır. Əlbəttə, sertifikasiya ilkin tətbiq olunan zaman ola bilsin, ümumilikdə təhsil ictimaiyyəti buna hazır deyildi, cəmiyyət hazır deyildi. Sertifikasiyanın ümumilikdə faydaları nədir, sertifikasiyadan qazanan kimlərdir, sertifikasiya təhsildə müəllimlərlə bağlı olan problemləri həll edə biləcəkmi, bilməyəcəkmi bunlarla bağlı fərqli suallar, fərqli yanaşmalar var idi. Görünən o oldu ki, sertifikasiya tətbiqi zamanı ilk öncə qazanan Azərbaycan təhsili oldu. Çünki zaman-zaman müəllimlərin işə qəbulundakı qüsurlar nəticəsində biliyi, savadı yerində olmayan müəllimlərin işə qəbul olunması, eyni zamanda təhsil sistemində mövcud olmuş neqativlər nəticəsində diplom almış şəxslərin müəllim vəzifələrini tutmaları ilə təhsildə keyfiyyəti təmin edə bilmirdik".

Fəlsəfə doktoru qeyd etdi ki, təhsilin keyfiyyətini təmin edən əsas faktorlardan biri müəllim faktorudur.

"Əlbəttə, bu işlər bir neçə ildən sonra daha yaxşı nəticələr verəcək. Sertifikasiyadan qazananlar ən yaxşı müəllimlər oldu. Çünki onların əməkhaqlarına diferensial yanaşma tətbiq olundu. Sertifikasiyada uğurlu olan müəllimlərin əməkhaqlarına 10 və 30 faiz əlavələr edilib. Hesab edirəm ki, bu, gələcəkdə daha da çox ola bilər. Müəllim artıq başa düşür ki, bir diplomla ömür boyu işləyə bilməz. Bunlar sertifikasiyanın üzdə olan faydalarıdır. Sertifikasiyanın dərinləşməsi mütləq olmalıdır. Demək istəmirəm ki, sertifikasiyada hər şey idealdır. Amma bu gün nə mümkündürsə, müzakirə oluna bilər. Çatışmazlıqlar aradan qaldırıla bilər. Bu gün üçün hesab edirəm ki, çox yaxşı səviyyədə təşkil olunmuş prosesdir. Müəllimlər hesab edirəm ki, bunu dəstəkləməlidirlər. Sertifikasiya ləğv oluna bilməz. Hesab edirəm ki, belə düşüncənin meydana gətirilməsi yanlışdır. Sertifikasiyanın müsbət nəticələrini illər sonra görə biləcəyik", - deyə İlqar Orucov bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri