Müəllim dərsdə öyrədəcəyi şeyi öyrətməyib, bunu repetitorluqla etməsi doğru deyil AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Repetitorluq təbii ki, müəyyən bir tələbdən ortaya çıxır. Yəni şagirdlər niyə repetitora müraciət edirlər? Əsas məqsəd imtahan nəticələrini yaxşılaşdırmaq, daha yüksək bal toplamaqdır. Məktəbdə bəzən siniflər çox şagirdli olur və müəllimlər dərs prosesini sırf imtahana uyğun qura bilmirlər. Şagirdlər testləri daha sürətli və düzgün həll etmək, yəni rəqabətdə önə keçmək üçün repetitora müraciət edirlər".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elçin Süleymanov Elm və Təhsil Nazirliyinin məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğu sıradan çıxarmaq niyyətini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, təhsilin mahiyyəti fərqlidir:
"Orta təhsildə müəllimlər vətəndaş yetişdirir, yəni imtahana hazırlaşan bir abituriyent hazırlamırlar. Ona görə repetitorluğa tələb var və bu, valideynlərin seçimidir. Amma məsələ odur ki, Emin müəllimin dediyi kimi, müəllim dərsdə öyrədəcəyi şeyi öyrətməyib, repetitorluqda öyrətməsi və bənzəri fəaliyyətlər arzuolunan deyil. Bunun qarşısının alınması yolu isə imtahan sisteminin dəyişməsi ilə əlaqədardır. Məsələn, Amerikada, Kanadada bu cür yerlərdə niyə repetitorluq yoxdur və ya çox azdır? Çünki orada orta təhsil nəticələri ilə universitetlərə müraciət olunur və orta məktəbin bütün dərsləri, son illərdəki nəticələri universitetə sayılır. Bu cür ölkələrdə universitetlərin giriş qapısı sərbəstdir, çıxış qapısı isə çətindir.
Düşünürəm ki, əgər belə bir sistem tətbiq olunarsa, son sinif şagirdlərinin nəticələri ilə universitetlərdə məzunların böyük bir hissəsi qəbul oluna bilər. Məsələn, illik buraxılış sayı təxminən 100 min nəfərdirsə, əvvəlki illərin 70-75 min məzununu da nəzərə alsaq, müraciət edən hər dörd nəfərdən təxminən üçü universitetə qəbul olmuş olar. Kollec və peşə məktəbləri də nəzərə alınsa, şagirdlər bu hazırlıq və repetitor prosesinə girmədən də universitetlərə qəbul olmaq imkanına malikdirlər.
Belə bir yanaşma repetitorluğun cazibəsini azalda bilər. Yəni şagirdin yalnız test nəticəsi deyil, orta məktəbdəki bir neçə il ərzində bütün fənlər üzrə nəticələri nəzərə alınsa, universitetlərin giriş və kontingentləri artırıla bilər, amma qəbul prosesi çətinləşdirilərək çıxışların müəyyən qədər məhdudlaşdırılması da mümkün olar".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















