Icma.az
close
up
RU
Müəllim, həkim, sürücü... Azərbaycanda iki yerdə çalışanlar SƏBƏB

Müəllim, həkim, sürücü... Azərbaycanda iki yerdə çalışanlar SƏBƏB

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ikinci işdə çalışanların sayı son illər diqqət çəkən mövzulardan birinə çevrilib.
İqtisadçı Akif Nəsirli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ikinci işdə çalışan insanların sayının artması son illərdə daha çox diqqət çəkən tendensiyalardan biridir. Onun sözlərinə görə, bunun əsas səbəbi əhalinin bir hissəsinin tək iş yerindən əldə etdiyi gəlirin bütün xərclərini qarşılamaqda çətinlik çəkməsidir.
"Xüsusilə mənzil, kommunal xidmətlər, ərzaq, təhsil və səhiyyə xərclərinin artması insanları əlavə gəlir mənbəyi axtarmağa sövq edir. Bununla yanaşı, bəzi insanlar gəlirlərini artırmaq, yığım etmək və ya həyat səviyyələrini yüksəltmək məqsədilə də ikinci iş seçirlər", – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, ikinci işə daha çox müəllimlər, həkimlər, İT mütəxəssisləri, sürücülər, kuryerlər, satış və xidmət sektorunda çalışanlar üstünlük verirlər:
"Rəqəmsal platformaların inkişafı da əlavə qazanc imkanlarını artırıb. Onlayn dərslər, sərbəst fəaliyyət (freelance), taksi xidmətləri və çatdırılma sahəsi ikinci məşğulluğun geniş yayıldığı istiqamətlərdəndir".

A.Nəsirlinin fikrincə, ikinci işdə çalışanların çox olması iqtisadiyyatda həm müsbət, həm də mənfi siqnal kimi qiymətləndirilə bilər:
"Müsbət tərəfi odur ki, əmək bazarında çeviklik artır, insanlar bacarıqlarını müxtəlif sahələrdə istifadə edə bilirlər. Mənfi tərəfi isə odur ki, bu vəziyyət bir çox hallarda əsas işdən əldə olunan gəlirin kifayət etmədiyini göstərir. İnsanlar seçim etdikləri üçün deyil, ehtiyacdan əlavə işləyirlərsə, bu, gəlirlərlə yaşayış xərcləri arasında tarazlığın tam təmin olunmadığını göstərir".
O bildirib ki, beynəlxalq təcrübədə də ikinci işdə çalışanların sayı artır. Xüsusilə ABŞ, Kanada və Avropa ölkələrində əlavə məşğulluq geniş yayılıb. Lakin inkişaf etmiş ölkələrdə ikinci iş daha çox əlavə gəlir əldə etmək, şəxsi inkişaf və ya hobbinin gəlirə çevrilməsi məqsədi daşıyır. İnkişaf etməkdə olan ölkələrdə isə bunun əsas səbəbi maliyyə ehtiyacıdır.
İqtisadçının sözlərinə görə, insanların ikinci işə ehtiyacının azalması üçün ilk növbədə əməkhaqlarının məhsuldarlığa uyğun artırılması, yüksək maaşlı iş yerlərinin yaradılması, inflyasiyanın nəzarətdə saxlanılması və sosial müdafiə tədbirlərinin gücləndirilməsi vacibdir.
"Eyni zamanda, kiçik və orta biznesin inkişafı, peşə bacarıqlarının artırılması və əmək bazarında keyfiyyətli məşğulluğun genişlənməsi insanların yalnız bir işdən əldə etdikləri gəlirlə normal həyat səviyyəsini təmin etməsinə kömək edə bilər", – deyə A.Nəsirli əlavə edib.

İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, Azərbaycanda ikinci işdə çalışanların dəqiq statistikasını müəyyənləşdirmək çətindir, çünki bu fəaliyyətin böyük hissəsi qeyri-rəsmi şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, rəsmi olaraq iki iş yerində əmək müqaviləsi ilə çalışanların sayı çox deyil. Əlavə məşğulluq əsasən xidmət sektorunda – hüquqşünaslıq, mühasibatlıq və digər sahələrdə qeyri-rəsmi fəaliyyət göstərən şəxslər arasında daha geniş yayılıb.
O qeyd edib ki, ikinci işdə çalışmanın əsas səbəbi insanların maddi vəziyyəti ilə bağlıdır:
"İnsanlar əlavə işləməyi istədikləri üçün deyil, buna ehtiyac duyduqları üçün ikinci iş axtarırlar. Əsas işdən əldə olunan gəlir bir çox hallarda kifayət etmir və insanlar əlavə qazanc əldə etməyə çalışırlar".
Ə.Həsənovun fikrincə, beynəlxalq təcrübədə də ikinci işdə çalışanlar var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri