Icma.az
close
up
RU
Müəllimin 2 3 sual ucbatından “keçid balından” məhrum edilməsi ədalətsizlikdir

Müəllimin 2 3 sual ucbatından “keçid balından” məhrum edilməsi ədalətsizlikdir

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kimya fənni üzrə keçirilmiş sertifikasiya imtahanı ilə bağlı bəzi vacib faktlar və ciddi suallar var".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bildirir ki, bu il keçirilmiş kimya fənni üzrə sertifikasiya imtahanında 2500-dən bir qədər artıq müəllim iştirak edib və onların orta balı 40-dan yuxarı olub:

"Hətta ən çətin sual hesab edilən tapşırığa belə iştirakçıların 17 faizindən çoxu düzgün cavab verib. Rəsmi açıqlamaya görə, müəllimlərin 85 faizi minimal keçid balını toplayıb, 350 nəfər isə 51–60 bal aralığında nəticə göstərib.

Bunlar ilk baxışdan uğurlu nəticə kimi görünə bilər. Amma təhlil etdikdə görürük ki, bu imtahanlar kimya fənni üzrə ciddi metodoloji uyğunsuzluqlarla müşahidə olunub və digər fənlərlə müqayisədə qeyri-bərabər şərtlərlə keçirilib.

Məsələn, birinci mərhələdə iştirak edənlərin təxminən 15 faizi – yəni 400-ə yaxın müəllim – kəsilib. Əvvəlki təcrübələrə əsasən demək olar ki, bu müəllimlərin ən yaxşı halda 100-dən bir qədər artığı ikinci mərhələdə 30+ bal toplaya biləcək. Bu isə o deməkdir ki, ümumi kəsilənlərin sayı 10 faizdən də çox olacaq. Amma yekun rəsmi rəqəmlərə görə sertifikatlaşmanı keçməyənlərin nisbəti 5 faiz civarındadır. Bu statistik uyğunsuzluq bir daha sübut edir ki, kimya üzrə testlərin çətinlik səviyyəsi digər fənlərlə müqayisədə xeyli yüksək olub.

Əlavə olaraq, 51 və daha yüksək bal toplayan müəllimlərin ümumi sayının 350 nəfər – yəni 15 faizdən az olması da bu fikri gücləndirir. Qeyd etmək lazımdır ki, 2023 və 2024-cü illərdə rus dili, Azərbaycan dili və ədəbiyyatı istisna olmaqla, digər fənlər üzrə bu göstərici orta hesabla 30–35 faiz olub. Yəni kimya fənnindən yüksək bal toplayanların nisbəti az qala yarıbayarı aşağıdır. Bu isə test tapşırıqlarının çətin tərtib olunmasını və sualların normativ ölçmə meyarlarına uyğun qurulmadığını göstərən real sübutdur.

Bəli, sosial şəbəkələrdə yayılan “suallar sızdırılıb” və ya “suallar səhvdir” iddiaları elmi əsas daşımaya bilər. Nazirlik də haqlı olaraq bu kimi şayiələri rədd edir. Amma bu, imtahanın obyektiv keçirildiyi və bərabər imkanların qorunduğu anlamına gəlmir. Əgər eyni fənn üzrə minlərlə müəllimin 35 faiz maaş artımı hüququndan məhrum qalmasına səbəb qeyri-bərabər struktura malik test tapşırıqları və yanlış çətinlik səviyyəsidirsə, bu artıq sistemli peşəkarlıq problemi deməkdir".

K.Əsədov qeyd edib ki, regionlarda 6–12 saat dərs deyərək ailəsini dolandırmağa çalışan müəllimin sertifikasiya imtahanında 2–3 sual ucbatından “keçid balından” məhrum edilməsi və nəticədə əməkhaqqı artımını itirməsi – bu, sosial ədalətsizlikdir.

"Bu həm də sertifikasiya mexanizmini hazırlayan və tətbiq edən qurumların psixometrik bacarıqlarının, kurikulum savadının və ölçmə-etibarlılıq biliklərinin yetərli olmadığını göstərən real göstəricidir.

Bu, bir daha sübut edir ki, testdə “sual səhv deyil” deməklə problem həll olunmur. Problem onun təlim proqramına uyğunluğu, ölçmə gücü, ayırdetmə qabiliyyəti və ədalətli çətinlik dərəcəsidir. Bunlar isə sadəcə “orta bal” və “ən çətin suala verilən cavab faizi” ilə əsaslandırıla bilməz.

Sertifikasiya qiymətləndirməsi müəllimləri sıradan çıxarmaq üçün yox, onların inkişafına yönəlməlidir. Əks halda bu sistem yalnız etimadsızlıq, gərginlik və sosial narazılıq yaradacaq", - deyə təhsil eksperti bildirib.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri