Icma.az
close
up
RU
Müəllimin geyimi şagirdə hansı mesajı verir? Direktor müavini DANIŞDI

Müəllimin geyimi şagirdə hansı mesajı verir? Direktor müavini DANIŞDI

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. Qəbul olunan sənədə əsasən təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.   

Müəllimlər üçün geyim tələblərinin müəyyənləşdirilməsi məktəblərdə işgüzar mühitin formalaşmasına necə təsir edə bilər? Təhsilverənlərin səliqəli və işgüzar üslubda geyinməsi şagirdlər üçün nümunə baxımından nə dərəcədə əhəmiyyətlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı şəhəri Suraxanı rayonundakı V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində üç kitabın müəllifi, təlimçi, “Azərbaycan Təhsili” maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov qeyd etdi ki, məktəb yalnız bilik verilən məkan deyil:

"Məktəb həm də davranışın, ünsiyyətin, mədəniyyətin və şəxsi nümunənin formalaşdığı bir mühitdir. Bu baxımdan müəllimin dərs zamanı söylədiyi söz qədər onun davranışı, ünsiyyət tərzi və xarici görünüşü də şagirdin yaddaşında iz buraxa bilir. Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini müəyyənləşdirməsi də məhz məktəb mühitində səliqə, işgüzarlıq və pedaqoji nüfuzun daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Yeni yanaşmanın əsas məğzi müəllimin fərdiliyini məhdudlaşdırmaq deyil, pedaqoji fəaliyyətə uyğun peşəkar görünüş üçün ümumi çərçivə yaratmaqdır. Tələblərə əsasən, təhsilverənin geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun, mövsümə münasib, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Eyni zamanda pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan geyimlərə yol verilməməsi nəzərdə tutulur".

Onun sözlərinə görə, məktəbdə işgüzar mühit yalnız dərsin keyfiyyəti və nizam-intizamla yaranmır:

"Burada məktəb əməkdaşlarının davranışı, danışıq mədəniyyəti, qarşılıqlı münasibəti və peşəkar görünüşü də mühüm rol oynayır. Müəllimin səliqəli və işgüzar geyimi ilk növbədə məktəbdə peşəkar atmosfer yaradır. Şagird məktəbə daxil olduğu andan müəllimdə müəyyən bir ciddilik, məsuliyyət və nizam görür. Bu, məktəbin ümumi ab-havasına da təsir edə bilər. Burada mühüm bir məqam var: işgüzar geyim sərtlik demək deyil. Müəllim həm peşəkar, həm də müasir görünə bilər. Sadəlik, zövq və səliqə bir-birini tamamladıqda müəllimin xarici görünüşü onun peşəkar imicinin bir hissəsinə çevrilir. Əslində, məktəbdə formalaşdırılmaq istənilən mədəniyyətin müəyyən elementləri müəllimin gündəlik davranışında görünməlidir".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, şagird müəllimdən yalnız dərs kitabındakı məlumatları öyrənmir:

"O, müəllimin danışığından, insanlarla münasibətindən, məsuliyyətindən, vaxtında gəlməsindən, davranışından və hətta səliqəsindən də öyrənir. Müəllimin səliqəli geyinməsi şagirdə birbaşa və ya dolayı şəkildə belə mesaj verə bilər: “İnsan özünə, gördüyü işə və olduğu mühitə hörmət etməlidir.” Bu baxımdan müəllimin geyimi sadəcə estetik məsələ deyil. O, pedaqoji nümunənin kiçik, lakin görünən elementlərindən biridir. Şagird məktəbdə müəlliminin səliqəsini gördükcə, geyimə, şəxsi gigiyenaya və ümumi görünüşə münasibətdə müəyyən davranış modeli formalaşdıra bilər. Xüsusilə yeniyetmə yaşlarında böyüklərin şəxsi nümunəsi tərbiyə prosesində mühüm əhəmiyyət daşıyır.

Müəllim geyiminə müəyyən tələblərin qoyulması heç də bütün müəllimlərin eyni geyinməsi anlamına gəlməməlidir. Əksinə, burada əsas məsələ vahid geyim deyil, vahid peşəkarlıq anlayışıdır. Müəllim öz zövqünü, fərdi üslubunu və şəxsiyyətini qorumaqla yanaşı, məktəb mühitinə uyğun geyim seçə bilər. Bir müəllim klassik kostyuma, digəri sadə işgüzar geyimə üstünlük verə bilər. Əsas olan geyimin təmiz, səliqəli, sadə, işgüzar və pedaqoji fəaliyyətə uyğun olmasıdır. Bu yanaşma həm müəllimin şəxsiyyətinə hörməti, həm də məktəbin peşəkar simasını qorumağa imkan verir. Bununla yanaşı, çox vacib bir həqiqəti də unutmaq olmaz: müəllimin nüfuzunu yalnız geyimi müəyyən etmir".

Aqşin Kazımovun fikirincə, ən bahalı kostyum da müəllimin pedaqoji bacarığını əvəz edə bilməz:

"Səliqəli geyim müəllimin peşəkarlığının yalnız görünən tərəfidir. Əsas göstəricilər isə onun biliyi, ədalətli münasibəti, şagirdə yanaşması, pedaqoji etikası, səbr və məsuliyyətidir. Şagird üçün əsl nümunə olan müəllim həm görünüşü ilə, həm də davranışı ilə peşəkarlıq nümayiş etdirən müəllimdir. Ona görə də geyim tələblərinə yalnız “nə geyinmək olar, nə geyinmək olmaz” prizmasından baxmaq düzgün olmaz. Bu məsələyə daha geniş – məktəb mədəniyyətinin formalaşdırılması kontekstində yanaşmaq lazımdır. Bir məktəbin ümumi siması bəzən ən kiçik detallarda özünü göstərir. Təmiz sinif otağı, səliqəli məktəb həyəti, müəllimin işgüzar görünüşü, şagirdin məktəb formasına münasibəti, dəhlizdəki davranış qaydaları, müəllim-şagird ünsiyyəti – bunların hər biri məktəb mədəniyyətinin ayrı-ayrı hissələridir. Bu baxımdan müəllim geyiminə dair tələblərin müsbət tərəfi ondan ibarət ola bilər ki, məktəbdə səliqə, sadəlik, peşəkarlıq və qarşılıqlı hörmət anlayışları daha da güclənsin.

Əsas məsələ isə bu tələblərin tətbiqi zamanı müəllimə hörmət, pedaqoji fəaliyyətin xüsusiyyətləri və sağlam yanaşmanın qorunmasıdır. Çünki məktəbin məqsədi müəllimi geyiminə görə qiymətləndirmək deyil, onun peşəkarlığını daha yaxşı nümayiş etdirə biləcəyi mühit yaratmaqdır. Müəllim məktəbin simasıdır. Onun geyimi bu simanın yalnız bir hissəsidir, lakin görünən hissəsidir. Səliqəli, sadə və işgüzar geyim müəllimin peşəkar mövqeyini tamamlayır, məktəbdə işgüzar atmosferin yaranmasına müsbət təsir göstərə və şagirdlər üçün gündəlik həyat nümunəsinə çevrilə bilər. Ən gözəl yanaşma isə budur: Müəllim şagirdə yalnız “necə geyinməyi” deyil, “özünə və gördüyü işə necə hörmət etməyi” göstərməlidir. Çünki müəllimin ən güclü geyimi kostyum və ya köynək deyil - bilik, mədəniyyət, davranış və şəxsiyyətidir. Səliqəli müəllim məktəbin görünüşünü, peşəkar müəllim isə məktəbin nüfuzunu formalaşdırır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri