Icma.az
close
up
RU
Müəllimin maaşının artması təhsilin problemlərini HƏLL ETMİR

Müəllimin maaşının artması təhsilin problemlərini HƏLL ETMİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda müəllimlərin maaşı ilə bağlı son illərdə geniş müzakirələr aparılır. Bəzi müəllimlər maaşlarının az olduğunu bildirir, digərləri isə hazırkı əməkhaqqını qənaətbəxş hesab edirlər. Son olaraq elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin maaşlarının artacağını, lakin bununla paralel olaraq onların sayının azalacağını açıqlayıb.

Qeyd edək ki, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1295 manat, digər uğur qazanan müəllimlərin maaşı isə 980 manat təşkil edir. Hazırda ölkə üzrə 64901 müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib və onlardan 55510 nəfərin maaşına əlavələr olunub. Müəllimlərin maaşı onların tədris etdiyi dərs saatlarından birbaşa asılıdır.

Lakin bəzi ekspertlər müəllimlərin maaşının artırılmasının təhsilin keyfiyyətinə birbaşa təsir etmədiyini bildirirlər. Onların fikrincə, yalnız maaş artımı ilə keyfiyyətli təhsilə nail olmaq mümkün deyil. Təhsilin inkişafı üçün kurikulumların yenilənməsi, müəllim hazırlığının təkmilləşdirilməsi, sinif otaqlarının maddi-texniki bazasının gücləndirilməsi və şagirdlərin motivasiyasının artırılması kimi məsələlərə də xüsusi diqqət yetirilməlidir.

Müşahidəçilər hesab edir ki, maaş artımı müəllimlərin sosial rifahını yaxşılaşdıra bilər, lakin bu, onların peşəkar bacarıqlarını artırmayacaq. Yüksək əməkhaqqı, təcrübəli və savadlı müəllimlərin peşədə qalmasına səbəb ola bilər, lakin uzunmüddətli perspektivdə təhsil keyfiyyətinin yüksəlməsi üçün əlavə islahatlar da həyata keçirilməlidir.

Təhsil işçiləri maaş artımının stimullaşdırıcı rol oynadığını və müəllimlərin işə yanaşmasını dəyişdiyini düşünürlər. Onların fikrincə, sertifikatlaşdırma sisteminin tətbiqi və yüksək nəticə göstərən müəllimlərin daha çox qazanc əldə etməsi gələcəkdə təhsildə rəqabəti artıracaq. Ümumilikdə, müəllim maaşlarının artırılması təhsil sektorunda mühüm bir addım sayılsa da, problemlərin köklü həlli üçün kifayət etmir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da Modern.az-a açıqlamasında bildirib ki, təhsilin keyfiyyətinin artırılmasını yalnız müəllimlərin maaşları ilə əlaqələndirmək doğru yanaşma deyil:

“Elm və Təhsil Nazirliyinin əsas məqsədi təkcə müəllimlərin maddi rifahını yüksəltmək deyil, eyni zamanda onların peşəkar inkişafını və tədris metodlarının müasir tələblərə uyğunlaşdırılmasını təmin etməkdir.

Bugünkü təhsil sistemində əsas məsələlərdən biri müəllimlərin pedaqoji prosesə və öz peşələrinə yanaşma tərzidir. Müasir dünyada müəllimin rolu yalnız bilik ötürmək deyil, həm də şagirdlərə tənqidi düşünməyi, problemləri həll etməyi və yaradıcı yanaşmanı öyrətməkdir. Bu isə müəllimlərin daim yenilənən biliklərə və innovativ tədris metodlarına sahib olmasını tələb edir.

Elm və Təhsil Nazirliyi son illərdə müəllimlərin peşəkar inkişafı üçün müxtəlif proqramlar həyata keçirir:

Sertifikasiya imtahanları- Müəllimlərin bilik və bacarıqlarını qiymətləndirən və onların peşəkar inkişafını və əməkhaqqının stimullaşdıran sistemdir.

Təlim və seminarlara çıxış – Müasir pedaqoji metodlar və innovativ yanaşmalar haqqında təlimlər, forumlar təşkil olunur.

Beynəlxalq resurslardan istifadə – Müəllimlərin beynəlxalq səviyyədə təhsil materiallarından yararlanmasına şərait yaradılır.

Lakin bəzi müəllimlər bu imkanlardan tam istifadə etmir, ənənəvi metodlardan imtina etmək istəmir və peşəkar inkişaflarını ikinci plana atırlar. Halbuki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin peşəkar inkişafına qoyulan sərmayə təhsilin keyfiyyətinə birbaşa təsir edir”.

G.Əkbərova qeyd edib ki, dünyanın qabaqcıl təhsil sistemləri göstərir ki, təhsil keyfiyyətinin yüksəldilməsi üçün yalnız maaş artımı kifayət etmir:

“Məsələn: Finlandiya modeli, burada müəllimlər yüksək maaş alsalar da, onların seçimi çox ciddi mərhələlərdən keçir. Hər müəllim magistr təhsili almalı və ömür boyu davamlı inkişaf proqramlarına qoşulmalıdır. Yüksək əməkhaqqı ilə yanaşı, onlardan innovativ və tənqidi düşüncəyə əsaslanan metodlar tətbiq etmək tələb olunur.

Sinqapurda da müəllimlərin peşəkar inkişafı dövlət tərəfindən prioritet hesab olunur. Müəllimlər müntəzəm olaraq təlimlərə qatılır və onların peşəkarlıq səviyyəsi daim qiymətləndirilir. Burada əsas məqam müəllimlərin öz üzərində işləməsinin sistematik və davamlı olmasıdır.

Kiçik, amma uğurlu təhsil sistemi olan Estoniyada müəllimlər müasir texnologiyalardan istifadə etməyə təşviq edilir və onların rəqəmsal bacarıqları inkişaf etdirilir. Maaşlar tədricən artırılır, lakin müəllimlərin innovativ yanaşması əsas diqqət mərkəzindədir”.

Müsahibimiz sonda qeyd edib ki, çıxış yolu olaraq Azərbaycan təhsilində də bu modellərdən öyrənərək, müəllimlərin inkişafını stimullaşdırmağın mümkün olduğunu düşünür:

“Bunun üçün müəllimlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə çıxış imkanlarının artırılması, müəllimlərə dünyanın qabaqcıl metodologiyalarını öyrənmək üçün daha geniş imkanlar yaradılmalıdır.

Rəqabətli və innovativ yanaşmaların təşviqi olmalıdır. Sertifikasiya imtahanlarında biz bu rəqabət mühitinin yaradıldığını gördük, əlavə olaraq isə Dərəcələndirmə sistemləri olmalıdır ki, müəllimlərin daim öyrənməsini və öz biliklərini yeniləməsini təmin etməlidir.

Müəllimlərin müasir texnologiyalardan istifadə etməsi üçün xüsusi proqramlar həyata keçirilməlidir ki, bu da artıq rəqəmsal məktəb layihəsi ilə başlayıb.

Müəllimlərin ömürboyu təhsil anlayışını mənimsəməsi olduqca vacibdir. Müasir dünyada təhsil daimi prosesdir və müəllimlərin də öz bilik və bacarıqlarını daim yeniləməsi lazımdır.

Anlayıram maaş məsələsi vacib olsa da, bu, təhsildə bütün problemləri həll edən yeganə faktor deyil. Təhsilin keyfiyyəti müəllimlərin öz peşələrinə yanaşma tərzindən, metodik biliklərindən və innovasiyalara açıq olub-olmamasından asılıdır. Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan imkanlardan maksimum istifadə etməklə, müəllimlər öz peşəkarlıqlarını artırmalı və müasir təhsil metodlarını tətbiq etməlidirlər. Ancaq bu zaman təhsildə real keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri