Icma.az
close
up
RU
Müəllimlər üçün vahid forma, yoxsa dres kod?

Müəllimlər üçün vahid forma, yoxsa dres kod?

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. 

Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.

Komitə iclasında qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.

Amma təəssüf ki, “Ümumi təhsil haqqında” Qanuna yeni dəyişiklik şərh edilərkən bəzi anlaşılmazlıqlar yaranıb. Belə ki, bəzi hallarda bu “müəllimlər üçün vahid geyim forması” - eyni model kostyum və ya paltar kimi başa düşülüb. Halbuki qanun layihəsində belə sərt tələb qoyulmur. Burada söhbət vahid forma yox, peşəyə uyğun dres-kod tələbindən gedir.

“Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı təklifdə, maddə 4-də təhsilverənlər (yəni müəllimlər) üçün “vahid geyim forması” yox, “geyim ilə bağlı tələblər”dən söhbət gedir. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən olunması təsbit edilir. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunması nəzərdə tutulur.

Bu isə, heç də məcburi “vahid paltar” demək deyil, səliqəli və peşəkar geyim standartıdır. Yəni müəllimin geyimi səliqəli, peşəkar və tədris mühitinə uyğun olmalıdır ki, dərs dediyi şagirdlərdə də anoloji mühit aşılansın.

Burada başlıca məqsəd məktəbdə peşəkar iş mühiti və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək, şagirdlərin diqqətini dərsə yönəltməkdən ibarətdir.

Dəyişiklik niyə önəmlidir?

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Bakı və regionlar üzrə indiyə qədər 10-dan artıq məktəb öz qərarları ilə müəllimlərin vahid formaya keçidini tətbiq edib: “Bu nümunənin Azərbaycan cəmiyyətində daha geniş tətbiqi arzuolunandır. Çünki yaxşı effekt verir”.

Ekspert qeyd edir ki, belə bir qərarın olması bir tərəfdən, müəllimlərin, xüsusilə xanım müəllimlərin vaxtına qənaətdir. Digər tərəfdən, bu həm də şagirdlərin müəllimə münasibətinə və müəllim nüfuzuna xidmət edəcək bir məsələdir: “Beynəlxalq təcrübədə də vahid forma anlayışı olmasa da, müəllimlər üçün geyim formasında müəyyən məhdudiyyətlər var. Azərbaycanda da Elm və Təhsil Nazirliyinin təhsilverənlərlə bağlı “Etik davranış qaydaları” tətbiq olunub ki, burada da geyim formaları ilə bağlı xüsusi qeydlər var. Başqa bir tərəfdən, Pedaqoji Şuranın qərarı olmadan belə, müəllimlər arasında məktəbə ətəklər qara, köynəklər ağ formada gəlməklə bağlı ümumi razılıq var. Bəzi məktəblər rəsmi qərar olmadan gündəlik fəaliyyətlərini belə müəyyənləşdirib”.

Həmsöhbətimizə görə, həmin prosesə kütləvi keçid müəllimlərin digər ictimai yerlərdə də nüfuzlarının qorunması baxımından müəyyən şans yaradacaq: “Başqa bir tərəfdən, aparılan müzakirələrdən görünür ki, qərara əməl etməyənlərə münasibətdə cərimələrin tətbiqi də nəzərdə tutulmur. Sadəcə, Pedaqoji Şuraların özləri müəllimlərin etik davranış qaydalarına əməl olunub-olunmaması ilə bağlı müəyyən tənbeh tədbirləri görəcək”.

Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, müəllimlərlə bağlı bu kimi addımlar bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur: “Qarşımızda Cənubi Koreya, Skandinaviya ölkələri təcrübələri var. Müəllim forması məsələsi hər hansı bir neqativ və ya pozitivlə ölçülmür. Pedaqogika kiçik nüanslara belə zərgər dəqiqliyi ilə yanaşma tələb edən sahədir”.

Ekspert düşünür ki, müəllimin formada olması sinif daxilində, pedaqoji işin təşkili prosesində, şagirdlərin fokuslanmasında, onların təhsil mühitinə bağlılığı baxımından daha üstün mövqe yaradır: “Pedaqoji qanunlar şagird psixologiyası, zehniyyəti əsasında müəyyənləşir. Şagird müəllimin də formada olduğunu, səliqəli geyindiyini görəndə, özünün şüurunda ona qaydaların tərkib hissəsi kimi baxır. Belə olduqda bu dəyərləndirmə prosesi ona başqa dəyərlər də əlavə edir. Bu məsələ təkcə geyimdən ibarət deyil. Şagird zehniyyəti müəllimi prosesin fərdi kimi görəndə özü də nəyəsə daha yaxşı maraq göstərir. Bu addım hər hansı bir zərərə, ziyana xidmət etmir, olsa daha yaxşıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri