Icma.az
close
up
RU
Müəllimlər və nazir

Müəllimlər və nazir

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhsil nazir Emin Əmrullayevə qulaq asdım. Nazir “islahatlar” sözünü əsas götürərək yeni məktəb-müəllim modelinin vacibliyindən danışır.

Amerikanın qurucularından olan Bencamin Franklinin bir sözü var: “Sözlər fikri ifadə edər, niyyəti göstərən davranışlardır”.

Müəllim ailəsində böyüdüyümə görə, bu peşənin necə qiymətli, əziz və çətin olduğunu bilirəm.

Ölkədə təhsilin problemləri çoxdur. Eyni zamanda ömrünü şagirdlərinə verən, onların uğurlarına öz balasının uğuru kimi sevinən müəllimlərimiz də çoxdur.

Lap çoxdur.

Bəs nə baş verir?

Məktəb nə üçün uşaqlara maraqlı deyil?

Məktəbdə dərs demək və oxumaq niyə ağır yükə çevrilib?

Müəllimlərlə uşaqlar arasında nə baş verir? Etimad zənciri niyə dağılır?

Harda səhv edirik? Nəyi görə bilmirik?

Məncə, Azərbaycan məktəblərində pedaqoji iş və sistem yenidən qurulmalıdır. Təhsil sektorunda əlimyandı, keçid dövrünün hövüllü sistemi olan “MisirMərdanov modeli” dağıdılmalıdır.

Müəllimlərin cəmiyyət qarşısında, valideynlərin isə məktəb qarşısında məsuliyyəti yaradılmalıdır.

Sovet məktəbində idarəçilik asan və…məsuliyyətli idi. İdeoloji ştamp altında olan məktəbli oktyabryatdan, pionerdən ta komsomola qədər ictimai “lupa” altında böyüyürdü. “Oxuyanlar”ın gələcək karyerası bu ştamplara necə doğru əməl edəcəyindən asılı idi.

İndi bu yoxdur.

“Məktəb” anlayışı format olunmalıdır. Məktəb idarəçiliyi bürokrat pedaqoji məmuriyyətin ordan-burdan köçürülmuş, kağızda yazılmış qaydaları ilə mümkün deyil.

Təhsil idarəçilyinin yeni forması tapılmalıdır.

Uşaqlar yaşadıqları ailələrin güzgüsüdür. İndiki zamanda sosial problemlər içində boğulan ailələr üçün övladının təhsilini izləməsi çox çətin bir işə çevrilib.

İndi təhsil bahalı məşğuliyyətdir.

Repitetor sistemi məktəbi “ağlara və qaralara” bölüb. Hazırlığa gedən uşaqlar üçün məktəb anlayışı müqəddəsliyini itirir. Onlar oxuduqları siniflərdə baş verənlərə sanki televizordan baxırmışlar kimi seyr edirlər. Kollektiv məsuliyyət, sinif lideri, yaxşı oxuyanların söz sahibliyi, müəllim-şagird etimadı dağılıb.

“Tez çıxım, hazırlığa çatmalıyam” fikri əzici aktuallığa çevrilib. Bilikləri siniflərdə almalı, bu divarlar arasında oxumalı, öyrənməli, məktəbin fəxri, müəllimin gözünün işiğı olası uşaqlar öz müəllimlərinin deyil, repitetorların yanında oturur.

Bu uşaqların valideynləri üçün məktəb və onun necə idarə olunması maraqlı deyil. Çünki uşağı biliyi orada öyrənmir. Onlar üçün məktəb-valideyn əlaqəsi bayram “paket”lərindən, “görüm-baxım”ın lənətlənmiş çevrəsi ilə qapanıb.

Qarşılqılı məsuliyyət və öhdəliklər yoxdur.

Siniflərə isə “qaralar” -oxumağa gücü çatmayan, oxuya bilməyən, buna idrakı da imkan verməyən uşaqlar liderlk edir. Müəllimlərin baş bəlası da onlardır.

Təhsilin idarə edilməsi Spinozadan, Uşinskidən gözəl sitatlar gətirməklə olmur.

Məktəb idarəçiliyi format olunmalıdır.

Məktəbi uşaqlar üçün cazibədar, “həyat yolunun” başlandığı yerə çevirmək lazımdır.

Bunun üçün ailə-məktəb arasında qarşılqılı öhdəliyi müəyyən edən sistem qurulmalıdır.

İdarəçilik menecmentini bilən yeni kadrlara, pedaqoqlara ciddi ehtiyac var.

Müəllimin yüksək maaşı olmalıdır.

Məncə, əsas budur: Məktəb “Tam ştatlı, yarımştat, saathesabı müəllimlər”in qaçaraq cədvəlindən uşaqların bilik almaq üçün yolunu həvəslə gözlədiyi MÜƏLLİMLƏRİN iş yerinə çevrilməlidir.

Buna nail olunacaqmı?

İndi təhsil nazirinin niyyəti göstərən davranışlarını gözləmək qalır.

Xaqani SƏFƏROĞLU

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Noyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri