Icma.az
close
up
RU
Müəllimlərin 8 saat məktəbdə olması üçün vacib TƏKLİF VERİLDİ

Müəllimlərin 8 saat məktəbdə olması üçün vacib TƏKLİF VERİLDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var. Onun sözlərinə görə,  kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə də həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, nazir dünən saat hesabı dərs modelinə keçidlə bağlı qısa məlumat verib və bunu nazirliyin rəhbərindən birbaşa eşitməyi müsbət hal kimi qiymətləndirmək olar:

“Çünki cəmiyyətdə bu istiqamətdə nazirin özünün də dediyi kimi, müəyyən spekulyasiyalar gedir. Bu modelə keçidin əhəmiyyəti, təhsilimizə gətirəcəyi dividendlər, müəllimlərin daha səmərəli işləməsi, onların bilik və bacarıqlarının məktəbin və ümumilikdə təhsilin keyfiyyətinə təsiri barədə yanaşmalar düzgün şəkildə ictimaiyyətə çatdırılmalıdır. Bəzən informasiyaların zamanında verilməməsi çaşqınlıq yaradır. Mən əminəm ki, maaş sistemindən imtina və müəllimlərin məktəbə bağlanmasının təşviqi onların özlərini məktəbin bir parçası kimi hiss etməsinə, sosial durumlarının yaxşılaşmasına müsbət təsir göstərəcək. Eyni zamanda bu addım tədris keyfiyyətinin yüksəldilməsinə yönələn ən vacib mexanizmlərdən biridir”.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində tətbiq edilən bu tip yeniliklərdən qaçmaq mümkün deyil və bu modellərin Azərbaycan məktəblərinə gətirilməsi vacibdir.

İlqar Orucov əlavə etdi ki, mövcud maaş sisteminin kənd məktəblərinə təsirindən danışarkən müəllimlərin bütün günü məktəbdə olmasını təmin etmək üçün infrastrukturun da hazır olması vacibdir:

"Bu istiqamətdə işlər görülür və Elm və Təhsil Nazirliyi yaxın müddətdə 700 məktəbin əsaslı təmiri və yenidən qurulması ilə bağlı məlumat yayıb. Bu proses həm kənd, həm də ucqar bölgə məktəblərini əhatə edəcək. Düşünürəm ki, yeni model birdən-birə tətbiq olunmayacaq. Məktəblərin infrastrukturu və imkanları nəzərdən keçiriləcək. Bu addımı müsbət dəyərləndirirəm. Təhsillə bağlı qərarların, məlumatların cəmiyyətə vaxtında təqdim olunması vacibdir. Bu məlumatları yalnız nazirdən deyil, nazirliyin məsul əməkdaşlarından da eşitməliyik. Təhsil ictimai prosesdir və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu baxımdan atılan addımlar mütərəqqidir, lakin məlumatların vaxtında verilməsi, cəmiyyətin rəyinin öyrənilməsi, lazım gəldikdə ictimai dinləmələrin keçirilməsi də təmin olunmalıdır. Prosesə cəmiyyət hazır olmalıdır.

Kənd məktəblərinin bir hissəsində infrastruktur yaxşı olsa da, vəziyyəti qənaətbəxş olmayan məktəblər də var. Bu səbəbdən yeni modelə keçidin tədricən və infrastruktur yenilənməsi ilə paralel aparılması daha məqsədəuyğundur”.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri