Icma.az
close
up
RU
Müəllimlərin 8 saat məktəbdə olması üçün oturub işləməyə isti otaq, kompüterlər lazımdır İlham Əhmədov

Müəllimlərin 8 saat məktəbdə olması üçün oturub işləməyə isti otaq, kompüterlər lazımdır İlham Əhmədov

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və təhsil naziri Emin Əmrulllayev açıqlamasında bildirib ki, müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək və qalan zamanda müəllim şagirdlərlə işləyəcək.

Redaktor.az-a mövzu haqqında danışan təhsil eksperti, dosent İlham Əhmədov qeyd etdi ki, bu təşəbbüsün yaxşı nəticə verəcəyini indidən söyləmək çətindir.

Onun sözlərinə görə, ideya yaxşı olsa belə, icra prosesində o qədər səhvlər edilir ki, nəticə yaxşı olmur:

"İdeyanın və niyyətin yaxşı olması isə strategiyadan, konsepsiyadan asılıdır. Təəssüf ki, bizim təhsildə hələ də normal strategiya yoxdur. Ona görə belə dekorativ tədbirlərlə, tərsinə qurulan təhsili düzünə yönəltmək mümkün deyil. İslahatlar kompleks tədbirlərlə, elmi əsaslarla, mütəxəssislərin müzakirə və rəyi ilə mümkündür. Bu təşəbbüs isə repetitorluğa qarşı mübarizə pərdəsi altında, gələcəkdə hansısa kursların təhsil bazarında hegemonluğuna da xidmət edə bilər".

Təhsil eksperti vurğuladı ki, təhsil məmurlarının son bəyanatları hansısa islahatların olacağından, bəzi konkret addımlardan bəhs edir:

"Amma hamısı sistemsiz, yarımçıq və PR niyyətli bəyanatlardır. Deyirlər ki, guya islahatların 3-cü mərhələsi başlayıb. Əvvəlkilər guya struktur və strategiya yönlü olub. Düz demirlər. Təhsilin idarəetməsində ortabab struktur dağıdılıb, əvəzində xaos yaradılıb. Strategiya məsələsi də cəfəngiyyatdır, strategiya olsaydı, təhsil bu gündə olmazdı. Ölkədə təhsilə dair nə elmi mərkəz, nə beyin mərkəzi var. Strategiyanı kim, nə vaxt, harada yaratdı? Hər 5-10 səhifəlik yazı hələ strategiya deyil. Son illər isə ümumi strategiyanın tərkibində bir blok yazıb, adını təhsil strategiyası qoyurlar. Proseslərə baxış çox dayaz və bəsitdir. Bu düşüncə və yanaşma ilə təhsil heç vaxt indiki bataqlıqdan çıxa bilməz, əksinə, daha da pis duruma düşər. Guya indi də islahatların 3-cü mərhələsi - kadr islahatı gedir. Bu da yarımçıq yanaşmadır".

İlham Əhmədovun fikrincə, kadr islahatı əvvəl nazirlikdə olmalıydı:

"Bu komandanın işi və nəticəsi ortalıqdadır. Sertifikasiyadan ibarət (bunun obyektivliyi və səmərəsi haqda KİV və sosial şəbəkələrdə çox yazılıb) “təhsil siyasəti” aparmaq, buna kadr islahatı demək, amma təhsilin yüksək idarəetmə pillələrində tam səriştəsiz insanları yerləşdirmək absurdluqdur. Ölkə Prezidentinin AMEA-nın yubileyindəki çıxışında elm, təhsil, universitetlər qarşısında qoyduğu vəzifələrin indiki tərkiblə Elm və Təhsil Nazirliyi tərəfindən icra edilmə ehtimalı yoxdur. Boş yerə vaxt itiririk".

Dosent qeyd etdi ki, müəllimlərin 8 saat məktəbdə olması üçün normal şərait, oturub işləməyə isti otaq, kompüterlər və s. lazımdır:

"Yenə də KİV-də müəllimlərin yazdığına əsasən deyə bilərəm ki, əksər məktəblərdə, xüsusən regionlarda buna şərait yoxdur, Bakıda da çox sıxlıqdır. ETN bildirdiyi kimi, məqsəd müəllim peşəkarlığı və təhsil keyfiyyətini artırmaqdırsa, əvvəl müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsi problemləri həll edilməlidir. “Struktur islahatı” adı ilə bu sistemi dağıdıb, bu işi səviyyəsiz, amma “doğma” MMC və QHT-lərə paylamaq lazım deyildi".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri