Icma.az
close
up
RU
Müəllimlərin iş saatı artırılsa, nə dəyişəcək?

Müəllimlərin iş saatı artırılsa, nə dəyişəcək?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllim əməyinin qiymətləndirilməsi mexanizmi yenidən gündəmə gətirilib. İlkin olaraq Milli Məclisdə “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər zamanı səslənən bir fikir xüsusilə diqqət çəkib: müəllimlərin əməkhaqqısı bundan sonra dərs saatına deyil, iş saatına görə müəyyən edilə bilər.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, hazırda məktəblərdə müəllimlərin maaşı, əsasən, keçdikləri dərs saatına bağlıdır. Yəni kimin dərs yükü çoxdursa, onun qazancı da çox olur. Bu da təhsil mühitində bərabərlik və motivasiya məsələləri ilə bağlı müxtəlif suallar doğurur. Təklif olunan yeni sistemlə müəllimin yalnız sinifdə keçirdiyi saatları deyil, məktəbdə sərf etdiyi bütün əməyi, dərsə hazırlığı, metodik fəaliyyəti, şagirdlərlə fərdi işi və digər vəzifələri də nəzərə alına bilər.

İlkin baxışda yeni qaydanın tətbiqi müəllim əməyinin daha ədalətli qiymətləndirilməsinə yönəlik addım kimi görünür. Lakin bu dəyişiklik həm də bir sıra praktik suallar yaradır: müəllimin iş saatı necə hesablanacaq, əlavə yük necə tənzimlənəcək? Məhz bu məqamlar indi təhsil ictimaiyyətində ən çox müzakirə olunan məsələlərdəndir.

“Müəllimlər məktəbdə qaldıqları hər bir saatın qarşılığını maaş şəklində alacaqlar”

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, iş saatına əsaslanan maaş sistemi ümumilikdə müəllimlərin maaşına müsbət təsir edəcək, çünki insanlar artıq məktəbdə qaldıqları hər bir saatın qarşılığını maaş şəklində alacaqlar: “İndiyədək müəllimlər yalnız dedikləri dərs saatının maaşını alırdılar. Buna görə də bu, müəyyən məbləğlərlə hesablanırdı. Amma indi düşünürəm ki, əgər bir müəllim həftədə 40 saat məktəbdə olarsa və tutaq ki, bunun da hər saatı 30 manat olaraq qiymətləndirilərsə, deməli, həmin müəllim 1200 manat maaş alacaq. Bu gün Azərbaycanın mövcud şəraitində 1200 manat əməkhaqqı üçün normal məbləğ hesab olunur”.

Yeni sistem müəllimləri seçim qarşısında qoyacaq...

Mütəxəssis bildirir ki, yeni sistemə keçidlə müəllimlər repetitorluq və məktəbdə çalışmaq arasında seçim etməli olacaqlar: “Əlbəttə, repetitorluqla bundan daha çox qazanan müəllimlər də var. Onlar artıq seçim etməli olacaqlar: ya məktəbi, ya da repetitorluğu seçəcəklər. Məktəbə gəlib bir neçə saat dərs deyib, sonra repetitorluğa qaçmaq, əlbəttə, yaxşı hal deyil. Buna görə də düşünürəm ki, ümumilikdə bu formada keçid məktəb sisteminə müsbət təsir göstərəcək. Əlbəttə, məktəblərdə şəraitin yaxşılaşdırılması, müəllimlər üçün ofis şəraitinin yaradılması, lazımi tədbirlərin görülməsi və məktəb rəhbərliyinin müəllimlərin gündəlik 8 saatlıq işini düzgün təşkil etməsi bu proses üçün çox vacib məsələlərdəndir.

Digər idarələrdə əmək müqaviləsi ilə çalışan insanlar həftədə 40 saat işləyirlər. Müəllimlər də eyni qaydada 40 saat işləyəcək və bunun qarşılığında maaş alacaqlar. Əlbəttə, 40 saatlıq iş yükü olmayan məktəblər, bəlkə də, müəllimləri yarımştatla işə götürəcək. O zaman onlar 20 saat işləyəcək və buna uyğun maaş alacaqlar. Mənim hazırkı proqnozum bundan ibarətdir”.

“İnsan işə gedirsə, orada tam iş gününü keçirməlidir”

Beynəlxalq təcrübəyə də toxunan Q.Məhərrəmov qeyd edib ki, bu yeni sistem müəllimlərin “dərs yükü” anlayışını kökündən dəyişə bilər: “Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən özəl məktəblərdə müəllimlər, adətən, tam ştatla işləyirlər. Məktəb burada repetitorluq və ya şagird toplamaq üçün bir vasitə deyil, bilavasitə iş yeridir. Bu baxımdan “yalnız dərsə girib çıxmaq” yanaşması kökündən yanlışdır. İnsan işə gedirsə, orada tam iş gününü keçirməlidir.

Məsələn, Azərbaycandakı özəl məktəblərə baxaq. Çox az sayda müəllim saathesabı işləyir, əksəriyyəti isə tam ştatla çalışır. Universitetlərdə də müəyyən dərslər müəllimlər tərəfindən saathesabı keçirilir, amma əsas kadrlar tam ştatlı işləyirlər. Məktəblərdə də eyni sistem tətbiq olunmalıdır. Yəni çox az sayda müəllim saathesabı işləməli, əksəriyyəti isə tam iş rejimində fəaliyyət göstərməlidir. Bu, dünyada geniş yayılmış modeldir. Dərs yükü bu zaman artıq müəllimin məktəbdəki digər fəaliyyətləri də nəzərə alınmaqla müəyyən ediləcək.

“Bu sistemlə məktəbdə həqiqi “məktəb ab-havası” yaranacaq”

Məsələn, bir müəllim 40 saat məktəbdə olmalıdır. Bunun 20-25 saatı dərs ola bilər. Amerika təcrübəsində maksimum 30 saat dərs olur. Amma bu, çox az hallarda tətbiq edilir. Əksər hallarda 25 saat kifayət sayılır. Bəs qalan 15 saat nə olacaq? Bu müddət ərzində müəllim gündəlik iclaslarda iştirak edəcək, valideynlərlə, şagirdlərlə görüşəcək, növbətçilik edəcək və digər fəaliyyətlərlə məşğul olacaqlar. Əgər müəllimin gündə 5 saat dərsi varsa, əlavə 3 saatını müxtəlif formalarda dəyərləndirə bilər. Hətta bir az dincələ, həmkarları ilə vaxt keçirə bilər. Bu həm də məktəbdə kollegial mühitin yaranmasına kömək edəcək. Beləcə, məktəbdə həqiqi “məktəb ab-havası” formalaşacaq”.

“Baza dərəcəsi yenilənərsə, məntiqlə müəllimin qazancı da artıra bilər”

Yeniliyin iqtisadi aspektləri ilə bağlı danışan iqtisadçı Eldəniz Əmirov açıqlamasında qeyd edib ki, bu mexanizmin detalları bəlli olmayana qədər onun praktik nəticələri barədə danışmaq tezdir: “İş saatına görə maaş sisteminə keçidin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Adətən belə sistemlərdə sabit baza maaşı müəyyən edilir, əlavə gəlirlər isə iş saatı çərçivəsində yerinə yetirilən tapşırıqlar əsasında formalaşır. Yəni baza dərəcəsi yenilənərsə, məntiqlə müəllimin qazancı da artıra bilər. Bu sistemin təsirləri barədə danışmaq üçün hələ tezdir. Çünki bu mexanizmin nəticələri, detalları və icra mexanizmi çox şeydən asılı olacaq”.

“Müəllim məktəb mühitinə daha çox adaptasiya olacaq”

İqtisadçı qeyd edir ki, yeni maaş mexanizminin üstün cəhətlərindən biri də müəllimin məktəb mühitinə daha çox adaptasiya olmasıdır: “Hazırda sertifikasiya prosesi nəticəsində müəllimlərə dərs saatlarının verilməsi motivasiyaedici amillərdən biridir. Prosesin üstünlükləri var. Məsələn, müəllim məktəb mühitinə daha çox adaptasiya olacaq, davranışları təkmilləşəcək, təhsil mühitində komanda işi formalaşa biləcək. Amma çətinliklər də az deyil. Ona görə də bu mexanizmin detalları bəlli olmayana qədər onun praktik nəticələri barədə danışmaq tezdir. Yəni yeni sistemin praktikada necə işləyəcəyi, ilkin nəticələr nə olacağı bəlli olmadan, onu tərifləmək və ya tənqid etmək  səhv ola bilər”, – deyə o bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see265

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see223

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see211

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri