Icma.az
close
up
RU
Rəqəmsal məktəb müəllimlərin işini necə dəyişəcək? AÇIQLAMA

Rəqəmsal məktəb müəllimlərin işini necə dəyişəcək? AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Cari ilin sentyabr ayından etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək.

Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş informasiya direktoru Vüsal Xanlarov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada deyib.

Coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, "Rəqəmsal məktəb" platformasının yaradılması və onun bütün məktəbləri əhatə etməsi Azərbaycan təhsilinin müasir tendensiyalara uyğun inkişafı, eləcə də dövrün tələblərinə cavab verən müəllim və şagirdlərin formalaşdırılması baxımından mühüm addımdır:

""Rəqəmsal məktəb" platforması həm müəllimlər, həm də şagirdlər üçün əlavə vaxt və maliyyə itkisinin qarşısını alacaq ki, bu da onun əsas üstünlüklərindən biridir. Təsəvvür edin ki, artıq valideynlərin gündəlik kitabçaları almağa, eləcə də zaman keçdikcə KSQ və BSQ-lər üçün əlavə ödənişlər etməyə ehtiyacı qalmayacaq.

Platformanın digər mühüm üstünlüyü ondan ibarətdir ki, valideynlər övladlarının məktəbdəki fəaliyyətini zaman və məkan məhdudiyyəti olmadan istənilən vaxt telefon və digər elektron cihazlar vasitəsilə izləyə biləcəklər. Platforma valideyn və şagirdlərlə yanaşı, müəllimlərin də işini asanlaşdıracaq, onların iş yükünün daha səmərəli idarə olunmasına və faydalı iş əmsalının artmasına şərait yaradacaq. Bundan əlavə, fiziki sənədlərin elektron formaya keçirilməsi kağız israfını azaldacaq, sənədlərin korlanması və ya itməsi riskini minimuma endirəcək".

Müsahibimiz vurğuladı ki, ümumilikdə, "Rəqəmsal məktəb" platformasının üstünlükləri haqqında geniş danışmaq mümkündür:

"Hesab edirəm ki, platformanın imkanlarının ildən-ilə daha da genişləndirilməsi məktəbin, müəllimin və şagirdin inkişafına, ümumilikdə isə Azərbaycan təhsilinin daha sürətli irəliləyişinə töhfə verəcək.

Lakin hər bir yenilik kimi, "Rəqəmsal məktəb" platformasının da müəyyən riskləri və mənfi tərəfləri ola bilər. İlk növbədə, platforma cəmiyyətin artıq geniş şəkildə istifadə etdiyi telefon, planşet və kompüterlərdən asılılığı daha da artıra bilər. Bu isə öz növbəsində müasir tibbin də təsdiqlədiyi görmə problemləri, hərəkətsizlik, duruş pozğunluqları və digər sağlamlıq problemlərinin artmasına səbəb ola bilər.

Digər tərəfdən, həm müəllimlər, həm də şagirdlər arasında mütaliə vərdişinin zəifləməsi riski mövcuddur. Son illərin təcrübəsi göstərir ki, müasir texnologiyalardan, xüsusilə də smartfonlardan nəzarətsiz istifadənin artması fiziki kitab və jurnallara marağın əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Bundan əlavə, "Rəqəmsal məktəb" platforması müəllim–şagird, eləcə də məktəb–valideyn münasibətlərinin müəyyən qədər zəifləməsinə də səbəb ola bilər. Belə ki, övladının məktəbdəki fəaliyyətini platforma vasitəsilə izləyən valideyn məktəbə gəlməyə və müəllimlə birbaşa ünsiyyət qurmağa əvvəlki qədər ehtiyac duymaya bilər".

Ekspert hesab edir ki, hər bir yeniliyin müəyyən riskləri mövcuddur və əsas məsələ həmin risklərin düzgün idarə edilməsidir:

"Bunun üçün nəzarət və təhlükəsizlik mexanizmlərinin daim təkmilləşdirilməsi vacibdir. "Rəqəmsal məktəb" platformasının yaratdığı imkanlardan maksimum səmərə ilə istifadə etməklə yanaşı, onun yarada biləcəyi risklər əvvəlcədən qiymətləndirilməli və bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Bu yanaşma platformanın Azərbaycan təhsilinin inkişafına daha böyük töhfə verməsinə şərait yaradacaq".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri