Müəllimlərin müsabiqəsində problem: Nazirliyin sistemi çökdü
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində problem yaranıb.
Modern.az xəbər verir ki, müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən “sürpriz”lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələtinə daxil ola bilməyiblər.
Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat versələr də, sistemə cavabdeh qurumlardan səs-soraq çıxmayıb.
İnsan Resursları Mərkəzinin sosial şəbəkə hesabına edilən çoxsaylı müraciətlər də cavabsız qalıb.
Problem hələ ki həllini tapmayıb.
Müsabiqə üzrə vakansiya seçimi isə bu gün - 5 may saat 13:00-da başa çatacaq.
Ərizəsini təsdiqləyə bilməyən müəllimlər müsabiqə vaxtının uzadılmasını, onlara şans yaradılmasını tələb ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 May 2025 02:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















