Icma.az
close
up
RU
Müəllimlərin rahatlığı zamanla tənbəlliyə çevrilib AÇIQLAMA

Müəllimlərin rahatlığı zamanla tənbəlliyə çevrilib AÇIQLAMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Musiqi müəllimlərinin attestasiya imtahanından sonra bu mərhələni uğurla başa vura bilməyən müxtəlif ixtisaslar üzrə 233 müəllim təlimə cəlb edilib. Onlardan 118 nəfər imtahanda iştirak edib və nəticədə cəmi 20 müəllim müsbət nəticə göstərərək işinə bərpa olunub.

Məsələ ilə bağlı Modern.az-a danışan deputat, Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, Bakı və Sumqayıt təcrübəsi digər bölgədəki müəllimlərə çox ciddi dərs olmalıdır:
“2026-cı ildə bölgələr üzrə musiqi müəllimlərinin attestasiyası ilə bağlı proqnozlara gəlincə, demək istəyirəm ki, burada Bakı və Sumqayıt təcrübəsi çox ciddi dərs olmalıdır. Məhz həmin şəhərlərdə müəllimlərin bu prosesə kifayət qədər məsuliyyətlə və ciddi şəkildə yanaşmaması nəticəsində yüzlərlə müəllim attestasiyadan keçə bilmədi və işini itirdi. Bu fakt onu göstərdi ki, attestasiya formal prosedur deyil, real bilik və peşə hazırlığını ölçən mexanizmdir”.

“Bu baxımdan ümid edirəm ki, Qazax–Tovuzdan tutmuş Qarabağ və Naxçıvana qədər bütün bölgələrdə fəaliyyət göstərən musiqi müəllimləri bu prosesi vaxtında düzgün qiymətləndirəcək və attestasiyaya ciddi şəkildə hazırlaşacaqlar. Bölgələrdə müəllimlərin praktiki bacarıqlarının nisbətən daha güclü olması müsbət amildir, lakin nəzəri biliklər və metodiki yanaşma da həlledici rol oynayır. Əgər müəllimlər Bakı və Sumqayıtda yaşanan nəticələrdən düzgün nəticə çıxarsalar, düşünürəm ki, bölgələr üzrə göstəricilər daha qənaətbəxş ola bilər və attestasiya onların peşəkar inkişafı üçün real imkan rolunu oynayar” – deyə o qeyd edib.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev isə bildirib ki, təlimə cəlb olunanların yarısının imtahanda iştirakı mənfi haldır:
“İmtahana cəlb olunan müəllimlərin yarısının təlimlərdə iştirak etməsi və imtahanda iştirak edən 118 nəfərdən cəmi 20 nəfərin işə bərpa olunması acı reallıqdır. Yəni xüsusi təlimdən sonra imtahana cəlb edilən 118 nəfərin yalnız altıda biri müsbət nəticə əldə edərək işlə təmin olunub. Bu göstərici ciddi şəkildə düşündürücüdür. Nəzərə alaq ki, bunlar müəllimdir, öz sahəsi üzrə, öz ixtisası üzrə pedaqoji fəaliyyət göstərən şəxslərdir”.
Ekspert bildirib ki, attestasiya komissiyasına yalnız ən azı bir il iş stajı olan müəllimlər buraxılır. Bu isə o deməkdir ki, həmin müəllimlər bir ildən artıq pedaqoji fəaliyyətlə məşğul olublar, attestasiyadan keçə bilməyiblər, üstəlik təlimlərə də cəlb olunublar. Amma bütün bunlara baxmayaraq, yenə də attestasiyadan uğurla keçə bilməyiblər.

Müəllim öz sahəsini 50 faizdən aşağı bilirsə, şagird qarşısına çıxmamalıdır:
“Oxşar vəziyyəti sertifikasiya imtahanlarında da gördük. Xüsusilə ibtidai sinif müəllimləri arasında vəziyyətin daha ağır olduğunu müşahidə etdik. Minlərlə müəllim illərlə öz ixtisası üzrə dərs deyib, pedaqoji fəaliyyət göstərib, amma sertifikasiyadan keçə bilməyib. Bu da son dərəcə düşündürücüdür.
Bir müəllimin öz ixtisası üzrə orta ümumtəhsil məktəbində illərlə dərs deyib, lakin sertifikasiya imtahanında 50 faizdən aşağı nəticə göstərməsi qəbuledilməzdir. Bu, müəllim peşəsinə yaraşan hal deyil. Əgər müəllim öz sahəsini 50 faizdən aşağı səviyyədə bilirsə, o, şagird qarşısına çıxmamalıdır. Eyni mənzərəni sertifikasiya prosesində də gördük. Elmi və Təhsil Nazirliyi müəllimlərə bir il möhlət verdi. Dedilər ki, sertifikasiyada 50 faizdən aşağı nəticə göstərmisənsə, ola bilər xəstə olmusan, problem yaşamısan, get bir il hazırlaş, yenidən imtahana gir. Amma bir il hazırlaşıb yenidən eyni nəticəni göstərən müəllimlər də oldu. Təəssüf ki, bu vəziyyət burada da təkrarlanır”.


Onun sözlərinə görə, istər müəllim, istərsə də digər sahələrdə çalışanlar, hər bir peşə sahibi öz sahəsini mükəmməl bilməlidir. 
“Artıq süni intellekt və yüksək texnologiyalar dövründəyik. Bu dövr eyni zamanda ixtisarların qaçılmaz olduğu mərhələdir. Hər bir müəllim, mütəxəssis bunu dərk etməli və əmək bazarında qalmaq üçün öz üzərində işləməlidir”.
Bu gün musiqi müəllimləri ilə bağlı ortaya çıxan acı tablo onu göstərir ki,  müəllimlər öz peşəsinə daha ciddi yanaşmalıdır:
“Bu problemlərin formalaşmasının əsas səbəblərindən biri müəllimlərin inkişafı istiqamətində uzun illər sistemli fəaliyyətin olmamasıdır. Müəllim işə qəbul olunur və düşünürdü ki, ömrünün sonuna qədər həmin məktəbdə işləyəcək. Bu rahatlıq zamanla tənbəlliyə gətirib çıxardı. Nəticəsini də bu gün açıq-aydın istər sertifikasiya, istərsə də attestasiya proseslərində görürük.
Bu isə o deməkdir ki, artıq həm Elmi və Təhsil Nazirliyi, həm də Mədəniyyət Nazirliyi müəllimlərin inkişafı məsələsinə ciddi yanaşmalıdır. Kadrların peşəkar inkişafı üçün davamlı və məqsədli tədbirlər görülməlidir.
Xüsusilə metodistlərin və metod birləşmə rəhbərlərinin rolu artırılmalıdır. Onların əsas vəzifəsi tabeliklərində olan müəllimlərin inkişafına dəstək vermək, yenilikləri vaxtında onlara çatdırmaq, müasir metodik vəsaitlər hazırlayıb təqdim etməkdir. Amma təəssüf ki, bu sahədə də lazımi peşəkarlıq nümayiş etdirilmir”- deyə o sonda qeyd edib. 

Həmçinin, cari ildə 8 minə yaxın müəllim attestasiyadan keçiriləcək ki, onlar da Qazax - Tovuz, Gəncə - Daşkəsən, Şəki - Zaqatala, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran - Astara, Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan üzrə fəaliyyət göstərən müəllimlərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri