Icma.az
close
up
RU
Müəllimlərin sertifikasiyası təhsilin keyfiyyətində nəyi DƏYİŞDİ? ARAŞDIRMA

Müəllimlərin sertifikasiyası təhsilin keyfiyyətində nəyi DƏYİŞDİ? ARAŞDIRMA

Icma.az bildirir, News24 portalına istinadən.

2022-ci ildən etibarən müəllimlər sertifkasiyaya cəlb olunurlar. Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalsitlərə açıqlamasında 2022-2024-cü illərdə 64,5 min müəllimin sertifikasiya imtahanında iştirak etdiyini deyib. Nazir onlardan 31 min 852 nəfərin ibtidai sinif, 2023-2024-cü illərdə 9 min 892 nəfərin Azərbaycan dili və ədəbiyyat, 8807 nəfərin riyaziyyat, 13 min 957 nəfərin xarici dil müəllimi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, sertifikasiyadakı nəticələr müəllimlərin əmək haqlarına təsir edir. Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr edilir.

Sertifikasiya prosesində bir neçə müəllimin müəllimlik bacarıqlarına sahib olmadığı üzə çıxdı. Bir neçə müəllim birinci mərhələdə, bir neçə müəllim ikinci mərhələdə belə arzuolunan nəticəni gəstərə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verildi. 

Bəs müəllimlərin sertifikasiyası məktəblərdə, təlim-tədrisdə nəyi dəyişdi, təhsilin keyfiyyəti dəyişdimi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elmin Nuri deyib ki, bu proses keyfiyyətə təsir etməyib:

“Cavabın xeyr olması müəllimlərin sertifikasiyaya cəlb olunmasının mənfi tərəfləri kimi anlaşılmamalıdır. Müəllimlərin sertifikatlaşdırılması müsabiqəsi təhsilin keyfiyyətini artırmaq üçün nəzərdə tutulan bir layihə deyil.

Bu, əksinə təhsilin keyfiyyətinin qiymətləndirilməsi, onun dəyərləndirilməsi üçün təşkil edilən bir müsabiqədir. Müsabiqə öz nəticələrinə əsasən müəyyən bir proqramın hazırlanmasına, keyfiyyətin artırılması üçün planlamanın aparılmasına rəvac verə, bunun üçün əsaslı təkan rolunu oynaya bilər. Sertifikatlaşmanın nəticələrinin tam bitməsindən sonra bunu gözləyirik”.

O bildirib ki, nəticə üçün tələsməməliyik:

“Çünki sertikatlaşdırma prosesi bir etap təşkil olunub. 2021-2026-cı illər arasındakı beş illik dövrü əhatə edir. Hələ proses başa çatmayıb. Yalnız beş illlik dövr bitəndən sonra, sertikatlaşmanın nəticəsi ilə bağlı əvvəldən axıra elmi statistik təhlilər aparandan sonra təhsilin keyfiyyətinin artırlması ilə bağlı müəyyən bir proqram hazırlamaq olar.

Demək olar ki, hər fənlə bağlı müsabiqə bitəndən sonra Elm və Təhsil Nazirliyi elmi-statsitik təhlillər hazırlayıb. Biz də bir neçəsinin müzakirəsində iştirak etmişik. Şahidi olmuşuq ki, həqiqətən də çox sanballı elmi-statistik təhlillər hazırlayaraq boşluqları göstəriblər. Həmin boşluqlarla bağlı müəyyən bir addımlar atılıb, qərarlar verilib. Bunun üçünsə vaxt lazımdır. Biz vaxtı gözləməliyik. Sertifikatlaşdırma təhsildə bir çox problemləri düzəltmək gücündədir. Amma mərhələli şəkildə...”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Aprel 2025 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri