Icma.az
close
up
RU
Müəllimlərin sertifikasiyasında kəsilənlərin sayı arta bilər?

Müəllimlərin sertifikasiyasında kəsilənlərin sayı arta bilər?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü il üzrə müəllimlərin təkrar sertifikasiya imtahanında iştirak edən 7,296 müəllimdən 3,909-u müvafiq keçid balını toplaya bilməyib. Bu müəllimlərin 3,424-ü ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Bu il də təkrar sertifikasiya üçün imtahan təşkil ediləcək.

Ötənilki statistikaya nəzər saldığımız zaman kəsilənlərin sayının daha çox olduğunu görürük. Nəzərə alsaq ki, bu il təkrar sertifikasiyaya cəlb olunacaq fənn müəllimlərinin sayı çoxdur.

Modern.az-ın məlumatına görə, AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, 4 minə yaxın müəllim hər iki cəhd imtahanından kəsilərək iş yerini itirməli olub:

“Həm budəfəki, həm də ötən illərdə keçirilən sertifikasiya imtahanının test mərhələsində hər zaman uğur qazanan müəllimlərin sayı kəsilən müəllimlərin sayından çox olacaq. Əslində, məsələ bu deyil. İndiyə qədər sertifikasiyada iştirak edib uğur qazanan müəllimlərin ümumi sayına nisbətdə kəsilənlərin sayı 10 faizə belə çatmır. Ola bilər ki, bu göstərici bir qədər az və ya çox olsun, lakin ümumilikdə həmin faizə yaxın rəqəmlərdir.

Bizim cəmiyyətdə müəllimə qarşı elə bir yüksək münasibət və bundan doğan tələbkarlıq var ki, alınan rəqəmlər də belə çox görülür. Məsələn, ümumilikdə bu günə qədər keçirilən sertifikatlaşdırma prosesində 4 minə yaxın müəllim hər iki cəhd imtahanından kəsilərək iş yerini itirməli olubdur.

Çünki müəllimlərə 1 dəfə şans verilir və uğur qazanmadıqdan sonra 2-ci cəhdə buraxılır. 2-ci cəhdə minimal göstərici olan 30 ballıq baryeri aşa bilməyən müəllimin əmək müqaviləsinə xitam verilir. İndiyə qədər 10 minlərlə imtahan verən müəllim arasında 4 min belə müəllim vardır. Təbii ki, 10 min rəqəminin içərisində 4 min böyük görünməsə də, amma bu sıradan bir hadisə də deyil.

Bu həm də o deməkdir ki, bu günə kimi bizim məktəblərimizdə fəaliyyət göstərən 4 minə yaxın müəllim öz ixtisasını baza səviyyəsində belə görə bilməyibmiş. Bununla da qeyd etmək istəyirəm ki, uğur qazananların sayı hər il uğursuz nəticə sayından çox olsa da, əsasən ikinci məsələ daha çox qabardılır. Eyni hadisə yay ayları ərzində davam edəcək sertifikasiya imtahanında da özünü göstərəcək”.

Ekspert bildirib ki, məhz ilk dəfə imtahan verən müəllimlər arasında kəsilənlərin sayı bu ildə də olacaq və ötənillə aşağı-yuxarı yaxın kəmiyyətlərdə olacaq:

“Məlumdur ki, 18-25 iyul tarixlərində sertifikasiya prosesinin növbəti imtahanları keçiriləcək. Bunlardan bəziləri ötən il imtahan vermiş müəllimlərin 2-ci cəhd imtahanıdır. Böyük əksəriyyəti isə müxtəlif fənlərdən ilk dəfə imtahan verəcək şəxslər üçündür. 2-ci cəhd imtahanından kəsilənlər artıq iş yerləri ilə vidalaşmalı olacaqlar.

Açığı qeyd edim ki, bu rəqəmin ötənilki qədər böyük olacağını düşünmürəm. Çünki ildən-ilə, xüsusən də 1-ci cəhddə kəsilən müəllimlər iş yerlərini itirməmək üçün öz üzərində işləməyə başlayıblar.

Lakin digər bir qrup var ki, onlar məhz ilk dəfə imtahan verəcək müəllimlərdir. Onlar arasında kəsilənlərin sayı bu ildə də olacaq və ötənilki ilə aşağı-yuxarı eyni kəmiyyətlərdə olacağını deyə bilərəm. Düzdür, bunu demək tezdir. Lakin ümumi proqnoz olaraq demək olar ki, 1-ci cəhd göstəriciləri ötənilki 1-ci cəhd göstəriciləri ilə uyğun, oxşar ola bilər.

Amma builki 2-ci cəhd imtahanının ötənilki qədər ağır kəmiyyətli olacağını düşünmürəm. Səbəb ondan ibarətdir ki, artıq müəllimlər 2-ci cəhd imtahanlarına daha ciddi şəkildə hazırlaşır və iş yerlərini itirməməyə çalışırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri