Icma.az
close
up
RU
Bu müəllimlərin maaşı iki dəfə arta bilər Vacib şərtlər

Bu müəllimlərin maaşı iki dəfə arta bilər Vacib şərtlər

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin yeni iş qrafiki ilə bağlı fikirləri hələ də müzakirə edilir.

Globalinfo.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov vəziyyətin kritik olmadığını deyib.

“Yeni iş qrafiki ilə bağlı müzakirələri diqqətlə izləyəndə aydın görünür ki, ortada nə “8-dən 6-ya endirmə”, nə də “müəllimlərin kütləvi ixtisarı” kimi emosional şəkildə təqdim olunan bir durum var. Elm və Təhsil Nazirliyi prosesi tamamilə konseptual mərhələdə aparır və 2027-ci ilin sentyabrından əvvəl hər hansı ciddi struktur dəyişikliyi nəzərdə tutulmur. Əksinə, məqsəd müəllimin nüfuzunu artırmaq, maddi rifahını yaxşılaşdırmaq və məktəbdə onun statusunu gücləndirməkdir”.

Ekspert qeyd edib ki, yeni modeldə saat-hesabı sistem saxlanılır:

“Sadəcə onun yanında alternativ – tam ştatlı müəllim konsepsiyası qurulur. Bu modeldə müəllimə orta əməkhaqqından ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır və bu, yalnız könüllülük əsasında, sertifikasiyada 51 baldan yuxarı nəticə göstərən müəllimlər üçün nəzərdə tutulur. Yəni ölkədəki 143 min müəllimin heç biri məcbur edilmir, heç kəs üçün risk yoxdur — əksinə, yüksək nəticə göstərənlər üçün əlavə imkan yaranır”.

Qeyd edək ki, bundan əvvəl nazir müəllimlərin maaşlarının aşağı olmasından danışmışdı. “Bunun əsas səbəblərindən biri onların həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur. Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır”, – deyə E.Əmrullayev bildirmişdi.

Günel Cəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri