Müflis banklarla bağlı yeni qərar olacaq
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların qeyri-işlək (toksik) aktivlərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti uzadıla bilər.
Gununsesi.info xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə ƏDV-dən azad edilir. Hazırda bu müddət 9 ildir.
Baxış sayı:65
Bu xəbər 06 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















