Icma.az
close
up
RU
Muğama nəfəs verən xanəndə

Muğama nəfəs verən xanəndə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaqub Məmmədov – 95

Azərbaycan musiqi sənəti tarixində dərin iz qoymuş Xalq artisti Yaqub Məmmədov yüksək ifaçılıq mədəniyyəti - yapışıqlı səsi, isti nəfəsi, heyrətamiz boğazları ilə yaddaşlarda qalmış fitri istedadlardandır. Ləpə-ləpə bəmləri, dalğa-dalğa zilləri dəniz kimi ecazkar təsir bağışlayıb.

...Universitetin qiyabiçi tələbəsi idim və Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyinin çoxtirajlı “Kimyaçı” qəzetində işləyirdim. Hansısa bayram münasibətilə zavodda filarmoniya solistlərinin konserti olacaqdı. Kluba bir qədər erkən getdim və qonaq sənətçilərin arasında ən tanınmışı, o zaman hələ Əməkdar artist olan Yaqub Məmmədovla görüşüb qısa müsahibə aldım. Bu çox ciddi görkəmli kişinin suallarıma qəlyan çəkə-çəkə verdiyi cavablardan çox baməzə insan olduğunu duydum. Konsertdə isə o, elə bir “pəstah” çıxardı, muğam və təsnifləri elə ustalıqla oxudu ki, tamaşa salonu alqışlardan, az qala, lərzəyə gəldi. “Segah zabul”u və “Şur” təsnifini məxsusi məharətlə təqdim elədi. Dönə-dönə səhnəyə qayıtmalı oldu və məcburən proqramdan kənara çıxaraq könülləri bəs qədər oxşadı. Mənimsə konsert barədə yazmalı olduğum xəbər alınmadı, çünki bütün bacarığımı səfərbər edərək qələmə aldığım qeydlər daha çox geniş reportaj, bəlkə də oçerk idi.

Yaqub Məhəmməd oğlu Məmmədov 5 may 1930-cu ildə Ağcabədidə dünyaya göz açıb. Özü deyirdi ki, erkən yaşlarında pambıq tarlasında suçu işləyib və elə oradaca səsini zilə çəkərək muğam parçaları oxuyub, camaat əllərini soyudub onu dinləyib. Bir gün isə Xan Şuşinski, Şövkət Ələkbərova Ağcabədi mədəniyyət evində yaxşı səsi olanları seçirmişlər. O da ora gedir və sevimlisi Xan əminin öz yolu ilə bir segah oxuyur. Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın bağında ustadın başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən, sənin kimi oxuyan bir də yer üzünə gələcək? O isə belə cavab verir: “Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin”.

Beləcə, paytaxta gəlib. Peşəkar musiqi təhsilini A.Zeynallı adına Musiqi Texnikumunda xanəndə-pedaqoq Seyid Şuşinskidən və Mütəllim Mütəllimovdan alıb, sənətin incəliklərini öyrənib, muğam dəstgahlarını özünəməxsus ustalıqla oxuyub. Poeziyanı da dərindən bilib Yaqub Məmmədov.

Görkəmli xanəndə uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edərək “bəh-bəh”lə dinlənilib. Onun ifasında qrammofon vallarına yazılmış dəstgahlar bütün Yaxın və Orta Şərqdə yayılıb. İnamla deyə bilərik ki, ustad muğam ifaçısı sənətdə öz ənənələrini yaradanlardandır. Bir çox xanəndə onun oxu tərzindən bəhrələnib. Görün, ustad sənətkarlar Yaqub Məmmədovun haqqında nə deyiblər...

Seyid Şuşinski: “Çətin ki, analar səndən bir də doğar, Yaqub!”

Xan Şuşinski: “Yaqubun “Mənsuriyyə”si əsl sənət nümunəsidir”.

Vamiq Abdullayev (tarzən): “Yaqubla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun ondan “mən” sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları o qədər də çox olmurdu. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi”.

Bildiyimiz kimi, Bakı kəndləri olduqca tələbkar muğam, söz-qəzəliyyat xiridarları ilə tanınır. Hər döşünə döyən xanəndə gedib orada toyda oxumağa ürək eləməz. Amma bu qorxu-hürkü qətiyyən Yaqub Məmmədova aid olmayıb. Çünki səsi vardı, şeiriyyəti, poetik vurğuları da yaxşı bilirdi. Xüsusilə də ifaçıların ciddi sınağa çəkildiyi Nardaranda dinləyicilər hamılıqla onun səsinin gözəlliyini yorulmadan alqışlayıblar.

“Şöhrət” ordenli xanəndənin haqqında məzəli əhvalatlar da var. Məsələn, deyirlər ki, bir dəfə xaricə qastrola gedəndə anketdəki “pol” (cins) qrafasının qabağına “parket” yazıb. Elə bilib ki, evindəki döşəmə nəzərdə tutulur...

Böyük sənətkarın ifasında səslənmiş bir çox muğamlar radionun “Qızıl fond”unda saxlanılır. 2016-cı ildə İctimai Televizyada Yaqub Məmmədov haqqında “Muğam ömürlü sənətkar” adlı sənədli film çəkilib. Bulaq kimi çağlar təbi olan xanəndə dünyasını dəyişəndən sonra Ağcabədidəki məşhur “Üçbulağ”a onun adını veriblər.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri