Zalujnı sərt danışdı: Moskvanın cəzalandırılması vacibdir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
"Kiyev kapitulyasiya anlamına gələn heç bir "sülh sazişi"nə razı olmayacaq".
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyib.
"Rusiya ilə münaqişənin ədalətli sonu Ukraynanın ərazi bütövlüyünün bərpası və Moskvanın cəzalandırılması olmalıdır. Kiyev gələcəkdə heç bir ölkənin Rusiyadan Avropaya təhlükə yaratmaması üçün zəmanətlər almalıdır. Digər hər hansı nəticə təkcə ukraynalılara deyil, həm də azadlıq və təhlükəsizlik prinsiplərinə qarşı xəyanət olar. Ukraynanın gücü yalnız ordusunda deyil, həm də məqsədinin dəqiq və aydın olmasındadır. Biz sülhü qələbə yolu ilə istəyirik, sadəcə illüziya ilə yox", – Zalujnı vurğulayıb.
Baxış sayı:94
Bu xəbər 10 Noyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















