Icma.az
close
up
RU
Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı Bülbül

Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı Bülbül

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

26 sentyabr Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Bülbül 1897-ci il iyunun 27-də Azərbaycan Respublikası Dağlıq Qarabağ vilayətinin Şuşa şəhərində – Azərbaycanın bir çox görkəmli şair və musiqiçilərinin vətənində, özünəməxsus Şərq nəfəsi və orijinal ifa tərzi olan adlı - sanlı xanəndə - muğam ustalarının yurdunda doğulub.

Elə burada – təbii konservatoriya olan Şuşada gənc xanəndənin formalaşması başlayıb.

Gənclik illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilib. Azərbaycan musiqisini – muğamları öyrənən, tanınmış Şuşa xanəndələri ilə ünsiyyətdə olan gənc sənətkar çox keçmədən Zaqafqaziya və Orta Asiyada məşhurlaşıb.

Gənc müğənni 1920-ci ildə Ü.Hacıbəyovun «Əsli və Kərəm» muğam operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunub. Burada o, ilk dəfə rus opera truppasının ifasında klassik opera musiqisinə qulaq asıb və bu musiqi dünyasının sirlərinə yiyələnməyi, onu bütün incəliklərinə qədər öyrənməyi qərara alıb.

1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına – F.Polyayevin vokal sinfinə daxil olub, sonradan təhsilini professor N.İ.Speranskinin sinfində davam etdirib. 1927-ci ildə artist ilk sovet müğənniləri sırasında təhsil almaq üçün dörd il müddətinə İtaliyaya – məşhur Milan teatrına göndərilib.

1931-ci ildə İtaliyanın «Arte Nostra» jurnalında dərc edilmiş «Azərbaycan Bülbülü» adlı məqalədə dünya şöhrətli maestro Raffaele Qrani yazıb: «Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçib. Dörd il arxada qalıb, məqsədə nail olunub. Bülbül italyan oxuma məktəbi və tədris metodikasını mənimsəyib».

O, 1933-cü ildə vokalçıların ilk Ümumittifaq müsabiqəsində iştirak edib və müsabiqənin laureatı olub.

Bülbül İtaliyadan Bakıya qayıtdıqdan sonra elmi şəkildə sübut edib ki, musiqi təhsili, musiqi intellektinin inkişafı, Qərbi Avropa və rus klassik musiqisinin öyrənilməsi milli vokal - ifaçılıq mədəniyyətinin inkişafına müsbət təsir göstərib. Nadir diapazona və gözəl səsə, parlaq texnikaya malik sənətkar «Riqoletto», «Traviata», «Toska» operalarının tamaşalarında əsas partiyaları oxuyub, gözəl obrazlar yaradıb.

Müğənni və artistin istedadına, ifaçılıq məharətinə istinadən Azərbaycanda ilk klassik operalar – R.Qliyerin «Şahsənəm»i, M.Maqomayevin «Nərgiz»i yaranır.

1938-ci ildə Moskvada Dövlət Akademik Böyük Teatrın səhnəsində Ü.Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyulub. Azərbaycan opera sənətinin böyük xadimi özünün yüksək sənətkarlığı, gözəl və güclü səsi ilə əfsanəvi xalq qəhrəmanının ariyalarını ifa edib.

Bülbül özünün yaradıcılığı boyu Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ifaçısı və müəlliflərindən biri olub. O, Ü.Hacıbəyovun «Sənsiz» və «Sevgili canan», A.Zeynallının «Ölkəm», Niyazinin «Arzu», F.Əmirovun «Ulduz» romanslarını, «Xumar oldum», «Kəklik», «İnnabı», «Mehribanım» və bir çox başqa xalq mahnılarını təkrarolunmaz sənətkarlıqla ifa edib.

Bakıda fəaliyyət göstərən Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əsasını da Bülbül qoyub.

1936-cı ildə ona SSRİ Xalq artisti fəxri adı verilib.

Böyük müğənni və pedaqoq səxavətlə öz bilik və təcrübəsini gənc müğənni kadrlarının hazırlanmasına vermiş, vokalçıların üzə çıxarılmasında fəal iştirak edib, vokal sənəti nəzəriyyəsi, metodiki vəsaitlər, habelə mahnı ifaçılığı üzrə xüsusi vəsaitlər işləyib hazırlayıb.

O, Azərbaycanda ilk dəfə olaraq folklor nümunələrinin toplanılması və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti təşkil edib, təcrübəli xalq yaradıcılığı bilicilərini, gənc və istedadlı bəstəkarları və musiqiçiləri klassik xalq melodiyaları irsinin öyrənilməsi və onunla daimi ünsiyyətin təmin olunması məqsədilə buraya cəlb edib.

Məhz bunun nəticəsində bir çox Azərbaycan muğamları Azərbaycan və dünya musiqi sənətinin korifeylərindən Q.Qarayevin, F.Əmirovun, Niyazinin, R.Hacıyevin, S.Hacıbəyovun, S.Rüstəmovun, C.Cahangirovun, C.Hacıyevin, T.Quliyevin və bir çox başqalarının opera, balet, simfonik, kamera, instrumental və vokal əsərlərində, mahnı və romanslarında öz parlaq ifadəsini tapıb.

O, Azərbaycanda nəşr olunmuş ilk dünya klassikası və Azərbaycan xalq mahnıları toplularının redaktoru və tərtibatçısı olub.

“Nəsimi dastanı” baleti yeni quruluşda təqdim olunacaq “Torpağın dad hekayəsi” filminin təqdimatı olub Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna hökm oxundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri