Icma.az
close
up
RU
Müharibə başlayıb... Nəbatat bağındayam Rəşad Nağı Mustafanın şeirləri

Müharibə başlayıb... Nəbatat bağındayam Rəşad Nağı Mustafanın şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün şair Rəşad Nağı Mustafanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

Müharibə başlayıb... Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...

Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:

Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.

Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.

Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...

İstanbula

Nə fərqi hardasan, elə hər yerdə
adamlar ləng olur, ömür tələsir.
Qayıt gəl, uzaqlıq qəssablar kimi
taleyin ən yaxşı yerindən kəsir.
İstanbul dizimin dibidi mənim,
Rəsmi sənədlərdə ancaq uzaqsan.
Uçur ümidlərim təyyarələrdə,
Bilirəm, nə vaxtsa qayıdacaqsan.
Orda hansı səmtə bükülür dizin?
Orda necə axır gözünün yaşı?
Məni unutmaqçün dualar elə,
Allahın evi var hər addımbaşı.
Mən də unudardım, iradəm deyil,
Səni unutmağa ürəyim qıymır.
Bizi bu şəhərlər, küçələr, evlər,
məscidlər ayırır; Tanrı ayırmır.
Daha şeirlərlə dolur boşluğun,
Ölkə sərhədlərin aşır həsrətin.
İndi şeirlərin əzbər bilirəm,
Atilla İlhanın, Nazim Hikmətin.

Canım üçün, yaxşıyam

Anamın doğmalığı atamın yadlığını
ört-basdır edəndə anladım ki,
insan ancaq Tanrısız yaşaya bilməz.
Sənsiz də yaşamaq olurmuş, qadası.
Misal üçün, məni səhər yuxudan oyadan da var,
axşam "evə tez gəl" deyən də.
Gör bir necə varlığı qoymuşam yoxluğuna,
Özünü yüksəklikdən atıb intihar edən
gəncin cəsarətinə and olsun ki,
daha yıxılmıram sənin boşluğuna.
Yaxşıyam, canım üçün, yaxşıyam.
Elə sən də yaxşısan, qadası.
Mənim olmadığım yerlərdə
xoşbəxtlik var, bilirəm.
Elə sənin olduğun yer kimi,
80-ci illər kimi.
Bir də ki, səni təzədən sevməyə nə var.
Özün də yaxşı bilirsən,
Bilirsən ki,
əlimin çatmadığı yerə ürəyim çatırsa,
əlçatmaz deyilsən.
Özün də yaxşı bilirsən.

Bəlkə

Bəlkə asım özümü
həyətdəki ağacdan.
Muxalifətçilər də
xəbər yaysın şəhərə:
"Bir cavan oğlan özün
öldürüb ehtiyacdan".
Axı kim hardan bilsin
mən səninçün ölürdüm,
Mən səninçün ölmüşəm.
Bağışlayasan deyə
nələr etməmişəm ki,
Gecə evdən çıxmışam
yuxunacan gəlmişəm.

Pərviz Arifə ithaf

Nədən qorxursan axı?
Ölümdür də
- bir gün hamı dadacaq.
Yaxamızdan yapışıb
anamızı ağladacaq.
Ölümdür də…
Gələndə
bir anamızdan, bir də
sevdiyimiz qadından çıxıb gedəcəyik.
Üçdə üç,
yeddidə yeddi,
qırxda da qırx nəfərin
yadından çıxıb gedəcəyik.
Bu Yer kürəsi bizə də qalmayacaq;
öləcəyik.
Cəmi bir dəfə anamız
namaz üstündə olmayacaq;
öləcəyik.
İnsan unutqandır,
bir gün hamı nəfəs almağı unudub ölür;
Bir az da həyasızdır,
hərdən də yaşamağın üzünə qayıdıb ölür.
Yaxşı olardı,
bir şirin yuxuyla başımızı qatıb, durmamaq.
Dünən bir kardioloq da bu haqda danışırdı;
dünyanın ən yaxşı ölümü imiş
yatıb-durmamaq.
Şair, ölümnən qorxma, qorxma, sən Allah.
Mən də qorxmuram, hərdən əlimi açıb
deyirəm ki:
"Canını almağa məndən yaxşısın
tapan deyilsən, Allah".

Bir tikə

Məndə qadın ahı var,
gedir göyə üz tutur.
Adamın Allahı var,
qarğışı da tez tutur.
İstəsə durub gələr,
gələr əlimdən tutar,
hər şey öz əlindədi.
Ürəyi yumşaqdı,
nə varsa dilindədi.
Axı onun ürəyi
yumruğundan yekədi,
Sevgisi yüz doyumluq
nifrəti bir tikədi.
Ümidə bax, İlahi:
Bəlkə də o hardasa
darıxır, çox darıxır.
Bəhanələr axtarır
məni bağışlamaqçün.
Məni bağışladıqca
məndən acığın çıxır.

"İqra"

Nə qədər ki, sağdı sevdiyin adam,
sənə yazdığı şeirləri
səadətlə bu dünyasını dəyişənə qədər oxu.
Əgər səndən tez ölsə,
get evindəki bütün kitabları,
arasından məktub düşənə qədər oxu.
Yox əgər xəstədirsə
və hələ də ölməyibsə hepatitin C hərfindən,
Əllər yuxarı!
Bildiyin bütün duaları
ölümlə sevişənə qədər oxu.
Hərf-hərf,
söz-söz,
misra-misra:
İqra!
"İqra, bismi rabbikəlləzi xalaq".

Qadın

Eyni səbəbdən ağlasa da bir çox qadın,
Fərqli cəzalara layiqdir kişilər;
- hərə ağlatdığı qədər.
Kişilər günahkardır
- xəyanətin sayı qədər,
qadın sədaqəti,
bir az da özünü aldatdığı qədər.
Və Tanrı kişiləri
qadınları xoşbəxt etdiyi qədər
bağışlayacaq.
Bir gün bütün kişilər dünyaya gəldikləri üçün
qadınları alqışlayacaq.
İllərdir mətbəxinə məhkumdursa qadın,
azadlıq bu gün yemək
bişirməməkdədir bəlkə də.
"Azadlıq" sadəcə sözdür
heykəlin qadından daha çox
azad olduğu ölkədə.
Bir qadının ağız boşluğunda
bir vicdanlıq tüpürcəyi var
- tüpürə bilmədiyi.
Bir də hələ də ümidi var ki,
uzaqlarda xoşbəxtlik var
- kişisinin gətirmək istədiyi,
gətirə bilmədiyi.

Məsciddə

Məsciddəyəm, kim var ki?
Bir Allahdı bir də mən.
Susuram, danışıram,
darıxıram yerdə mən.
Bir küncdə oturmuşam
əllərimi yoruram.
Allah evindən göyə
duaları qovuram.
İnsan günah edəndi,
Tanrı bağışlayandı.
Bu gün yenə içirəm
dünən pozduğum andı.
Burda təqvim hicridir,
burda şəvval ayıdır.
Günahlar maneədir,
Dua dilimdən çıxır
minarədən qayıdır.
Bu evə gəlib-gedən
neçə milyon adam var.
Məscidin imamından
çox şey bilir divarlar.

Şair elegiyasi

Şairlər xoşbəxt olmur,
ola bilmir, qadası.
Dua da edə bilmir
şairlərin əlləri,
Bəzən bir şeir olur
bir şairin duası.
Şeirlərə sığınır,
unudanda Tanrını.
Hərdən yazmaq dindirir
neçə ildi dinməyən
xroniki ağrını.
Ümiddən yetim olur
şairlərin ürəyi.
Belədə nə qorxusu?
Ən pisi yazmamaqdır
şairin gələcəyi.
Şairlər hiyləgərdi,
Gizlədir bir qadını
yazdığı hər sətirdə.
Sən də diqqətlə oxu,
bax gör tapa bilirsən
özünü bu şeirdə.
Şairə yazmaq üçün
nə lazımdı, qadası?
Qələm, payız, darıxmaq, sevgisizlik,
bir də ki,
üstünə söz dağılmış kiçik yazı masası.

“Dahilər” Bakı Musiqi Akademiyasında Səttar Bəhlulzadənin evini bağışladığı Xalq rəssamı Məşhur aktyor güllələndi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 İyun 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri