Müharibə bitirəcək və ya davam etdirəcək SƏBƏB
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran-ABŞ-İsrail savaşının 12-ci günüdür. Son məlumatlara görə, İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi də hücum hədəflərindən biri olub.
Regionu sarsıdan bu müharibə nə vaxt başa çata bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, bu münaqişənin uzun müddət davam etməyəcəyi ehtimalı daha çoxdur.
Onun sözlərinə görə, həm ABŞ-də, həm də İsraildə müharibənin uzanmasından narahatlıq var:
“Həm ABŞ siyasi dairələrində, həm də Benyamin Netanyahunun müxalifəti müharibənin uzadılmasına qarşı narazılıqlar səsləndirir. Hətta ABŞ-də Donald Trampın bundan sonra atacağı addımın məlum olmadığı da bildirilir. Eyni zamanda, bəzi amerikalı senatorlar ABŞ-ni bu müharibəyə İsrailin cəlb etdiyi iddiasınə səsləndirirlər.
Digər tərəfdən, İsraildə bu ilin noyabr ayında parlament seçkiləri keçiriləcək. Bu səbəbdən Benyamin Netanyahu seçkilərdə daha uğurlu nəticə əldə etməyə çalışır. Əks halda onun yenidən seçilmək şansının azalacağı ehtimal edilir”.
Politoloq qeyd edib ki, münaqişənin nə vaxt başa çatacağı ABŞ-nin qarşısına qoyduğu hədəflərə çatmasından asılı olacaq:
“Əgər bu hədəflər ölkədə müəyyən hərbi və siyasi məqsədlərlə məhdudlaşırsa, münaqişə uzun sürməyə bilər, yəni ABŞ hərbi əməliyyatları dayandırar. Yox əgər ABŞ-nin məqsədi İranda yeni rejimin qurulması, hakimiyyət dəyişikliyinə nail olmaqdırsa və bu məqsəd reallaşmırsa, o zaman müharibənin daha uzun müddət davam etməsi ehtimalı istisna edilmir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















