Icma.az
close
up
RU
“İşdə qalmağıma kömək edin...” Müharibə əlilinin həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi

“İşdə qalmağıma kömək edin...” Müharibə əlilinin həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“AzPolitika” vasitəsilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edən Telli İsmayılova ağır sosial durumundan söz açıb və dəstək istəyib.

Telli İsmayılova Həsən qızı qeyd edir ki, 1981-ci il oktyabrın 1-dən 2025-ci il sentyabrın 3-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Nərimanov rayon şöbəsinin Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində çalışıb. Onun sözlərinə görə, bu illər ərzində işindən heç vaxt narazılıq olmayıb və vəzifəsinin öhdəsindən vicdanla gəlib.

Müraciət müəllifi bildirir ki, 2025-ci il sentyabrın 3-də 65 yaşı tamam olduğu üçün işdən azad edilib. Onun həyat yoldaşı Yaqubov Ramiz Lətif oğlu 1992-ci ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əmək qabiliyyətini itirib. Hazırda 1-ci qrup əlil olan Ramiz Yaqubovun diaqnozu “aşağı və yuxarı ətrafların iflici”dir.

Telli İsmayılovanın sözlərinə görə, həyat yoldaşı ali təhsilli həkim olsa da, müharibəyə könüllü gedib və bu illər ərzində ailədə yeganə işləyən şəxs özü olub. Hazırda ona təyin olunan pensiya məbləği isə 381 manat təşkil edir. “Yoldaşımın müalicə və dərman xərclərini nəzərə alsaq, vəziyyətimizin nə qədər ağır olduğu aydındır”, – deyə o, müraciətində vurğulayıb.

T. İsmayılova əlavə edib ki, əvvəlcə müqavilənin müddətinin uzadılması ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müraciət edib, lakin imtina cavabı alıb. Daha sonra, 31 avqust 2025-ci ildə Səhiyyə naziri Teymur Musayevə onlayn qaydada müraciət ünvanlasa da, indiyədək cavab verilməyib: “Onun qəbuluna yazılmaq istədim, amma yazmadılar. Məsələ ondadır ki, həm məndən əvvəl, həm də məndən sonra məndən yaşlı və imtiyazı olmayan şəxsləri işdə saxlayıblar, onların müqavilələrini dəfələrlə uzadıblar. Mənim isə işdə qalmağıma razılıq vermirlər.”

Müraciət müəllifi maddi vəziyyətinin ağırlığını nəzərə alaraq Mehriban Əliyevadan işdə qalmasına kömək göstərməsini xahiş edib:

“Vəziyyətimizi nəzərə alaraq, Sizdən işdə qalmağıma köməklik göstərməyinizi xahiş edirəm.”

Rasim
“AzPolitika.info”


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Sentyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri