Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Müharibə İrandakı rejimi dəyişmək üçün başlamayıb KONKRET

Müharibə İrandakı rejimi dəyişmək üçün başlamayıb KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın regiondakı rolu son proseslər fonunda yenidən müzakirə mövzusuna çevrilib. Bir tərəfdən Rusiyaya silah dəstəyi, digər tərəfdən isə Körfəz marşrutları vasitəsilə Çinə neft ixracı Tehranın qlobal geoiqtisadi balansda “domino effekti” yaradan aktor kimi çıxış etdiyini göstərir. Bu vəziyyət belə bir sual doğurur: İran üzərindən qurulan ssenarilər Çinin iqtisadi gücünə zərbə məqsədi daşıya bilərmi? Regionda artan gərginliklərin Cənubi Qafqaz və Azərbaycan üçün mümkün nəticələri isə ayrıca diqqət tələb edir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ-ın İsrailin təhriki ilə İrana qarşı başladığı əməliyyatların gerçək səbəbi rəsmi Vaşinqtonun dünyadakı geosiyasi reallıqlara münasibəti ilə bağlıdır.

Onun sözlərinə görə, ABŞ İrana qarşı başladığı müharibənin əsl mahiyyətini ört-basdır etməyə çalışaraq, Tehranın guya nüvə silahına yiyələnmək və Yaxın Şərqin təhlükəsizlik arxitekturasını yenidən qurmaq niyyətində olduğunu iddia edir:

“Halbuki İranın yeritdiyi siyasət belə bir fikri təsdiq etmir. İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ var və Tehran bunu Qərblə danışıqlarda dəfələrlə suveren hüququ kimi bəyan edib. İran MAQATE ilə əməkdaşlıq edir və qurumun nəzarət hüququna hörmətlə yanaşır”.

Politoloq hesab edir ki, ABŞ-ın müharibəni “regional təhlükəsizlik” adı altında əsaslandırması gerçəkliyi əks etdirmir:

“Söhbət ABŞ-ın Yaxın və Orta Şərqdə yeni dünya nizamı ilə bağlı planlarından gedir. İran bu layihəni qəbul etmir və ona qarşı mübarizə aparacağını açıq şəkildə bəyan edir”.

E. Manafov vurğulayıb ki, İranın mövqeyi beynəlxalq hüquqa söykəndiyindən və Rusiya, Çin, Türkiyə, eləcə də bir sıra ərəb ölkələrinin regional maraqları ilə üst-üstə düşdüyündən, həmin ölkələr Tehranla eyni mövqedə dayanırlar. Onun fikrincə, ABŞ və İsrailin addımları “müstəqil və suveren dövlətə qarşı təcavüz olmaqla yanaşı, dünya sülhü və təhlükəsizliyinə də ciddi təhdiddir”.

Politoloq müharibənin əsas məqsədinin təkcə İrandakı rejimi dəyişmək olmadığını deyib. O bildirib ki, 38 trilyon dollardan artıq dövlət borcu olan ABŞ Çinlə geoiqtisadi rəqabətdə çətinlik yaşayır:

“Çinin sürətli iqtisadi inkişafının qarşısını almaq üçün onun istehlak xərclərini artırmaq, enerji təhlükəsizliyi ilə bağlı problemlər yaratmaq lazımdır. İranla müharibə dünya bazarında neftin qiymətini artıracaq. Çin isə iri neft idxalçısıdır və idxalın mühüm hissəsini İrandan həyata keçirir”.

Ekspert əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması halında Avropada ciddi enerji böhranı yarana bilər. Bu isə enerji qiymətlərinin kəskin artmasına, İran və ABŞ ətrafında hərbi-siyasi koalisiyaların formalaşmasına və qarşıdurmanın daha təhlükəli fazaya keçməsinə səbəb ola bilər.

Manafov Rusiyanın mövqeyinə də toxunub:

“Moskvanın diplomatik bəyanatları və vasitəçilik təşəbbüsü İran ətrafında yarana biləcək “domino effekti”ndən sığortalanmaq və mümkün şəraitdə bundan faydalanmaq istəyi ilə bağlıdır”.

Politoloq bildirib ki, ABŞ-ın əsas məqsədi regionda nüfuz dairəsinin genişlənməsinə mane olan rejimi dəyişmək, İran bazarına və sərvətlərinə nəzarət etməkdir. Trampın İran əhalisinə müraciətlərini isə belə dəyərləndirib:

“ABŞ-ın İranda demokratik hakimiyyət qurmaq istəyi ilə bağlı çağırışları “timsahın göz yaşları”dır”.

Manafov qeyd edib ki, Qərbdə artan çatlar ABŞ-ı daha radikal addımlara sövq edə bilər. İranın ali dini liderinin mümkün şəkildə hədəfə alınması isə qarşıdurmanı daha da dərinləşdirə, İslam dünyasında ciddi reaksiyalara və Qərbdə daxili siyasi təzyiqlərə səbəb ola bilər.

Sonda politoloq vurğulayıb ki, müharibənin ildırım sürəti ilə başa çatdırılması planları İranın iqtisadi, hərbi və ideoloji potensialı fonunda çətin görünür. Onun sözlərinə görə, Çin və Rusiyanın proseslərə daha aktiv qoşulması ehtimalı vəziyyəti dalana dirəyə bilər. Bu kontekstdə region üçün mühüm olan nəqliyyat layihələrinin, o cümlədən Şimal-Cənub dəhlizinin taleyi də sual altında qala bilər.

Dəniz Pənahova
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Mart 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri