Icma.az
close
up
RU
Müharibə iştirakçılarının əmlaklarını ələ keçirən şəxslərlə bağlı QƏRAR

Müharibə iştirakçılarının əmlaklarını ələ keçirən şəxslərlə bağlı QƏRAR

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Ali Məhkəmədə Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarını qanunsuz yolla ələ keçirməkdə ittiham olunan Elvin Əliyev və Ənvər Əkbərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd: Rəsmi məlumata görə, 2021-ci ilin dekabrın 29-dan 2022-ci ilin iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim ediblər.

Onlar birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə, zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olublar.

Hər iki şəxs respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər 1-ci Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçiriblər. O cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar.

Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Eldəniz Əkbərov, Məhəmməd İsayev, Ceyhun Həsənov, Fazilə İsgəndərova, Sənan Əhmədov, Rüstəm Bəkirov, Vüsal Əliyev, Həbib Qurbanov, Elmidar Həsənov, Vasif Sofiyev, Adil Nuriyev, Naib Əliyev, Elxan Allahquliyev, Yusif Ezayev, Emin Əzimzadə, Kain Xancalov, Qərənfil Yusibova, Vüsal Zeynalov, Ənvər Üzeyirov, Leyla Telmanzadə, Emil Rüstəmov, Ruslan Zeynalov, Azər Nağıyev, Ramiz Məmmədov, Minəxanım Zahidova, Zahir Cəfərli, Anar Ağamətov, Zülfüqar Səmədov, Firuzə İbrahimova, Ələsgər Nəsirov, Hamlet Xəlilov, Şəlalə Məmmədova, Fazil Tomayev, Elbrus Dövlətov, Bəxtiyar Hüseynov, Amil Hacıyev, İsrail Quluzadə, Elnur Cəfərov, Elsevər Babayev zərərçəkmiş qismində tanınınıb. Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarıb.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 İyun 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see133

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see127

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see124

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see123

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see121

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see120

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see120

Pəhləvinin nəvəsi yəhudiyə ərə getdi

10 İyun 2025 16:54see120

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see119

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see119

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see119

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see119

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see117

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see116

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see116

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see115

Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinq keçirilib FOTOLAR

10 İyun 2025 16:26see114

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see113

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri